Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:33 - 16.10.2019  
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
Tarix: 11-09-2019, 00:19 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Təxminən, bir ildən artıqdır ki, adı müxtəlif xoşagəlməz məqamlarda, neqativ olaylarda hallanan qurumlardan biri və bəlkə də elə birincisi məhz Dövlət Gömrük Komitəsidir. Bunu sübuta yetirmək o qədər də çətin məsələ deyil.

Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problemBu haqda "Hürriyyət” Araşdırma Qrupunun hazırladığı materialda bildirilir. Qeyd edilir ki, əgər son günlər adıçəkilən qurumla bağlı bir sıra media orqanlarında yayımlanan ilginc məlumatlarla tanış olsanız, o zaman görərsiniz ki, Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinatından sonra DGK-da hələ sabiq sədr Aydın Əliyevin zamanında mövcud olan problemlər, vətəndaşların ciddi narazılığına yol açan əyrintilər nəinki öz həllini tapmayıb, əksinə onların sırasına yeniləri də əlavə olunub.

"Elə buna görə də Səfər Mehdiyevin DGK sədri kimi fəaliyyətinin arzuolunan səviyyədə olmadığını demək mümkündür” – deyə yazıda qeyd olunur.

Düzdür, mətbuatda Dövlət Gömrük Komitəsi ilə bağlı vətəndaşların şikayətləri əsasında hazırlanmış, konkret faktlara əsaslanan yazılardan sonra adıçəkilən qurumun yetkili şəxsləri DGK-ya yaxınlığı ilə seçilən sayt, xəbər portalları vasitəsiylə dərhal bəsit və standart cümlələrlə deyilənləri təkzib etməyə çalışırlar. Lakin Dövlət Gömrük Komitəsinin bununla bağlı yaydığı informasiya heç də hər zaman inandırıcı görünmür. Çünki məşhur atalar sözündə də deyildiyi kimi, görünən dağa bələdçi lazım deyil. Odur ki, yolu azı bir dəfə gömrük keçid məntəqələrindən düşən, yəni ölkəyə bu və digər məhsul idxal, ya da ixrac edən, əsasən də Azərbaycana avtomobil gətirən şəxsə Səfər Mehdiyevin tabeçiliyində çalışan gömrükçülərin hansı oyunlardan çıxdıqları, onların sadə vətəndaşlara, o cümlədən kiçik və orta sahibkarlara, hətta bəzən daha iri iş adamlarına qarşı sərgilədikləri münasibət, bir sözlə gömrükdə yaşanan arzuolunmaz mənzərə ən incə detallarınadək bəllidir.

Məhz elə buna görədir ki, Dövlət Gömrük Komitəsinin rəsmiləri qurum haqda mətbuatda yayımlanan tənqidi materialları nə qədər təkzib etməsə çalıssalar da, onların fikirləri konkret faktlar qarşısında olduqca cılız görünür.

Araşdırma qrupu ötən həfttə özünü yandırmaq istəyən iş adamı ilə bağlı hadisəni xatırladır və daha ciddi problemlərin də olduğunu qeyd edir. Bildirilir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının ayıq-sayıq olmaması, kim bilir, bəlkə də nəyinsə müqabilində görməzdən gəlmələri nəticəsində milliyyətcə erməni olan Gevorq Nalbandyanın "GN Tobacco Sweden” adlı şirkətinin məhsulları da Azərbaycana idxal edilib.

"Erməni malları Azərbaycan bazarına necə yol tapır?” deyə sual edən yazı müəllifləri bildirib ki, əgər Dövlət Gömrük Komitəsinin bu məsələdən xəbəri yoxdursa, o zaman bu qurum nəyə və kimə nəzarət edir?

Tutaq ki, həqiqətən də DGK bundan məlumatsızdır, onda belə çıxır ki, erməni məhsulları Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının məsuliyyətsizliyi, biganəliyi nəticəsində və yaxud başqa səbəblərdən Azərbaycana ayaq açıb. Eləmi? Ümid etmək istərdik ki, Dövlət Gömrük Komitəsinin, o cümlədən Dövlət Sərhəd Xidmətinin yetkili şəxsləri deyil, məhz DGK və DSX sədrləri özləri bu sualları tez bir zamanda cavablandıracaqlar.

Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin bir çoxunun başında ermənilər durur. Bunlardan "Yandex taxi”, "Sputnik”, "RussNeft” şirkətlərinin adı çəkilir.

Konkret olaraq Dövlət Gömrük Komitəsi ilə bağlı məsələyə gəlincə, onu da vurğulamaq lazımdır ki, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan, adıçəkilən qurumdakı ən mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edən Səfər Mehdiyevin bu ilin avqust ayının 30-da Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarından olan vətəndaşları, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünlərlə görüşü zamanı xoşagəlməz olay yaşanıb.

Yazıda qeyd edilir:

Bir məqamı da nəzərinizə çatdıraq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə Real TV-yə müsahibəsində bildirib ki, son dövrlərdə gömrükdəki bəzi neqativ halları ictimailəşdirməklə, hətta sosial şəbəkələrdə adıməkilən quruma təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirlər. "Amma onlar bizi ruhlandırır” deyən DGK sədri onu da qeyd edib ki, əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər: "Biz də onlara tam dəstək verəcəyik. Bizim işimiz budur, şəffaflığı təmin etmək, bu sistemə, bu dövlətə xidmət etmək”.

Əfsuslar olsun ki, hazırda gömrük sistemində yaşanan arzuolunmaz mənzərə Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri kimi fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir. "Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadənin üzləşdiyi problem və bunun nəticəsində iş adamının intihara əl atması deyilənlərin təsdiqindən başqa bir şey deyil. Və burada qərəz axtarmağın özü ən böyük qərəzçilik, ədalətsizlikdir. Çünki MMC-nin direktoru özü mətbuata verdiyi açıqlamasında konkret olaraq gömrük əməkdaşlarını ittiham edir. Eyni zamanda, yuxarıda sadalanan digər faktlar da Dövlət Gömrük Komitəsində neqativ halların olduğundan xəbər verir.

Məhz bu da öz növbəsində, Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinin tabeçiliyində bir departament kimi fəaliyyət göstərməsi ilə bağlı ekspertlər tərəfindən səsləndirilən çoxsaylı təkliflərin reallığa çevrilməsini aktuallaşdırır. Odur ki, Səfər Mehdiyev rəhbərlik etdiyi gömrük sistemində ciddi islahatlar aparmalı, qurumu həmyerlilərinin – Nehrəmlilərin nəzarətindən çıxarmalı, vətəndaşların Dövlət Gömrük Komitəsi ilə bağlı şikayətlərinə qulaq verib onların həllinə çalışmalıdır. Əks halda, ölkə əhalisinin gömrük sistemindən artan narazılığı onun acı sonunu gətirə və sələfi Aydın Əliyevin taleyini yaşaya, vəzifəsini itirə bilər.

Xəbər 872 dəfə oxunub






Oxşar xəbərlər

Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.41279] initstartout [0.00022] initstartin [0.00118] calstart [0.01470] calend [0.00081] topnewsend [0.00612] rsssend [0.00000] ehgend [0.03149] tagsstart [0.00113] tag-initendin [0.00000] initendout [0.00002] weathend [0.00000] end [0.35708]