Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:37 - 21.09.2019  
Elman Rüstəmovun toyuqlarına nə olub? – 3 milyonluq zərər
Tarix: 6-09-2019, 01:58 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Azərbaycanın tanınmış broyler şirkətlərindən biri olan "Səba” həm də ətrafında çoxlu neqativ məlumatlar dolaşan, qalmaqallı biznes strukturu kimi tanınıb. 

Elman Rüstəmovun toyuqlarına nə olub? – 3 milyonluq zərərMətbuatın uzun illərdir Mərkəzi Bankın sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim etdiyi "Səba”nın bu ilin əvvəlində geni modifikasiya olunmuş (GMO) yemdən istifadə etdiyinə dair məlumatlar yayılmışdı. Şirkətin buna toyuqların ucuz başa gəlməsi və daha çox qazanc əldə etməsi üçün əl atdığı qeyd olunurdu. Lakin "Səba”nın cari ilin birinci hissəsinə dair hesabatına nəzər yetirdikdə belə məlum olur ki, bütün cəhdlərinə və "innovasiyalarına” rəğmən, şirkət böyük məbləğdə ziyan edib.

Artıq mətbuatda dərc olunan məlumatdan belə aydın olur ki, ötən il 486 703 manat mənfəət əldə edən "SƏBA” ASC – bu il birinci yarısında necə olubsa, 3 mln 266 min manat zərərə edib. Bu, kifayət qədər müəmmalı göstəricidir. Çünki belə böyük məbləğdə ziyan şirkətin aktivlərinin ötən illə müqayisədə 79% artaraq 41 mln 954 min manatdan 75 mln 123 min manat çatması və satış həcminin də artması fonunda baş verib.

Belə ki, şirkət 2018-ci ildə hazır məhsul satışından 34 mln 392 min manat əldə edib ki, bunun da 28 mln 411 min manatı məhsulun maya dəyəri olub. 2019-cu ilin yanvar-iyun dövründə isə "SƏBA”nın satışdan gəlirləri 36 milyon 837 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 7% artım deməkdir.

Maraqlıdır ki, aktivlərin və satış həcminin artımı paralel olaraq, mənfəətin artmasına deyil, 3 milyon manatdan artıq ziyanın əmələ gəlməsinə səbəb olub. Bu, o deməkdir ki, müəssisənin xərcləri çoxalıb. Belədə isə xərclərin şişirdilməsi və ödəniləcək vergilərin azaldılmasına dair şübhələr yaranır. Ya da ki, məhsulun, yəni toyuğun maya dəyərində artım olub ki, bu da ucuz GMO-lardan istifadə edilməklə, onun maya dəyərinin azaldılması üçün atılan addımlarla üst-üstə düşmür.

Xatırladaq ki, zaman-zaman haqqında neqativ xəbərlər yayılan "Səba” cari ilin əvvəlində Türkiyə üzərindən vurulmuşdu. Broyler şirkətinin GMO məhsullarından istifadə etdiyi açıqlanmışdı.

Türkiyədə fəaliyyət göstərən Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyasının (GIMDES) sədri Hüseyn Kami Böyüközer Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin bəslədiyi toyuqlara geni modifikasiya olunmuş (GMO) qarğıdalı yedirtməsi ilə bağlı qalmaqallı açıqlama vermişdi. Böyüközər açıqlamasında hazırda mövcud olan peyvənd və bir sıra dərmanların beynəlxalq dərman mafiyasının əlində olduğunu deyib. O, bir neçə il əvvəl Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin də yetişdirdiyi toyuqlara GMO yemlər yedirtdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yerli broyler şirkətlərindən biri GIMDES-ə müraciət edərək halal sertifikatı almaq istəyib. Prosedura uyğun olaraq bir qrup nümayəndə heyəti araşdırma aparmaq üçün Azərbaycana yola düşüb. Kəsim otağından tutmuş toyuqların yetişdirildiyi fermaya qədər hər yerə baş çəkilib, toyuqlara verilən yemlər yoxlanılıb. Və GMO məsələsi də o vaxt üzə çıxıb.

