Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:13 - 22.11.2019  
"VTB BANK" “BOĞULUR” – 257 milyon manat ziyandadır
Tarix: 24-07-2019, 10:03 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Azərbaycandakı Rusiya kapitallı banklardan biri olan "VTB Bank Azərbaycan” heç cür "qara zolaqdan” çıxa bilmir. İldən-ilə zərərini çoxaldan bankın demək olar ki, bütün göstəriciləri onu yaxın gələcəkdə yaxşı heç nə gözləmədiyindən xəbər verir.

"VTB BANK" “BOĞULUR” – 257 milyon manat ziyandadır"Marja” Bankın maliyyə hesabatlarına istinadla xəbər verir ki, 30 iyun 2019-cu il tarixində "VTB Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 47 milyon 67 min manat təşkil edib. Bu, 2018-ci ilin sonu ilə müqayisədə 2 milyon 335 min manat azdır.

Kredit portfeli 8 dəfə(!) azalıb

Devalvasiyaların ən pis "vurduğu” banklardan biri olan "VTB Bank Azərbaycan”ın 2015-ci ilin sonunda kredit portfeli 364 milyyon manat idi. Ötən 3,5 il ərzində Bankın kredit portfeli 8 dəfəyə yaxın azalıb.

"VTB Bank Azərbaycan”da depozitlər də azalmaqda davam edir. 2019-cu ilin 1-ci yarısında Bankın depozit portfeli 1 milyon 622 min manat azalaraq, 57 milyon 102 min manata düşüb. Həmçinin, bu gün "VTB Bank Azərbaycan” 144 milyon manat cəmi aktivləri ilə ölkəmizdə ən kiçik banklardan biridir.

Ümumilikdə Rusiyanın "VTB Bank”ının Azərbaycanda törəmə bank açması ona xeyir gətirməyib. 2008-ci ildən fəaliyyət göstərən "Bank VTB Azərbaycan” ASC, müstəqil auditorun hesabatlarına görə, 2008-ci ildə 162 min manat, 2009-cu ildə 1 milyon 510 min manat, 2010-cu ildə 4 milyon 5 min manat, 2011-ci ildə 3 milyon 86 min manat,2012-ci ildə 2 milyon 293 min manat zərər edib. Bank 2013-cü ildə ilk dəfə 4 milyon 539 min manat, 2014-cü ildə isə 4 milyon 921 min manat xalis mənfəət əldə edə bilib. 2015-ci ildə yenidən "qara buludlar” bankın başının üstünü alıb və nəticədə "VTB Bank Azərbaycan” 2015-ci ildə 36 milyon 525 min manat, 2016-cı ildə 141 milyon 7 min manat, 2017-ci ildə 51 milyon 441 min manat, 2018-ci ildə isə 2 milyon 481 min manat xalis zərər edib.

Son 11 il ərzində "VTB Bank Azərbaycan” 242 milyon 510 min manat zərər, 9 milyon 460 min manat xalis mənfəət əldə etmişdir. Bankın 11 illik xalis zərəri 233 milyon 50 min manatdır.

Gəlirləri xərclərini ödəmir

2019-cu ildə də "Bank VTB Azərbaycan” gəlirlə işləmir. Yerli standartlar əsasında hazırlanmış hesabata görə, "VTB Bank Azərbaycan” 2019-cu ilin 1-ci yarısını 4 milyon 712 min manat xalis mənfəətlə başa vurub. Lakin bu mənfəət, Bankın gəlirli fəaliyyətindən qaynaqlanmır, sadəcə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın bir hissəsinin azad olması hesabınadır. Hələ də Bankın gəlirləri xərclərini ödəmir. Belə ki, 2019-cu ilin yanvar-iyun dövründə "VTB Bank Azərbaycan”ın cəmi faiz və qeyri-faiz gəlirləri 6 milyon 480 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 10 milyon 253 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 3 milyon 773 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 8 milyon 486 min manatının azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 4 milyon 712 min manat xalis mənfəət qalıb.

Yerli standartlar əsasında hazırlanmış hesabata görə, 30 iyun 2019-cu il tarixində "VTB Bank Azərbaycan”ın təxminən 257 milyon manat yığılmış zərəri var. Ötən il "VTB Bank Rusiya”nın Azərbaycandakı törəməsinə 265 milyon manat yardım edərək, nizamnamə kapitalını 51 milyon manatdan 316 milyon manata qaldırıb. Bu yardım sayəsində Bank məcmu kapital kəsirini aradan qaldıra bilsə də, onun fəaliyyətində hansısa ciddi dönüşə səbəb ola bilməyib.

Bu gedişlə, yəni aşağı kredit aktivliyi və güclü rəqabət şəraitində "VTB Bank Azərbaycan”ın maliyyə göstəricilərini artıracağı çətin görünür. Hələ ki, Bankın İdarə Heyətinin sədri Evgeniy Kirin, Azərbaycanda qanunların və məhkəmələrin mükəmməl olmadığından şikayət etməkdədir. O, Azərbaycanda bir sıra qanunların işləmədiyini, hüquqi alətlərin çatışmadığını iddia edir.

Lakin qeyd edək ki, digər banklar da eyni şəraitdə fəaliyyət göstərir. Ancaq buna baxmayaraq, daha aktiv və çevik siyasət aparmaqla hansısa nailiyyətlər qazana bilirlər. Bununla yanaşı, E.Kirinin söylədiklərində də həqiqət var və hamıya bəllidir ki, Azərbaycanın bank sektorundakı "oyun qaydaları” heç də hər zaman qanunlara və hüquqi alətlərə söykənmir…

Xəbər 819 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34712] initstartout [0.00030] initstartin [0.00151] calstart [0.01734] calend [0.00106] topnewsend [0.00708] rsssend [0.00000] ehgend [0.02210] tagsstart [0.00093] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29677]