Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:53 - 16.02.2019  
Bakıda tikinti böhranını kim yaradıb? YENİ QƏRAR
Tarix: 6-02-2019, 09:59 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı tənqidlərin artdığı bir vaxtda Novruz Məmmədov Bakıda tikintiyə nəzarət edəcək yeni qurumun yaradılmasına qərar verdi; bir neçə ay əvvəl Bakı meriyasından alınan idarənin əvəzində niyə yeni MMC yaradıldı?

Bakıda tikinti böhranını kim yaradıb?  YENİ QƏRARSon aylar paytaxt Bakının tikinti sektorunda ciddi böhran yarandığı barədə xəbərlər intensivləşib. İddia olunur ki, böhranın əsas səbəbi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin son 6 ayda tikinti şirkətlərinin layihələrinin böyük əksəriyyətini təsdiqləməməsi və ya hansısa səbəbdən geri qaytarmasıdır.

Parlamentin son iclasında isə deputat Fəzail Ağamalı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədri Samir Nuriyevin fəaliyyətini sərt tənqid edib. "Biz onu alqışladıq ki, cavan oğlandı işləyəcək, Bakı şəhərinin gözəlləşməsinə öz töhfəsini verəcək. O isə gələn kimi bütün tikintiləri dayandırdı. Bu gün Bakı şəhərində xeyli tikinti işləri dayandırılıb. Regionlardan paytaxt Bakıya fəhləliyə axışan insanların çoxu işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini düşünürmü?” deyə, deputat bildirib.

Deputat deyib ki, ölkə prezidentinin siyasətinin əsas məqsədi işsizlik probleminin aradan qaldırılmaqdır: "Bununla bağlı ciddi layihələr həyata keçirilir. Amma bu şəxs 1 ilə yaxındır ki, Bakıda tikintini dayandırıb. Bu gün insanlar arasında ciddi narazılıqlar var”.

Bakıda tikinti böhranını kim yaradıb?  YENİ QƏRAR

Samir Nuriyev

Komitə isə ötən ilin aprelindən Bakıda tikinti işlərinin dayandırıldığı, 50 min insanın işsiz qaldığı barədə iddianı təkzib edib.
"Sözügedən iddialar həqiqətə uyğun deyil və tamamilə əsassızdır” deyə, komitədən bakupost.az-a bildirilib. Dövlət Komitəsi onu də bildirib ki, görülən işlərlə bağlı mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını davam edəcək.

Fevralın 5-də isə Bakıdakı tikinti məsələsi ilə bağlı çox diqqətçəkən bir sərəncam verilib. "Trend”in məlumatına görə, baş nazir Novruz Məmmədovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılması barədə qərar imzalayıb.

Qərara görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bakıdakı tikintində yaranmış böhranla bağlı iddialar fonunda bu qərarın verilməsi əlbəttə ki, diqqətə layiqdir. Çünki ötən ilin avqustunda dövlət başçısının fərmanı ilə Bakıda tikinti sahəsinin vəziyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Eyni zamanda fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi komitəyə həvalə olunub.

Yada salaq ki, prezident ötən ilin dekabr ayının 28-də də "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman da imzalamışdı. Bildirilirdi ki, bu fərman məhz iş adamlarının narazılıqlarını aradan qaldırmaq, komitənin fəaliyyətini çərçivəyə salmaq məqsədi daşıyır. Çünki yeni qaydalar tikintiyə icazə ilə bağlı daha çevik mexanizmi nəzərdə tutur. Belə ki, tikintiyə icazə verən orqan 2 iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim etməli və ya sifarişli poçt göndərişi vasitəsilə göndərməlidir.

Tikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu baxımından Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 iş günü müddətində rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, komitə bu müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur.
Yəni icazə verən orqan sənədlərin tamlığını yoxlama müddəti daxil olmaqla, 15 iş günü müddətində tikintiyə icazə verməli və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir.
"Ancaq iş adamlarından daxil olan məlumatlar göstərir ki, yeni qaydalar təsdiq olunduqdan sonra da bu sahədə hər hansı dəyişiklik olmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə icazə və ya rəy almaq üçün göndərilən layihələrə hər hansı cavab verilmir. Bu da tikinti şirkətlərinin sektordakı fəaliyyətini dondurmasına , hökumətin bu sahəni canlandırmaqla bağlı planlarının reallaşmamasına səbəb olur” deyə, azpolitika.az saytında bu günlərdə dərc olunan məqalədə deyilir. Sayt iddia edir ki, narazılıqlar ölkə başçısına da çatdırılıb və komitə sədrinə xəbərdarlıq edilib.
Deputat da daxil komitəyə ünvanlanmış bu tənqidlərdən sonra baş nazirin Bakı Şəhər İcra Hakimiyyətində yenidən tikintiyə məsul olan yeni qurum yaratması bu sahədə problemlərin olması barədə iddiaları təsdiqləyir. Belə görünür ki, hökumət Bakı kimi iri şəhərdə tikintiylə bağlı komitənin üzərinə qoyulan iş yükünü azaltmaq istəyir.
"Yeni Müsavat”

