Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:10 - 22.10.2019  
“Bizim üçün neftin kritik qiyməti 40 dollardır” - ekspert
Tarix: 5-06-2019, 09:40 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Neftin ucuzlaşması sosial paketin icrasına necə təsir edir?

“Bizim üçün neftin kritik qiyməti 40 dollardır” - ekspertDünya neft bazarında qiymətlərin ucuzlaşması prosesi davam edir. ABŞ-ın İrana qarşı sanksiyaları fonunda dünya neft istehsalının mühüm hissəsini əhatə edən bölgədə münasibətlərin gərginləşməsi belə bu ucuzlaşmanın qarşısını ala bilmir. Analitiklər bu prosesin əsas səbəbləri sırasında neft bazarında təklifin tələbi üstələməsi, eyni zamanda ABŞ-Çin ticarət qarşıdurması nəticəsində dünyada neftə olan tələbatın yaxın və ortamüddətli dövrdə daha da azalmasını qeyd edirlər.

Ucuzlaşma Azərbaycan neftindən də yan ötmür. Belə ki, iyunun 4-nə Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neftin qiyməti 2,77 ABŞ dolları və yaxud 4,13 faiz azalaraq 64,32 dollara düşüb.

Azərbaycan ixracatının 80 faizdən yuxarısını təşkil edən neftin ucuzlaşması ölkə gəlirlərinin də kəskin azalması ilə müşayiət olunur. Qlobal səviyyədə baş verən proseslər daha çox neftin ucuzlaşmasının davamlı olacağından xəbər verir. Belə bir şəraitdə gəlirlərin azalması Azərbaycanda həyata keçirilən sosial islahatlara necə təsir edəcək? Bu ilin əvvəlindən ölkə prezidentinin fərman və sərəncamları ilə pensiya, minimum əmək haqqı və müavinətlərin artırılması istiqamətində mühüm addımlar atılıb. Ölkə rəhbərliyi bu addımların davamlı olacağını bəyan ediblər. Neft qiymətlərinin ucuzlaşması və gəlirlərin azalması şəraitində sosial xarakterli addımların davamlılığını təmin etmək mümkün olacaqmı? İndiyədək aparılan artımlar nəticəsində artan büdcə xərclərini qarşılamaqda çətinliklər yarana bilərmi?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, hazırda dünya bazarında neftin qiymətləri 60 dollar civarındadır: "Hələ ki bu qiymətlərdəki ucuzlaşma Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan xərclərin qarşılanması baxımından kritik həddə deyil. Yəni qiymətin 60 dollar ətrafında olması Azərbaycan üçün təhlükəli vəziyyət yaratmır. Bu qiymətlərlə büdcənin bütün xərclərinin təmin olunması problem olmayacaq”.

Ekspert hesab edir ki, Azərbaycanın dövlət büdcəsi üçün neftin təhlükəli qiyməti 50 dollardır: "Ucuzlaşma davam edərsə, qiymətlər 50 dollara qədər düşərsə, büdcə gəlirlərinin təmin olunmasında müəyyən problemlər yarada bilər. Azərbaycan manatının stabilliyinə, büdcə xərclərinin təmin olunmasına neftin qiymətinin ən təhlükəli həddi 40 dollar hesab olunur. Dünya neft bazarında qiymətlərin 40 dollara qədər ucuzlaşması isə yaxınmüddətli dövrdə gözlənilən deyil”.

P.Heydərov qeyd edir ki, ilin əvvəlindən ölkədə həyata keçirilən sosial müdafiə xarakterli tədbirlər büdcədən əlavə maliyyənin yönəldilməsi zərurəti yaradıb: "Bu tədbirlər büdcə xərclərinin 2 milyard manatdan çox artmasına səbəb olub. Sosial artımların ödənməsi ilə dövriyyəyə böyük həcmdə vəsaitlər daxil olub, ilin ikinci yarısında da bir hissə daxil olacaq. Lakin nəzərə almaq lazımdır ki, sosial paketin həyata keçirilməsi 2019-cu ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən planlaşdırılmışdı. Yəni büdcə xərclərində bu artımlar nəzərə alınmışdı. Bu ilin büdcəsinə neftin qiymətinin təsiri isə elə də böyük ola bilməz. Artıq ilin birinci yarısı arxada qalmaq üzrədir, dünya bazarında müqavilələr sentyabr-oktyabr ayları üzrə bağlanır. Yəni indiyədək olan qiymətlər bundan sonra ciddi ucuzlaşma olacağı təqdirdə belə, bu ilin büdcəsinə təsir göstərməyəcək. Digər tərəfdən, ölkədə kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirlər, vergi siyasətindəki yeniliklər büdcə gəlirlərində ciddi artımlara səbəb olub. Bunu dövlət başçısı özü də qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində büdcə gəlirlərində ciddi artıma nail olunub. Bu yaxınlarda vergilər nazirinin açıqladığı məlumatdan aydın oldu ki, yalnız özəl tibb klinikaları və topdansatış müəssisələrində vergi inzibatçılığının təkmilləşdirilməsi nəticəsində milyonlarla vəsaitin büdcəyə ödənilməsi təmin olunub. Və bu proses - kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, vergi siyasətinin təkmilləşdirilməsi və digər islahatlar davam edir. Onların nəticəsində büdcəyə daxilolmaların artımı da davamlı olacaq. Yəni demək istədiyim odur ki, sosial müdafiə xarakterli tədbirlərin maliyyələşmə mənbələri arasında neft gəlirləri yeganə mənbə deyil. Neftin kritik hədd olan 40 dollara qədər ucuzlaşması baş verərsə, bu, yalnız növbəti artımların reallaşmasının qarşısını ala bilər”.

"Yeni Müsavat”

Xəbər 889 dəfə oxunub






Oxşar xəbərlər

Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.42861] initstartout [0.00024] initstartin [0.00108] calstart [0.01316] calend [0.00078] topnewsend [0.00718] rsssend [0.00000] ehgend [0.02349] tagsstart [0.00097] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.38166]