ADAU-da təlimlər - yeni subsidiya qaydaları

  • 21 sen 2019, 20:06
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor- müəllim heyətinə, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, habelə Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa, Qazax rayonlarının DAİM-lərin, Gəncə, Şəki, Tərtər RAEM-lərin əməkdaşları üçün təlimlər keçirilib. Təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfat kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı olub.
Təlimi giriş sözü ilə açan ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov subsidiyalarla bağlı məlumat verib, təlim iştirakçılarına universitetdə olan yeniliklər barədə danışıb.
Daha sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva elektron sistemdə qeydiyyatdan keçmə prosesi və yeni qaydalarla bağlı məlumat verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiqlənib. Qaydaya görə, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Yeni mexanizmlə fermerlərə subsidiyaların verilməsini, DAİM-lərin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirir.
Oxşar xəbərlər