Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:10 - 20.08.2019  
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Tarix: 20-07-2019, 11:38 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Ankara yenidən Rusiyadan endirim ala biləcəkmi?

“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...Rusiya qazını Türkiyəyə və oradan da Şərqi Avropaya daşıyacaq "Türk axını” kəmərinin tikintisi plana uyğun davam edir. Bu barədə açıqlamanı "Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini Oleq Aksyutin verib. Onun sözlərinə görə, kəmərlə ilk qaz nəqli planlaşdırıldığı kimi, 2019-cu ilin dekabrında baş tutacaq.  Kəmərin dəniz hissəsi, həmçinin Rusiya ərazisindəki quru hissəsi tam hazırdır. Türkiyə ərazisindəki tikinti işləri isə 88 faiz icra olunub.

Xatırladaq ki, "Türk axını” layihəsi Rusiyadan Qara dənizin dibi ilə Türkiyə sahillərinə hər birinin ötürücülük gücü 15,75 milyard kubmetr olan iki boru xəttinin çəkilməsini nəzərdə tutur. Kəmərin 930 km-i dənizin dibi ilə çəkilib. Türkiyə sahillərindən qazı Bolqarıstan sərhədinə çatdıracaq hissənin uzunluğu isə 180 km təşkil edir. 2018-ci ilin noyabrında İstanbulda kəmərin dəniz hissəsinin başa çatması münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə V.Putin və Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan iştirak edib.

"Türk axını” kəmərini bir çox mərkəzlər Azərbaycandan Avropaya uzanan Cənub Qaz Dəhlizi (CQD) üçün əsas rəqib kimi qiymətləndirirlər. Hesab olunur ki, "Türk axını” Azərbaycan qazının satışına ciddi problemlər yarada bilər. Lakin real vəziyyətin təhlili göstərir ki, bu gözləntilər əsaslı deyil. Belə ki, Türkiyədə təbii qaz istehlakı 2018-ci ildə əvvəlki ilə nisbətən 6 faiz azalaraq 49,3 milyard kubmetrə düşüb. 2017-ci ildə isə istehlak 53,8 milyard kubmetr təşkil etməklə rekord səviyyəyə yüksəlmişdi. Ötən il Türkiyənin qaz idxalı da 8,8 faiz azalmaqla 50,3 milyard kubmetr təşkil edib. Bunun 11 milyard 328 milyon kubmetri maye qaz - LNG olub. Rusiyadan qaz alışı 23 milyard 642 milyon kubmetr, İrandan 7 milyard 863 milyon kubmetr, Azərbaycandan isə 7 milyard 527 milyon kubmetr təşkil edib. Bu üç ölkədən yalnız Azərbaycandan qaz idxalında artım olub - 1 milyard kubmetr. Rusiyadan idxal 2017-ci ildəki 28,6 milyard kubmetr qarşılığında 5 milyard kubmetr, İrandan 9,2 milyard kubmetr qarşılığında 1,4 milyard kubmetr azaldılıb. Düzdür, istehlakın azalmasında hava şəraitinin isti keçməsi də rol oynayıb. Lakin idxalın azalmasında əsas amillərdən biri Türkiyə hökumətinin idxal mənbələrini diversifikasiya etmək istiqamətindəki fəaliyyətləridir. Rəsmi Ankara Rusiyadan, Azərbaycandan və digər mənbələrdən öz ərazisindən keçməklə Avropa bazarlarına uzanan kəmərlər şəbəkəsinin yaradılmasında maraqlıdır, bu istiqamətdə zəruri olan bütün dəstəyi verir. Lakin öz ölkəsinin tələbatını ödəmək üçün mənbələri genişləndirmək planlarını da kənara qoymur.

Digər tərəfdən, Türkiyə Rusiyadan Ukrayna ərazisindən keçməklə gələn "Transbalkan” kəməri ilə ildə 13 milyard kubmetr qaz alır. Daha 16 milyard kubmetr isə artıq istismarda olan "Mavi axın” kəməri ilə nəql olunur. "Türk axını”nın birinci xətti işə düşdükdən sonra "Transbalkan”la nəql dayandırılacaq və oradan gələn qaz həmin xəttlə alınacaq. Türkiyənin daxili tələbatını təmin etmək mənbələrinin diversifikasiyası üçün çalışmalarını, həmçinin daxili istehlakın azalmağa başladığını nəzərə alsaq, bu ölkənin "Türk axını”ndan 13 milyard kubmetrdən əlavə qaz həcmlərini götürəcəyi real görünmür. Bu baxımdan, Rusiya birinci xətdəki artıq həcmləri - ildə 2,75 milyard kubmetri satmaq üçün ən qısa müddətdə bazar tapmalıdır. İkinci xəttin işə düşməsi üçünsə onunla nəql olunacaq 16 milyard kubmetr qazın həm alıcısı tapılmalı, həm də onu alıcıya çatdıracaq şəbəkə hazırlanmalıdır.

