Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:12 - 18.07.2019  
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Tarix: 17-06-2019, 12:34 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Ekspert deyir ki, faiz dərəcələrinin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillərin aradan qaldırılması təkcə bank sektorundan asılı deyil;  "Yüksək faiz kreditin geri qayıtma ehtimalını və riskləri artırır”

Azərbaycanda bank kreditlərinin faizlərinin yüksək olması yenidən ciddi müzakirə mövzusuna çevrilib. Bir sıra ekspertlər, Milli Məclis üzvləri əhalidən 12 faizlə əmanət kimi götürülən vəsaitlərin sonradan 25-30 faizlə kreditə verilməsinin normal olmadığını bildirir, kredit faizlərinin aşağı salınmasının zəruriliyini vurğulayırlar.

Bu günlərdə Mərkəzi Bankın yaydığı açıqlamadan aydın olur ki, ölkədə iqtisadi aktivlik üçün monetar şərait mövcud olsa da, biznesin kredit aktivliyi aşağı olaraq qalmaqdıdır. Üstəlik, kredit portfelində azalma baş verir: "Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1 faiz, o cümlədən hüquqi şəxslər üzrə 2.7 faiz azalıb”.

Mərkəzi Bank bildirir ki, kredit aktivliyinin az olması nəticəsində bank sektorunda aktivlərin bir hissəsi istifadəsiz qalıb:"Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır”.

Qurum etiraf edir ki, aktivliyin aşağı düşməsi ölkənin iqtisadi sabitliyinə xələl gətirir: "Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir”.

Göründüyü kimi, banklarda izafi vəsait yığılsa da, kredit faizlərinin aşağı düşməsi baş vermir. Halbuki bir çox mütəxəssislər həm biznesin, həm digər təbəqələrin kredit aktivliyinin aşağı olmasının əsas səbəblərindən biri kimi kredit faizlərinin hədsiz yüksək olmasını qeyd edirlər.

Kredit faizləri niyə yuxarıdır - ilginc faktlarBütün bunlar vacib bir sual yaradır ki, bəs Azərbaycanda kredit faizlərinin bu qədər yüksək olmasının səbəbi nədir? Suala cavab verən bank sahəsi üzrə tanınmış mütəxəssis Elman Sadıqovun dediyinə görə, burada iqtisadi məsələdən başqa, həm də mənəvi bir məsələ vardır ki, heç kim ölkə vətəndaşının yüksək faizlə kredit götürməsini və kredit yükü altında qalmasını istəməz: "Kredit faizləri məsələsi incə məsələdir və hər bir ölkə vətəndaşını maraqlandıran, onların yaşayış tərzinə təsir edən məsələdir. Bildiyimiz kimi, kredit faizlərinin formalaşmasında əsas rollardan birini depozit faizləri oynayır. Çünki depozit faizləri kredit faizlərinin formalaşmasında və maya dəyərində önəmli rol oynayır. Birincisi ona görə ki, xarici ölkələrdə banklarda vəsaitlərin formalaşmasında əsas rolu depozitlər oynamır. Xarici banklarda aktivlərin formalaşmasında bir çox maliyyə mənbələri əsas rol oynayır ki, mövzudan yayınmamaq üçün bunlara toxunmayaq. Deməli, banklar illik 12 faizdən depozit cəlb edirlərsə, bu depozitlərin heç də hamısı kreditləşmədə istifadə edilə bilməz. Adətən banklar cəlb olunan depozitlərin 70 faizinə qədərini kreditləşmədə istifadə edirlər. Likvidlik, hər hansı şok hadisələr və sair səbəblərdən istifadə olunmayıb qalan təqribən 30 faizlik hissə də kredit faizlərinin maya dəyərinə daxildir. Deməli, 12 faiz dediyimiz illik depozit faizlərinin maya dəyəri əslində 15-16 faiz ətrafındadır.

İkincisi, kreditlərin verilməsi və yığılması proseslərində bankların əməliyyat xərcləri 5 faiz ətrafındadır. Bu kreditlər normal olaraq geri ödənən kreditlərdirsə. Əgər problemli kreditlərə çevrilirsə, yığım prosesi bu faiz dərəcəsini artırır.

Üçüncüsü, verilən kreditlərin 100 faizinin geri qayıtma zəmanəti heç bir ölkədə yoxdur, o cümlədən də Azərbaycanda. Bu təbiidir. Ölkədə orta hesabla problemli kreditlərin həcminin ümumi kredit portfelində 12 faiz ətrafında olduğunu nəzərə alsaq, deməli, verilən kreditlərin təqribən 10-12 faizinin problemli kreditlərə çevrilmə riskini nəzərə almalıyıq. Deməli, ölkədə kreditlər üzrə risk dərəcəsi təqribən 10-12 faiz ətrafındadır”.

