Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:51 - 14.10.2019  
Pulumuzu çölə atırıq (FOTO)
Tarix: 9-02-2015, 16:15 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Pulumuzu çölə atırıq (FOTO)Uzun müddət Ukraynada yaşayan Vaqif Əliyev hər dəfə Bakıya gələndə, buradan "Çinar" şokaladları alıb aparardı. Bu dadlı şokaladları Ukraynada səbirsizliklə gözləyirdilər. Bakıya 20 il ərzində gəlməyən Vaqif Əliyev bu il paytaxta səfər etdi. Çox təəssüf ki qayıdanda Bakıdan Ukraynaya aparmağa heç nə tapmadı. Çünki nə Bakıya şərəf gətirə biləcək dadlı şokolad vardı, nə de yerli istehsal olan layiqli suvenirlər. Əslində belə problemlərlə Vaqif Əliyev deyil, digər turistlər də qarşılaşır.


Nəzərə alsaq ki, bu il paytaxtımızda "Bakı-2015” Avropa Oyunlar keçiriləcək, onda paytaxtımıza gələcək turistlər üçün bu məsələnin necə vacib olduğunu anlamaq olar.

Bəs bu il Bakıya gələn qonaqlar satılan suvenirlərdən razı qalacaqlarmı? Bu suala cavab tapmaq üçün üz tutduq süvenirlərin daha çox satıldığı İçəri Şəhərə. Müşahidələrimiz zamanı gördük ki, suvernirlər arasında Azərbaycana məxsus milli gəlinciklər, çalğı alətləri, milli geyimlər, baş örtükləri, Qız Qalasının kiçik maketləri, balaca muğam triosunun kuklaları, üzərində Bakının və İçəri Şəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, fincanlar, təsbehlər, breloklar, rəsm əsərləri və s.

Qeyd edək ki, boşqablar, fincanlar və bu kimi suvenirlər İçəri Şəhər Qoruq İdarəsi tərəfindən sifariş edilib hazırlanır. Rəsm əsərləri, təsbehlər və bəzi əl işləmələri sənətkarlar tərəfindən təqdim edilir.

Suvenir satan Fəxrəddin adlı küçə ticarətçisi bizə bu suvenirləri necə əldə etdiyindən danışdı: "Suvenirləri həm qoruq idarəsindən, həm də sənətkarlardan alırıq. Fərdi şəxslər və sənətkarlar öz əl işlərini gətirib verirlər”.

Suvenirlərə təlabatın çox olduğunu deyən satıcı bayramlarda və İçəri Şəhərdə təşkil edilən müəyyən tədbirlərdə bu tələbatın daha da artdığını bildirdi. Fəxrəddin kişi düşünür ki, olimpiya oyunları zamanı onlara təlabat daha da çoxalacaq.

Qiymətlərə gəlincə, burada 8 manatdan 100 manata kimi əl işi olan suvenirlər də satılırdı. Milli gəlinciklər 8 manatdan başlayaraq 10-15 manata kimi, şarflar 6 manatdan 15 manata kimi. Lakin xaricdən gətirilən suvenirlər qiyməti 1 manat 50 qəpikdən başlayırdı.

Maraqıdır ki, ölkəmizin tarixini əks etdirən suvenirlərlə yanaşı, respublikamıza heç bir aidiyyatı olmayan geyimlər və papaqlar satılır. Bundan əlavə, satılan suvenirlərin istehsal yerilə maraqlananda, lap təəccübləndik. Çünki məhsulların çoxunun Çində istehsal olunduğunu öyrəndik.

Satıcının sözlərinə görə, adicə Qız Qalasının kiçik suvenirini Çindən sifariş edirlər: "Buradakıların çoxu xaricdən gəlir. Lakin milli gəlincikləri özümüz sifariş etmişik, çünki çinlilər onu heç cür hazırlaya bilmirlər. Çindən gətirdiyimiz suvenirlər buradakından 2 dəfə ucuz başa gəlir. Məsələn, Qız Qalasının balaca suvernirini burada bizə 1 man 50 qəpik və ya 2 manatdan aşağı verən olmaz. Çindən isə bunu 50 qəpiyə alırıq. Adi çarıqlar Türkiyədən gəlir. Amma bir şey də var ki, bizimki baha olsa da, bilirsən ki, dəyərli maldır. Bu sahə ilə məşğul olan şirkətlər yaransa, rəqabət də yaranar, qiymət də bəlkə ucuzlaşar”.

Bu sahəyə dövlət nəzarətinin olub-olmaması ilə maraqlandıq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya-ictimaətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, suvenirlərin hazırlanması və satışı ilə bağlı daha çox sənətkarlar maraqlı olmalıdır. Onun sözlərinə görə, Bakının bir çox yerində suvenirlərin satışı müşahidə olunur.

