Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:33 - 19.09.2019  
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Tarix: 21-08-2019, 08:56 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Azərbaycanda qanunların öz sərt üzünü yalnız kasıb-kusuba, yetim-yesirə göstərdiyni xüsusi olaraq isbat etməyə ehtiyac yoxdur. Bu kateqoriyaya aid olmayan imtiyazlı milli "aristokratlarımıza” isə qırmızı xətti keçməyənə qədər kimsə gözün üstə qaşın var demək istəmir…

“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…Son günlərin ən çox müzakirə olunan mövzusu – deputat İqbal Məmmədovun "Relax” İstirahət Mərkəzinə gələn vergi işçilərinin döyülərək qovulması hadisəsi bir tərəfdən arxalı işbazların hansı həddə qədər "şişdiklərini” göstərirsə, digər tərəfdən də, Vergilər Nazirliyi başda olmaqla, dövlət qurumlarının acizliyinin, öz işinin öhdəsindən gələ bilməməsinin, vətəndaşları tutduqları mövqe və vəzifələrinə görə təbəqlərə ayırmasının isbatı oldu.

"Relax” İstirahət Mərkzəzinin rəsmi internet səhifəsində göstərilir ki, burada nömrələrin qiyməti sutkalıq 100 manatdan 300 manata qədər dəyişir. 14 hektar ərazisi olan mərkəzdə 142 nömrə və 20-dən çox müxtəlif təyinatlı iaşə obyekti var. Bu istirahət mərkəzinin tikintisinə, avadanlıqlarla təminatına və s. xərclənən milyonlarla, bəlkə də on milyonlarla dollar vəsaitin mənbəyini bir tərəfə qoyaq. Çünki bu mənbə hökumətdə az adamı maraqlandırır. Sadəcə, Vergilər Nazirliyinin DİN və Baş Prokurorluqla birgə yaydığı rəsmi məlumatlara diqqət yetirmək kifayətdir ki, ölkədəki real vergi intizamı, biznes və rəqabət mühiti barədə aydın təsəvvür yaransın.

150-yə yaxın nömrə və 20 müxtəlif təyinatlı obyektin daxil olduğu 14 hektarlıq ərazini əhatə edən və böyük ehtimalla ən azı 100 nəfərin çalışdığı "Relax” ötən 2018-ci il ərzində cəmi 10 min 726 manat, bu ilin 7 ayı ərzində isə vur-tut 972 manat vergi ödəyib! Rəsmi məlumatda belə deyilir. Vergilər Nazirliyinin öz məsuliyyətini yada salmadan yaydığı məlumatdan belə çıxır ki, yay-qış fəaliyyət göstərən həmin bu nəhəng obyekt ötən il ortalama olaraq, ayda 890 manat, bu il isə ayda cəmi 138 manat(!) vergi ödəyib. Nə işdirsə, deputatın bu görünməmiş "səxavəti” isə Vergilər Nazirliyini və şəxsən cənab Cabbarovu qane edib. Hətta deputatın dediyinə görə, hadisədən 10-15 gün əvvəl də vergi müfəttişləri "Relax”da olub və razı gediblər.

cabbarov

Qeyd edək ki, belə obyektlər mütləq şəkildə ƏDV ödəyiciləri olmalıdırlar. ƏDV ödəyiciləri isə hər ayın 20-dək ötən aya görə vergi hesabatı verməlidirlər. Yay mövsümündə az qala ağzınadək dolu və qışda da kifayət qədər müştərisi olan, üst-üstə 160-a yaxın nömrə və iaşə obyektinə malik bu mərkəzin gündəlik ortalama dövriyyəsi, hətta nömrənin birini 100-150 manatdan hesablasaq belə, 20 min manat, aylıq isə 5-6 milyon manat təşkil edir. Biz hələ kompleksdəki restoranların, hovuzun və digər obyektlərin qazancını hesaba salmırıq. Belə bir obyekt tərəfindən bu ilin 7 ayında aylıq cəmi 138 manat vergi ödənməsini qoyaq bir kənara (Çünki bu, bir vergi orqanı üçün xəcalət mənbəyindən başqa bir şey deyil və bu barədə danışmaq belə ayıbdır!), hətta ötən ilin hər ayına cəmi 890 manat ödənilməsi belə Mikayıl Cabbarovun nazirliyinin nə qədər aciz və öz işinin öhdəsindən gələ bilməyən qurum olduğunun göstəricisidir. Çünki 890 manat, təxminən 10 işçiyə görə büdcəyə köçürülməli olan sosial sığorta haqqının məbləğindən belə azdır, hansı ki, burada işçi sayı dəfələrlə çoxdur! Aylıq 5-6 milyon dövriyyə isə ayda yüz minlərlə, ildə isə bir neçə milyon manat vergi hesablanmasını və ödənilməsini tələb edir. Ancaq ortada nəinki milyonlar, heç bunun mində biri yoxdur.