Mətbuat isə yazırdı ki, "Səba” İstehsalat Birliyi bəslədiyi toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq "Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb.

Məlumata görə, artıq Ağsunun Ləngəbiz kəndindəki 320 hektarlıq qarğıdalı sahəsində biçin həyata keçirilib. Biçin aparılan sahənin hər hektarından 130-140 sentnerdən qarğıdalı məhsulu götürülür ki, bu da respublikanın orta göstəricisindən 3 dəfə çoxdur.

Beləliklə də, "Səba” digər quşçuluq təsərrüfatlarından fərqli olaraq, özü üçün ilk dəfə yem istehsalına başlamaqla, məhsulun maya dəyərini aşağı salmağı və bazarda öz brendi altında satışa çıxarılan toyuq ətinin qiymətini endirməyi hədəfləyib. Bəs belə olan təqdirdə, şirkət ilin birinci yarısını necə olub ki, ziyanla başa vurub?

Həmin vaxt yayılan məlumata görə, ABŞ-ın "Monsanto” şirkətinin hibrit qarğıdalı sortu "Səba” istehsalat müəssisəsinin sifarişi əsasında "Qarabağ-taxıl” MMC tərəfindən əkilib. Onu da bildirək ki, "Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb…

Həmçinin, "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da çıxışında "Səba”nın GMO-dan istifadə etməsindən danışmışdı: "Mən bir müddət öncə Zakir müəllimlə ("Səba” İstehsalat Broylerin direktoru Zakir Əzimov-red.) ünsiyyətdə dedim ki, "siz toyuqlara yem kimi nə verirsiniz? O, qidaları sadalayaraq gəlib çıxdı soya ununa. Dedim, salamün-əleyküm, gəlib çıxdıq mətləbə, soyanı haradan gətirirsiniz. Dedi ki, Argentinadan. Argentinada isə yalnız GMO tərkibli soya istehsal edilir. Sizə sübut edə bilərəm ki, yediyiniz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır. Adicə bitki yağlarına da soya yağı qatılır ki, bu da onun qiymətinin ucuz olmasına gətirib çıxarır. Həmin ucuzluq da başımıza oyun açır”. Əlavə edək ki, son məlumata görə, adı çəkilən Zakir Əzimov artıq vəzifəsindən azad edilib.

İddiaya görə, hələ 2013-cü ildə "Səba” Broylerdə təxminən 200 mindən çox toyuq «nyukasl» xəstələyindən tələf olub və bu toyuqlar müəssisə rəhbərliyninin tapşırığı ilə satışa çıxarılıb. «Nyukasl» xəstəliyi isə toyuqlarda yaranan ən aktiv xəstəliklərdən biridir və bu xəstəliy yalançı taun, atipik taun, asiya taunuda adlanır. Bu xəstəlik toyuqların respirator və visseral orqanlarının, mərkəzi əsəb sisteminin zədələnməsi nəticəsində yüksək tələfat verməsi ilə səciyyələnir. Hətta peyvənd olunmuş toyuqlarda belə virus 43 gündən sonra xəstəlik törədə bilir. Ölüm halları isə 60-70 faizə qədər ola bilir.

Onu da xatırladaq ki, "Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyev "Bank Respublika”nın prezidenti Natiq Quliyevin qardaşıdır. Mətbuatda olan ən son məlumata görə, "Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), "Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), "Sparkassen International Development Trust” (8,33%) və digərləridir. Lakin uzun illərdir ki, bu bankın əsas sahibinin Mərkəzi Bank sədri Elman Rüstəmov olduğu bildirilir. Sözügedən bankın və "Səba”nın isə E.Rüstəmovun biznes imperiyasın yalnız bir qismi olduğu qeyd edilir. 

Azpolitika.info

Xəbər 792 dəfə oxunub






Oxşar xəbərlər

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34494] initstartout [0.00022] initstartin [0.00104] calstart [0.01406] calend [0.00085] topnewsend [0.00856] rsssend [0.00000] ehgend [0.04384] tagsstart [0.00125] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27506]