"Demək olmaz ki, bütün suvenirlər Azərbaycana aid deyil və onlar başqa dövlətin istehsalıdır. İsmayıllıda, Qubada Qəbələdə və digər bölgələrdə kifayət qədər suvenirlər hazırlayan müəssisələr var. Mədəniyyət və Turizm Nazirliyi olaraq yerli sənətkarlarımızın əsərindən beynəlxalq sərgilərdə istifadə edirik. Bir çox böyükmiqyaslı tədbirlərdə yerli sənətkarlarımızın əl işlərini təqdim edirik. Regionlarda sənətkarların müəyyən edilərək, onlara şərait yaradırıq”, - deyə Vüqar Şixəmmədov bildirib.

Nazirlik rəsmisi deyir ki, son dövrlər kifayət qədər istər taxtadan oyma, istər kiçik xalçalar kimi suvenirlər istehsal olunur. Onları bir çox satış məntəqələrində gösmək olar: "Yeri gəlmişkən, sahibkarları bu sahəyə daha çox investesiya qoymağı təklif edirik”.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə ANS PRESS-ə bildirdi ki, vaxtı ilə, yəni 2000-ci ildən öncə Bakı şəhər İcra Hakimiyyəti bu məsələyə nəzarət edib, lakin indi həmin məsələ onlara aid deyil.

Ekspertlər isə bu sahənin qənaətbəxş olmadığını düşünürlər. İqtisad elmləri doktoru, professor Zahid Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, Azərbaycanda suvenirlərin qiymətləri yüksəkdir. Ekspert həmçinin, suvenir seçiminin də qənaətbəxş olmadığını bildirib.

"Bu, sahibkarlıq fəaliyyəti deyil, xalq sənətidir. Məsələn, həmin şəxslər məhsullarını satmaq üçün icarəyə yer götürürlər. Bir sənətkar şəhərin mərkəzində kiçik bir dükana görə 2000 manat icarə pulu ödəməlidir. Belə çıxır ki, o, ancaq icarə puluna işləyəcək”, - deyə Zahid Məmmədov bildirib.

Ekspert hesab edir ki, dükanlarda xarici ölkələrin suvenirlərinin satılması isə ümumiyyətlə anlaşılmazdır: "Türkiyədə Rusiyanın və ya Fransada Türkiyənin və ya Rusiyada Ukraynanın malını görə bilməzsən. Bu qəbul edilməzdir”.

Ekspert çıxış yolunu Sənətkarlar İttifaqının yaradılmasında görür. O, təklif edir ki, yaradılacaq həmin qurum vergilərdən azad olsun. Onlar Azərbaycana aid məhsulları istehsal etsinlər.
Zahid Məmmədov bu sahədə məhbusların əl əməyindən istifadəni də məsləhət gördü. İqtisadçının sözlərinə görə, bununla məhbusların da pul qazanmaq şansı yaranar.

"Bilirsinizmi, həbsxanalarda nə qədər misilsiz əl işləri var? Bu dəqiqə Amerikanın özündə məhbuslar həbsxanada ola-ola milyoner olurlar. Birdə görürüsən, həbsxanada olan insan elə əl əməyinə sahibdir ki, təsbehdən tutmuş daha nə yaradır. Onlara şərait yaradılmalıdır”, -deyə Zahid Məmmədov bildirib.
Xəbər 2878 dəfə oxunub






Oxşar xəbərlər

Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto
Əli Kərimli camaatı yürüşə çağırdı, özü niyə gəlmədi ?
"İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov yazdı
Parlament yekdilliklə yeni Baş nazirə səs verdi
Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Novruz Məmmədovun istefa xəbəri TƏSDİQLƏNDİ - Baş nazir vəzifəsinə Əli Əsədov gətirilir
Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...
Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı
Neftin bahalaşması davam edir
Honq Konq niyə Çin olmaq istəmir?
Bu gün Milli Şura piket keçirir (ŞƏRH)
Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi
Vilayət Eyvazov Göygölün yüksək rütbəli rəisləri sərəncama götürüb
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb
“Lion” klubu baş məşqçisini qovub
Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır
Şəmkir Prokurorluğu bələdiyyə sədri ilə sakinin "namus davası"nı araşdırır
Mir Şahin Milli Şura üzvünün ŞOK səs yazısını yaydı – VİDEO
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Salman Farsinin həyatı
Qarabağ üçün mühüm dönəm - “Vəziyyət ciddiyə dəyişməsə...”
Çin qarşısıalınmaz qüvvə və təhlükədirmi?
Azərbaycanlı vəkil Rusiyada partiya yaradır – SSSR
Gəncədə şəhidə biganəlik! "Ruzigar bulağı" susuz qalıb - Fotolar
"Keşikçi qala" sərhəd zastavası istifadəyə verilib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.51768] initstartout [0.00029] initstartin [0.00146] calstart [0.04356] calend [0.00103] topnewsend [0.00932] rsssend [0.00000] ehgend [0.00967] tagsstart [0.00121] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.45105]