Əgər sözügedən obyekt ƏDV ödəyicisidirsə, deməli hər ay vergi hesabatı verilib və Cabbarovun əməkdaşları vəziyyəti görüblər. Görüblərsə, deməli üst orqana da məruzə ediblər. Bəs həmin orqan və onun başında duran nazir indiyə qədər hara baxırdı? Gərək 2 il gözləyəydilər, sonra da gedib döyüləydilər ki, hamı bundan xəbər tutsun və vergi işçiləri, nəhayət, çoxdan yerinə yetirməyə borclu olduqları vəzifələrini həyata keçirsinlər?

Hələ bu, sıradan bir deputat-biznesmendir. Bunun biznesmen-prokuroru, polis rəisi, hakimi, icra başçısı, başçı müavinləri, nazir və nazir müavinləri, sayları 200-ü keçən generalları və sadalamadığımız bir sürü məmur-oliqarxı, onun-bunun adamı var! Bu gedişlə Cabbarovun işi çətin olacaq. Hazırda mövcud olan mənzərə budur ki, heç də qılıncının həm dalı, həm də qabağı kəsən toxunulmazlar sırasında olmayan, ortadan da aşağı kateqoriyaya aid bir biznesmen-deputatın belə qapısını 2 ilə yaxındır döyməyə cəsarəti çatmayan, qorxa-qorxa döyəndə də özü döyülən bir vergi orqanı və nazirlə üz-üzəyik. Belə çıxır ki, hər məmurun, deputatın, oliqarxın və başqa arxalı "day-dayın” obyektinə daxil olmaqdan ötrü Vergilər Nazirliyi üçün ayrıca bir "Qara Kəmər” əməliyyatı təşkil etmək lazımdır. Doğrusu, hakimiyyətdəki aparıcı və nüfuzlu qüvvənin təmsilçisi olan, ciddi siyasi dəstəyə malik bir nazirin belə aciz duruma düşməsi olduqca təəccüblü və anlaşılmazdır…

Ancaq görünür, vergi orqanı yenə də bata bilmədiklərinin heyfini yetim-yesirdən çıxmaq praktikasına üstünlük verir. Misal üçün sizə Bakıda 1 manat 50 qəpik – 2 manata telefon aksessuarları satan 30 kvadrat metrlik elə mağaza, yaxud dönərxana göstərərik ki, vergi orqanı onu ayda 1000 manat və daha artıq vergi ödəməyə vadar edir, yəni "Relax”ın ödədiyindən qat-qat artıq! Niyə, çünki onun sahibinin sahibi yoxdur…

vergi-1542719571

Yaxud, olsun Vergi Məcəlləsinə edilən son dəyişikliklər. Sadələşdirilmiş vergi ödəyicisi kateqoriyasına aid olan mikro və kiçik sahibkarlıq subyektlərini ƏDV və gəlir vergisi ödəyicisinə çevirmək üçün vergi orqanının çıxmadığı oyun qalmadı. Kimin bank hesabına başqa vergi ödəyicisinə göstərdiyi xidmətə görə 10-ca manat pul köçürülsə, dərhal onu çevirib edirlər gəlir vergisi, bir az da "dərinə getsələr”, ƏDV ödəyicisi. Bu isə sadələşdirilmiş üsulla müqayisədə təkcə qat-qat artıq hesabat, kağız-kuğuz yox, həm də dəfələrlə artıq vergi ödənişi deməkdir.

Son günlərdə isə nə vaxtsa bir "qələt edib” də VÖEN almış və 5 il bundan öncə fəaliyyətini dayandırmış, hazırda sahibkarlıq fəaliyyəti olmayan vətəndaşlara parta-partla 40 manat cərimə göndərirlər. Adını da qoyurlar ki, "5 ildən sonra VÖEN-iniz avtomatik olaraq, aktivləşib, siz isə rüblük hesabatı verməmisiniz”. Baxmayaraq ki, VÖEN-lərin aktivləşməsi barədə insanlara heç bir məlumat verilməyib. Nəticədə, 40 milyonların vergidən yayındırılmasını "görməyən” nazirlik, kasıb-kusubun 40 manatınagöz dikməklə, büdcə doldurmağa çalışır. Və bütün bu hoqqaların da adı olur "vergi islahatı”…

Sözsüz ki, "Relax” macərası ictimailəşməsəydi Vergilər Nazirliyinin milyonlarla gəliri olan obyektlərdən 100-150 manat vergi toplaması praktikası bu dərəcədə aşkara çıxmayacaqdı. Və kim bilir, hələ nə qədər belə "Relax”lar var!

Bizə qalır sadəcə, onların sayını təxmin etmək və nə vaxtsa Azərbaycanda gedənin yerinə ondan yaxşısının gələcəyi arzusu ilə yaşamaq…

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Xəbər 1113 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36998] initstartout [0.00023] initstartin [0.00108] calstart [0.01372] calend [0.00085] topnewsend [0.00679] rsssend [0.00000] ehgend [0.04019] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30641]