Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:29 - 23.10.2019  
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
Tarix: 20-07-2019, 11:41 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Güman ki, cəmiyyətin ən müxtəlif seqmentlərinin respublika prezidentinin müxtəlif əhali kateqoryiyalarının pensiyalarının və maaşların artırılması ilə bağlı qərarlarını hansı şöqvqlə qarşılamasını yada salamağa ehtiyac yoxdur.

İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...Amma min təəssüf ki, həmişə olduğu kimi bu dəfə də eyforiya elə də uzun çəkmədi – insanlar vəd olunmuş artımları almağa macal tapmamış bazar və dükanlarda qiymətlər kəllə - çarxa vurdu.

Ən maraqlı məqam budur ki, belə hal birinci dəfə baş vermir, hər dəfə şanlı məmurlarımız və ya nazirlərimiz vəd edirlər ki, qiymət artımı daha olmayacaq, amma təcrübədə bunun əksi olur, qiymətlərin artımı həmişə maaş və pensiyların real artımını qabaqlayır.

Bu dəfə də yazmışdıq ki, əlavə pul kütləsi zəruri tədbirlər görülməsə inhisarçıların cibinə "axacaq” və növbəti sosial inyeksiyanın da nəticəsi yeni sosial qərarların, artımların şamil olunmadığı insanların daha da lümpenləşməsinə, onların sosial durumunun ağırlaşmasına səbəb olacaq.

Hətta bu qərarların şamil olunduğu insanlar üçün belə proses sıfır iqtisadi uduşla başa çatacaq, çünki bütün əlavə pul kütləsi qiymətlərin artımını kompensasiya etməyə yönələcək. Beləliklə, əhalinin az təminatlı hissəsi öz statusunu dəyişə bilməyəcək və yenə də az təminatlı kateqoriya kimi qalmaqda davam edəcək.

Bir daha deyirik ki, hökumətin növbəti sosial paketinin də real nəticələrini çox gözləmək lazım gəlmədi – hər şey əvvəlki vaxtlarda olduğu kimi təkrarlanır; qiymətlər artır, fermerlərsə buna baxmayaraq israr edirlər ki, onlar meyvə və tərəvəzlə bağlı nə etmək lazım gəldiyini bilmirlər, onları faktiki olaraq "su qiyməti”nə satmaq məcburiyyətindədirlər və s. və i.
Açığı biz artıq şanlı fermerlərimizin də bəyantalarına, giley-güzarlarına şübhə ilə yanaşmağa başlamışıq.

Birincisi, onlar düşünülmüş şəkildə gəlirlərini dövlətin müvafiq orqanlarından gizlətməyə çalışmırlarmı? Axı hər il hər şey olduğu kimi təkrarlana bilməz! Hətta sovetlərin vaxtında belə insanlar min cür yollar tapıb Rusiyaya meyvə və tərəvəz aparırdılar. Doğrudanmı bizim şanlı fermerlərimiz on illərdir ki, sadəcə bir problemin – məhsullarını Bakıya daşımağın yolunu –irizini tapa bilmirlər?

Aydın məsələdir ki, burada üçüncü bir hal ola bilməz: ya şanlı fermerlərimiz açıq yalan danışır və gəlirlərini gizlədirlər, ya da ölkədə inhisarçılıq o qədər dərin kök salıb ki, hətta hökumət özünü elə aparır ki, guya onların fokuslarını görmür!
İşin tərsliyindən iqtisadiyyat və sosial siyasət üzrə "ekspert”lər də yeni bir şey təklif edə bilmirlər, hər dəfə yalnız bir şey bilirlər: yarmarkaların şəbəkəsini genişləndirmək lazımdır.

Əlbəttə ki, biz iqtisadçı və yaxud da ki, sosial siyasət üzrə ekspert deyilik, amma hamımız istehlakçı və alıcıyıq, o cümlədən də kənd təsərrüfatı məhsullarının alıcılarıyıq: hamı təsdiq edər ki, yarmarkalarda da qiymətlər bazarlardakından elə də fərqlənmir, belə təəssürat yaranır ki, sanki kimsə, hansısa "komitə” yuxarıdan qiymətləri tənzimləyir!..

Odur ki, nəticə birdir: bir daha qeyd edirik ki, ya fermerlərimiz yalan danışır və gəlirlərini gizlətməyə çalışırlar, ya da ki, ölkədə çox dəhşətli bir monopoliya bərqərar olub.

Daha bir məqam var ki, əslində o, ticarətin bütün sferalarına aiddir. Bütün dünyada ticarətin iki üsulu vardır: az, amma baha satmaq, ya da ucuz, amma çox satmaq.

