Nazirlik 40 minlik liftləri hərraca çıxardı

  • 01 sen 2019, 00:01
Əmlak Məsələləri Dövlət Komitəsi Vergilər Nazirliyinin satış üçün hərraca təqdim etdiyi avadanlıqların siyahısını açıqlayıb.

Demokratik.Az axar.az-a istinadən xəbər verir ki, nazirlik yanında Lokal Gəlirlər Departamenti hərraca liftlər, generator və elektrik şitləri çıxarıb. Hərraca çıxarılan 2 ədəd liftin istehsal ili 2014-dür. Hər bir lift ayrı-ayrılıqda 40 min manata təqdim edilib.
Nazirliyin hərraca təqdim etdiyi generator və elektrik şiti isə 2011-ci il istehsalıdır. Generator üçün müəyyən edilən ilkin satış qiyməti 37 min manat, elektrik şiti üçün müəyyən edilən ilkin satış qiyməti isə 5500 manatdır.
Avadanlıqlar bununla artıq ikinci dəfədir ki, satışa təqdim edilir.
Sözügedən hərrac 1 oktyabr tarixində keçiriləcək.
Oxşar xəbərlər