Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:20 - 25.03.2019  
Bakı yarışlara tam hazırdır
Tarix: 12-02-2015, 19:16 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Bakı yarışlara tam hazırdır Azərbaycanın paytaxtı Bakıda keçiriləcək birinci Avropa Oyunları dünya mediasının diqqət mərkəzindədir. Rus mətbuatı da Bakıda keçiriləcək Avropa Oyunlarına böyük maraq göstərir. Rusiyanın nüfuzlu "Championat.com” idman saytında yazar Mixail Çesalinin "Min bir gecə. Bakı Avropa Oyunlarına necə hazırlaşır?” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, Avropa Olimpiya Komitəsi 2012-ci ilin dekabrında ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib: "Avropa Oyunları 2015-ci il iyunun 12-dən iyunun 28-nə kimi davam edəcək. Bakı böyük idman hadisəsinə təxminən iki ilyarım - "min bir gecə” müddətində hazırlaşıb. Azərbaycanlılar qısa vaxt ərzində Bakını Avropanın əsas idman mərkəzinə necə çevirmələri haqqında bütün dünyaya danışmalıdırlar. Avropa Olimpiya Komitəsinin və azərbaycanlıların qarşısında çox çətin vəzifə dururdu. Bəzi tənqidçilər Bakının oyunlara vaxtında hazırlaşa bilməyəcəyini düşünürdü. Lakin oyunların başlamasına təxminən 6 ay qalmasına baxmayaraq, artıq Bakı yarışlara tam hazırdır”.

Yazar qeyd edir ki, keçən həftə Avropa Olimpiya Komitəsinin üzvləri Bakıya beşinci - axrıncı dəfə səfər ediblər və əmin olublar ki, Bakı Oyunlara vaxtında hazırlaşa biləcək: "Bakıda görülən işlər nümayəndə heyətinin üzvlərini tam razı salıb. Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki mətbuat konfransında bildirib ki, olimpiya komitəsinin son səfəri Bakının böyük idman tədbirini qəbul etməyə hazır olduğunu təsiqləyib”.

Müəllif vurğulayır ki, birinci Avropa Oyunlarının başlanmasına az müddət qalıb və Azərbaycan rəhbərliyi Oyunların qitədə dostluğa töhfə verəcəyi fikrindədir: "Qeyd edək ki, Avropa Oyunlarında Ermənistan idmançıları da mübarizə aparacaq. Dövlətlər arasında olan münasibətlər Avropa Oyunlarına heç bir təsir göstərməyəcək. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının qitədə dostluq rəmzi və idman bayramı olması üçün əllərindən gələni edəcəklərini bildirib”.

Mixail Çesalin qeyd edir ki, əgər siz Bakıda Avropa Oyunlarının keçirilməsi haqqında məlumatlı deyilsinizsə, onda Azərbaycana səfərinizin ilk 5 dəqiqəsindəcə burada böyük bir tədbirin keçiriləcəyini təxmin edə bilərsiniz: "Qonaqlar Oyunların rəsmi rəmzi ilə aeroportda qarşılaşırlar. Avtobuslarda və taksilərdə də Oyunların simvolu ilə rastlaşmaq olar. Qeyd edək ki, Bakıya Böyük Britaniyadan bənövşəyi rəngdə yüzlərlə taksi gətirilib. "Alov qülləri”nin görünüşü də Bakıda böyük bir tədbirin keçiriləcəyini xatırladır”.

Məqalədə Avropa Olimpiya Komitəsinin üzvü Spiros Kapralosun Bakının Oyunlara hazırlıq tempindən razı olduğu bildirilir: "Avropa Oyunlarına hazırlıqlar son mərhələdədir və narahatlığa heç bir səbəb yoxdur. Bakıda keçiriləcək ilk Avropa Oyunları yeni idman ənənəsinin başlanğıcı olacaq. Mən iyun ayında baş tutacaq Oyunların açılış mərasimini səbirsizliklə gözləyirəm”.

Müəllif vurğulayır ki, Bakının əsas rəmzi yenilənmiş infrastrukturu və idman kompleksləridir: "Şəhərdə doğrudan da böyük işlər görülüb. Hazırda Bakıda tikinti kranları ilə rastlaşmaq olar. "Milli stadion” oyunların açılışı üçün hazırdır, su idman növlərinin keçiriləcəyi kompleksdə 50 metrlik hovuz hazırlanıb və su ilə doldurulub. Yenilənmiş Heydər Əliyev adına kompleks də artıq atletləri və azarkeşləri qəbul eləməyə hazırdır”.

Məqalədə "Bakı-2015”-in icraçı direktoru Saymon Kleqin Oyunlara hazırlıqla bağlı Avropa Olimpiya Komitəsinin iclasında çıxışına da yer verilib: "Bakı Avropa Oyunlarına hazırlıqları başa vurmaq üzrədir. Avropa Olimpiya Komitəsi nümayəndə heyətinin səfəri Bakıda yerinə yetirilmiş layihələri görmək üçün əla fürsətdir. Biz Oyunların Azərbaycan üçün tarixi hadisə olması üçün əlimizdən gələni edəcəyik. Mən inanıram ki, biz hər şeyi yüksək səviyyədə, dünya standartlarına uyğun həyata keçirəcəyik. Azərbaycanı son qonaq tərk edənə kimi hər şey nəzarətimiz altında olacaq”.

Yazar sonda qeyd edir ki, ilk Avropa Oyunlarına hazırlıqlar başa çatmaq üzrədir və azərbaycanlıların qonaqpərvliyi də bütün dünyaya məlumdur.

Kaspi.az



 

Xəbər 2886 dəfə oxunub






Oxşar xəbərlər

“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14313] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00663] calend [0.00039] topnewsend [0.00273] rsssend [0.00000] ehgend [0.01199] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12025]