Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb

  • 16 sen 2019, 09:47

Səudiyyə Ərəbistanının neft ixracını ixtisar etməsi barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12% – 13% artıb.

Bu barədə "Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qiymətlərin maksimum artımı 19% təşkil edib. Məlumata görə, "Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,62 dollara qədər bahalaşıb.

WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 63,47 dollara çatıb.

Oxşar xəbərlər