Mütəxəssis bildirir ki, problemli kreditlərin həlli, məhkəmə-icra prosesləri xarici ölkələrə nisbətən uzun çəkir: "Biz bank faizləri haqqında danışarkən xarici ölkələrlə müqayisə etməyi xoşladığımız üçün xarici ölkələr məsələsini qeyd edirəm. Əslində bu doğru müqayisə deyil. Əgər məsələn, 100 min manat məbləğində bir problemli kreditin məhkəmə-icra, girovun reallaşdırılması prosesi 2, 3, 4 il çəkirsə, bu o deməkdir ki, həmin 100 min manat məbləğində verilmiş və problemə çevrilmiş kredit üçün cəlb olunmuş depozitə görə bank 2, 3, 4 il müddətində depozitorlara faizlər ödəyir. Çünki adətən banklar məhkəmələrdən sonra faizlərin hesablanmasını dayandırır. Xarici ölkə banklarında bu təcrübə demək olar ki, yoxdur, çünki orada girovun reallaşdırılması daha sürətlidir. Məlumat üçün, qeyd edim ki, ölkəmizdə də faizlərin hesablanmasının dayandırılması qanunda, qaydalarda yoxdur. Banklar bunu müştərilərinə əlavə yük olmaması üçün öz təşəbbüsləri ilə öz daxili qaydaları əsasında tətbiq edirlər. Məhz problemli kreditlərin həlli məsələlərində mövcud olan bir çox amilləri nəzərə alan cənab prezident bu sahədə islahatların aparılacağı anonsunu da verib”.

E.Sadıqovun sözlərinə görə, Azərbaycan bankları transmilli banklar deyil: "Dünyanın pul bazarlarına birbaşa çıxışımız yoxdur. Törəmə alətlər, beynəlxalq maliyyə əməliyyatları üçün dünya bazarlarına və ya ən azı ucuz fond cəlb etmək üçün beynəlxalq pul bazarlarına birbaşa çıxış əldə etməyin şərtləri var. Bu şərtlərin bir çoxunu heç bir çox inkişaf etməkdə olan ölkələrin bankları da əldə edə bilmirlər. Biz bankların kredit faizlərini inkişaf etmiş ölkələrdəki bank faizləri ilə müqayisə ediriksə, o halda fond birjası, maliyyələşmə və digər amilləri də (məsələn, problemli kreditlərin həlli ilə bağlı sürətli prosedurlar və sair) nəzərə almalıyıq.

Bu qeyd etdiyim hər bir faktor üzrə xərc və riskləri illik depozit faizlərinin üzərinə gəldikdə kredit faizlərinin nə üçün 30-32 faiz olduğunu görmüş oluruq”.

Bəs banklar yüksək faizli kreditlər verməkdə maraqlıdırlarmı? Bu onlar üçün zərərdir, yoxsa mənfəət? Mütəxəssis qeyd edir ki, yüksək faiz kreditin geri qayıtma ehtimalını və riskləri artırır: "Risklər artdıqca banklar daha çox zərərə uğrayır. Yəni yüksək maliyyət = yüksək faizli kredit = daha çox problemli kredit (buna ”vicious circle” (zərərli çevrə) deyirlər). Bu səbəblərdən banklar yüksək kredit faizlərində maraqlı deyillər. Bankların ən böyük marağı daha az maliyyətli maliyyələşmə mənbələrinə nail olmaqdır; daha az xərc müqabilində daha aşağı faizli kreditlər versinlər ki, bu kreditlərin də qayıtma ehtimalı daha yüksək olar”.

Müsahibimizin fikrincə, hazırda vəziyyət əvvəlki illərə nisbətən müsbətə doğru dəyişməkdədir: "Əvvəla, istehlak kreditləşməsində ciddi qaydalar vardır və hər bir vətəndaş istədiyi qədər istehlak krediti götürə bilmir. İstehlak kreditləri üzrə banklar arasında ciddi rəqabət yaranmaqdadır ki, vətəndaşlarımız da bundan istifadə edərək daha uyğun şərtləri olan banklara üz tuta bilərlər. Biznes kreditlərində faizlər kifayət qədər enməkdədir. Hazırda əsaslandırılmış biznes-plana malik olan rentabelli layihələri (məhz belə layihələrə bu gün bank sektorunun ehtiyacı daha yüksəkdir və bank sektoru üçün bu cür layihələrin maliyyələşdirilməsi əsas prioritet istiqamətdir) illik 13-15 faizli kreditlərlə maliyyələşdirilir. Cənab prezidentin 28 fevral, 2019-cu il tarixli ”Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da kredit faizlərinin aşağı salınmasına öz töhfəsini verməkdədir. Görülən müsbət işlər və tədbirlər çoxdur. Lakin təəssüf ki, bütün qeyd olunanları təhlil etdikdə, hələ də faizlərin yüksək olmasına səbəb olan bir sıra risklərin (bu risklərin bir çoxunun yumşaldılması bank sektorunun imkanları xaricindədir) qaldığını görürük. Xüsusilə kreditlərin faiz dərəcələrinin artmasına səbəb olan xərc, risk və digər mənfi amillərin aradan qaldırılması təkcə bank sektorundan deyil, həm də hər bir sahədən asılıdır. Bu faktorların hər birinin aradan qaldırılması, risklərin yumşaldılması yolları, əlbəttə, mövcuddur və həll olunması mümkündür. Düşünürəm ki, səylərimiz də bu istiqamətdədir və bu istiqamətdə də olmalıdır”.

Xəbər 291 dəfə oxunub






Oxşar xəbərlər

Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12082] initstartout [0.00012] initstartin [0.00057] calstart [0.00676] calend [0.00039] topnewsend [0.00269] rsssend [0.00000] ehgend [0.00523] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10457]