Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:30 - 23.08.2019  
“AZƏRKOSMOS” 100 milyonları havaya uçurur - zərəri 313 milyonu keçib
Tarix: 3-06-2019, 16:53 | Bölmə: Xəbərlər » İqtisadiyyat

“AZƏRKOSMOS” 100 milyonları havaya uçururSözsüz ki, hər bir ölkə üçün öz peykinin olması bir pristij, güc gözstəricisidir. Bu, həmdə dövlətin iqtisadi, elmi və müasir texnologiyalara yiyələnmə səviyyəsini ortataya qoyan amildir.
Ancaq bütün sivil dünyada çoxdan qəbul olunmuş praktikaya görə, istənilən yenilik, texnoloji layihə və s. mütləq maddi gəlir gətirməlidir. Təəssüf ki, bu cəhətdən "Azərkosmos”un fəaliyyətini qənaətbəxş hesab etmək olmur. Əksinə, "Azərkosmos”ASC onsuz da mürəkkəb duruma malik ölkə iqtisadiyyatı üçün ildən-ilə ağır yükə çevrilir.

"Azərkosmos”un indiyə qədərki fəaliyyəti dövründə xərclərinə baxdıqda, bunun gəlirlərilə müqayisədə bir neçə dəfə artıq olduğunu görürük. Şirkətə dövlət büdcəsindən ilbəil 10 milyonlarla manat büdcə vəsaiti ayrılması ilə yanaşı, xaricdən dövlət təminatı ilə də 100 milyonlarla dollar həcmində kreditlər götürülüb. Digərt tərəfdən "Azərkosmos”un gəlirləri cüzi, xərcləri isə həddindən artıq çox olduğundan, ASC hər ötən ili böyük zərərlə başa vurur. Kreditlər isə yenə də dövlət büdcəsi hesabına bağlanır.

"Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Çin, Gürcüstan və Rusiyadır. Göründüyü kimi, Rusiya və Çin başda olmaqla, bu ölkələrin əksəriyyətinin peyk bazarında əhəmiyyətli payları var.Və belə bir bazarda Azərbaycan kimi ölkənin də iştirakı bir tərəfdən qürurvericidirsə, digər tərəfdən böyük rəqabətə davamlılıq tələb edir. Peyk bazarında ən azından ziyan etməmək üçün isə çeviklik olmalıdır, keyfiyyətli və müxtəlif çeşidli xidmətlər göstərilməlidir. Bəs "Azərkosmos” bu tələblərə nə dərəcədə riayət edə bilir?

Mütəxəssislər hesab edirlər ki, hazırda "Azərkosmos”un timsalında olduğu kimi telekommunikasiya deyil, hərbi, ekoloji və sair tipli peyklər daha gəlirlidirlər.Azərbaycan da digər növ peyklərə üstünlük versəydi, daha məqsədəuyğun olardı. Bundan başqa, xərclərin çox olduğunu nəzərə alaraq, dünya təcrübəsindən istifadə edərək, bir neçə ölkənin ortaq peyk buraxması kimi əməkdaşlıqlara getmək olardı.

Hazırkı vəziyyət isə göstərir ki, ömrü 10 il civarında olan peyklərin nə zamansa ölkəyə maddi xeyir gətirməsi bir yana, heç olmasa xərcləri qapadacağını gözləməyə dəyməz. "Azərkosmos”un ötən illərin yekun hesabatlarından görünür ki, ASC 2017-ci ili 16 milyon 97 min manat, ötən ili isə 6.5 milyon manat ziyanla başa vurub. 2010-cu ildən fəaliyyətə başlayan və bu bir neçə ildə heç cür mənfəətə keçə bilməyən "Azərkosmos”un cəmi yığılmış zərəri artıq 313 milyon manatı keçib. Deməli, bu peyklərin fəaliyyəti bizə 100 milyonlarla dollara başa gəlir, bunun əvəzində qazandıqlarımızın həmin xərclərə nə dərəcədə adekvat olduğu isə mübahisəlidir…

Təkcə ötən ilin dövlət büdcəsindən "Azərkosmos” ASC-yə 55 mln. manat, başqa mənbələrədən 3.6 milyon manat, Prezidentin Ehtiyat Fondundan isə "Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 3 milyon manat ayrılıb.

Bunun müqabilində bu il 1 yanvar tarixinə görə "Azərkosmos” 653 milyon 632 min manat cəmi aktivlərə, 740 milyon 867 milyon manat cəmi öhdəliklərə malikdir. Bu o deməkdir ki, aktivlər mənfiyə keçib, yəni ortada 87 milyon 235 min manatlıq minus var. Deməli, "Azərkosmos”un zərərləri onun nəinki nizamnamə kapitalını, hətta əlavə kapital qoyuluşlarını da "yeyib”.

“AZƏRKOSMOS” 100 milyonları havaya uçurur

 

Narahatedici fakt həm də odur ki, ASC-nin xidmətlərin satışından daxil olan gəlirləri ildən ilə artmaq əvəzinə azalır. 2017-ci ildə satışdan gəlirlər 37 milyon 86 min manat olduğu halda, 2018-ci ildə 36 milyon 812 min manat təşkil edib. Ötən il "Azərkosmos”un cəmi gəlirləri 45 milyon 379 min manat, cəmi xərcləri isə 51 milyon 842 min manat olub. Bu da zərər deməkdir.

 

Bütün bunlar onu deməyə əsas verir ki, hazırda "Azərkosmos”un fəaliyyəti ətrafında yaranan mənzərə arzuolunan və təqdir ediləcək durumda deyil. Və sözsüz ki, zərərin əsas səbəbi təkcə peyklərimizdən istifadə edən müştərilərin azlığı yox, həm də xərclərin olduqca yüksək olması ilə bağlıdır. Bəlkə müvafiq qurumların bu xərclərə bir ciddi nəzər yetirməsinin vaxtı çatıb?

İqtisadiyyat Şöbəsi

Xəbər 969 dəfə oxunub






Oxşar xəbərlər

Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13501] initstartout [0.00014] initstartin [0.00063] calstart [0.00794] calend [0.00044] topnewsend [0.00293] rsssend [0.00000] ehgend [0.00537] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11704]