İkinci üsulu şərti olaraq Avropa və yaxud da protestant üsulu adlandırardıq. Məsələn, vaxtilə Henri Ford bir mühəndis və işgüzar adam kimi fərqli yol da tuta bilərdi: bahalı maşınlar istehsal edər və onları imkanlı adamlara satardı – necə deyər, az, amma baha satardı. Amma Ford başqa yol tutdu, avtomobilləri konveyer üsulu ilə istehsal etməyə başladı ki, daha çox insanın avtomobil almaq imkanı olsun.

Qeyd edək ki, burada iki fərqli biznes psixologiyasından söhbət gedir. Qərbdə bütün məhsullara ilk növbədə kütləvi xarakter verməyə çalışırlar ki, alıcılar çox olsun, yəni onları almağa hamının imkanı olsun.

Şərqdəsə hər şey tərsinədir, burada cəmiyyətin sosial polyarizasiyası kimsədə təlaş yaratmır, heç kimi qayğılandırmır, çünki kəskin şəkildə varlılara və kasıblara bölünmək adi haldır, hətta guya "Allahın qisməti”dir və bir daha deyirik ki, heç kim belə neqativ fenomenə son qoymağın yollarını aramır.

Biz şərqlilərin bir əsas biznes prinsipi var: pulların qoxusu olmur, onların haradan və necə qazanılmasıının fərqi yoxdur, əsas odur, pulun olsun. Halbuki mərhəmətdən, xeyirxahlıqdan və ya hallallıqdan ən çox danışan da bizik.

Amma siz Qurban və yaxud da Orucluq bayramı zamanı dükan və bazarlardakı qiymətlərə baxın! Daha yaxşısı həmin günlər evdə oturmaq, dükan-bazara getməməkdir. Amma deyirlər ki, guya başqa bir yol da var; qida qəbulunu məhdudlaşdırmaq və yaxud da böyük filosof müsyö J.J.Russonun çağırışına səs verib yenidən təbiətə qayıtmaq...

 

Xəbər 963 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramiz Mehdiyevə“Heydər Əliyev” ordenini təqdim edib
Əhmədzadə klanı ŞOKDA - "Meliorasiya ASC" ləğv edilir
ONLAR DA GETMƏLİDİR! Yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurlarımızın SİYAHISI
Azərbaycan Prezidenti: "Kadr islahatları labüddür, bu, qaçılmazdır"
Ramiz Mehdiyev vəzifəsindən alındı
Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq
İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi
Mikayıl Cabbarov İqtisadiyyat naziri oldu
Pentaqon rəhbəri İraqda elan olunmamış səfərdədir
İqtisadiyyat Nazirliyi yenidən təşkil olunsun - TƏKLİF
2020-ci il üçün KİVDF-yə 4 milyon manatdan artıq vəsait ayrılacaq
ADAU "Demokratik.Az"ın xəbərini təkzib edir
İnam Kərimov işçi axtarır - 151 vakansiya var
ADAU-nun Baytarlıq fakültəsindən kompüterlər oğurlandı - YENİLƏNİB - Polis araşdırma başlatdı
Bakı demokratlarının Trampa niyə rəğbəti yoxdur - özləri danışır
Gəncənin icra başçısı ADAU-nun tələbə və müəllimlərinə niyə zibil təmizlətdirir?
“Feminizmin Azərbaycana idxalı istisna deyil” - Deputat
Ərdoğan İranı xəyanətdə ittiham edib
Cavad Zərif Azərbaycana gəldi
Ordumuz 19 yaşlı əsgərini itirib
Serxio Ramos Çempionlar Liqasında rekord vurub
“Maşın”da dopinq qalmaqalı
Prezidentlə Şahin Mustafayevin söhbəti - MƏTN
Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
Əli Həsənova REAL SUAL: "“Prezidentin 5-6 köməkçisi 10 milyon vətəndaşın dərdini necə dinləyəcək?”
Alo, mitinq sifariş vermisiniz?
Sabiqləşən Əli Həsənov bu vəzifələri icra edəcək
Tofiq Yaqublunun səhhəti necədir? AÇIQLAMA
Şahin Mustafayev Baş Nazirin müavini təyin olundu - Haqqında qısa DOSYE
Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30232] initstartout [0.00031] initstartin [0.00146] calstart [0.01672] calend [0.00100] topnewsend [0.00718] rsssend [0.00000] ehgend [0.03079] tagsstart [0.00121] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24357]