Buna görə də Rusiya Balkan ölkələri ilə danışıqları intensivləşdirib. Avropaya qazın Yunanıstan ərazisi ilə çatdırılması planları Avropa Komissiyasının razılıq verməməsi ucbatından iflasa uğradıqdan sonra əsas ümid Bolqarıstan-Serbiya-Macarıstan-Avstriya marşrutuna qalıb. Bu ilin yanvarında Bolqarıstan qaz nəqli şəbəkəsinin operatoru olan "Bulqartransqaz” rəsmən "Türk axını” ilə gələcək Rusiya qazını qəbul edərək Serbiya sərhədinə çatdırmaqdan ötrü öz şəbəkəsini genişləndirməyə 1,6 milyard dollar sərf edəcək. Yanvar ayında Putinlə görüşündə Serbiya prezidenti  də ölkəsinin "Türk axını”na qoşulmaqda maraqlı olduğunu açıqlayıb. Rusiya tərəfi bunun üçün Serbiyaya 1,4 milyard dollar dəstək verəcəyini bəyan edib. Mart ayında Serbiya hökuməti öz ərazisindən Bolqarıstan-Macarıstan qaz kəməri xəttinin çəkilişinə icazə verib. Aprel ayında isə kəmərin tikintisinə başlanıb.

Kəmərin Türkiyə ərazisinə qədər çəkilişinin 7 milyard avroya başa gəlməsi nəzərdə tutulur. İlkin məbləğ 6 milyard avro hesablansa da, ötən ilin noyabrında "Qazprom” rəhbərliyi xərclərin daha 1 milyard avro artdığını bəyan edib. Şirkət ilkin mərhələdə bu xərcləri öz hesabından, daha sonra isə "Şimal axını”nda olduğu kimi, istiqrazların emissiyası yolu ilə maliyyələşdirəcək.

Maraqlıdır ki, Serbiya-Bolqarıstan-Macarıstan xətti bundan əvvəl Avropa Komissiyası tərəfindən qadağan olunmuş "Cənub axını” marşrutu ilə üst-üstə düşür. Bir neçə il əvvəl Rusiya qara dənizin dibi ilə bu marşrut ezrə kəmər çəkməyə çalışsa da, böyük həcmli işlər görüləndən sonra 2014-cü ildə Bolqarıstan öz ərazisi ilə çəkilişlərə icazə verməkdən imtina etdi. Nəticədə, Rusiya tərəfi böyük həcmdə zərərlə üzləşdi. Bu baxımdan, bir çox analitiklər Rusiyanın yenidən eyni aqibətlə üzləşə biləcəyi ethimalını istisna etmirlər.

"Türk axını”nın CDQ-yə satış bazarı baxımdan rəqib olması həm də ona görə mümkün görünmür ki, Azərbaycanın dəhlizlə Avropaya çıxaracağı bütün qaz həcmlərinin alıcıları artıq müəyyənləşib. Rusiya isə hələ buna nail ola bilməyib. Hətta Rusiya Azərbaycan qazının qiymətini "öldürmək” üçün öz məhsulunu daha ucuz təklif etsə belə (2016-cı ildə "Qazprom” Avropanın ABŞ-dan maye qaz almasını önləmək üçün öz qazının qiymətini kəskin ucuzlaşdırmışdı - red.), onun bazara çıxış üçün zəruri infrastrukturu hələ formalaşmayıb. Bu prosesin 2-3 il çəkəcəyi gözlənilir.  CDQ üzrə işlər isə artıq son mərhələdədir.

Qeyd edək ki, Türkiyə Rusiyanın Ukraynadan yan keçməklə Avropaya çıxış əldə etmək istəyindən öz xeyrinə daha çox bəhrələnməyə çalışır. Bu ilin aprelində Rusiya prezidenti V.Putin açıq mətnlə Ankaranın "Türk axını” ilə əldə edəcəyi qazın qiymətində Moskvadan güzəşt istədiyini bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfi ilə "Qazprom” arasında bu məsələ ilə bağlı fikir ayrılıqları var: "Amma bunlar yəqin ki, həll olunacaq. Qazın qiymətini ”Qazprom" deyil, bazar müəyyənləşdirir".

Bu açıqlamaya rəğmən, qazın qiyməti ilə bağlı ölkələr arasındakı endirim təcrübəsi göstərir ki, əlində mühüm təsir rıçaqları olan Türkiyənin Rusiyadan əlavə endirim əldə etməsi xeyli realdır.

"Yeni Müsavat”

Xəbər 562 dəfə oxunub






Oxşar xəbərlər

Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [5.25027] initstartout [0.00014] initstartin [0.00070] calstart [5.04946] calend [0.00073] topnewsend [0.00513] rsssend [0.00000] ehgend [0.05486] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13856]