Xəbər 187 dəfə oxunub






Oxşar xəbərlər

"Bakı-xəbər"in müxbiri Göygöl Məhkəməsində öz "ipi"nə dolaşdı
Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib
Azərbaycanda milli sosial şəbəkə yaradıldı
Şəbnəmə ərindən 380 minlik hədiyyə EV
Soçidə üçtərəfli sammit: Putin, Ərdoğan və Ruhani
Bakıya yağış, rayonlara leysan yağacaq
ABŞ ərəb koalisiyasından çıxır
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
Azərbaycanda korrupsiya daha çox tikinti sahəsindədir?
Söyün Sadıqovun həbsinin GİZLİNLƏRİ
ABŞ və Çin liderləri görüşüə bilər
“Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir”
İsgəndər Həmidov Qarabağ komitəsindən NİYƏ istefa verdi?
Ən yüksək qazanclı basketbolçular onlardır
Avropa İttifaqı Səudiyyə Ərəbistanının terrorla mübarizəsindən narazıdır
Gürcüstanın Azərbaycana 7,8 milyon dollar borcu var
YAP-da QHT nümayəndələri ilə görüş keçirilib
Qarabağ mitinqinə icazə verilmədi - Sonrası
DTX-nin həbs etdiyi casus - hansı məqsədlə istifadə ediləcəkdi?
Türkiyədə "Xocalı Parkı" AÇILDI
Abel Məhərrəmov Almaniyaya aparıla bilər
Məşhur modeldən iddialı pozlar – Fotolar
Makedoniyanın adı dəyişdi - RƏSMİ
Belçikada tətilə görə bütün hava limanları bağlanıb
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” - Deputat
"Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır"
Azərbaycan Prezidenti mediaya xoş münasibətini ifadə edib
Əli Həsənov könüllülər hərəkatından yazdı
Söyün Sadıqov həbs olundu
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsi - TAM VİDEO
AB Aşqabada kredit vermədi-Xəzər üçün
QOROSKOP - 12 fevral
Tramp İranı fars dilində təndiq etdi
ÇAQQAL DƏRİSİ VƏ CANAVAR SƏSİ... (yuxulu hekayə)
Prezident kimlərə GENERAL rütbəsi verdi- FOTO
Koreyalı taksi sürücüsü özünə od vurdu
Milli Məclisin ən yaşlı deputatları - SİYAHI
Zahid Oruc STM-in sədri təyin edilib - SƏRƏNCAM
Gürcüstan azərbaycanlıları ayaqda - gözlər rəsmi Tiflisdə
KİVDF-yə ayrılan milyonlar və bağlanan qəzetlər… – Bəs 10 il ərzindəki 100 milyon hara getdi? (ARAŞDIRMA)
Azərbaycan səmasında NAMƏLUM OBYEKT – VİDEO
MAAŞ ARTIMI KİMLƏRƏ ŞAMİL EDİLƏCƏK?
Sumqayıtda 25 yaşlı gənc intihara cəhd edib
DTX maddi xarici xüsusi xidmət orqanlarına işləyən şəxsi həbs edib – FOTO
Gəncədəki "Çökək Hamam" "VEGO" Otelin cəngindən xilas olacaqmı ? - GİLEY
Tural Abbaslı: “Qarabağın adına layiq mitinq təşkil edəcəyik”
Sürücülərin nəzərinə! – Yeni qaydalar gəldi
Model çılpaq fotosunu paylaşdı – FOTOLAR
QOROSKOP – 11 fevral
Qurudulmuş xurmanın FAYDALARI
“Prezidentin bu sərəncamı inqilabi addımdır”
Azərbaycan cüdoçuları Parisdə 2 medal qazanıb
Həbib-Konor döyüşü Hamburqda təkrarlandı -VİDEO
ABŞ Hindistana 4 "Chinook" helikopterini təhvil verib
Əfqanıstan prezidenti "Taliban"a ofis verməyə hazırdır
Jurnalist Bəhruz Quliyevə və mühacir söyüşcüllərə səsləndi: "Təhqirlərinizi durdurun!"
İkram Rəhimov həbsdən şikayət yazdı - ŞOK İTTİHAMLAR + CAVAB
Vəkil: “Onları güllələmək lazımdır”
Əli Həsənov reaksiya verdi: "Jurnalistin müalicəsi nəzarət altındadır"
Qulu Məhərrəmli: "Azərbaycanda müstəqil və tənqidçi media sıradan çıxarılıb"
Mühacir jurnalist Müsavat başqanından istefa tələb edir - SENSASİON İDDİALAR
Natiq Qocamanın xanımı prezidentə müraciət edib
Ötən gün borclu kimi axtarışda olan 50 nəfər saxlanılıb
İki Əliyev və bir Azərbaycan! - Deputatın yazısı
Təhsil ekspertləri və iş adamı ADAU-da olub
Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?
​Avropada türk düşmənçiliyi hardan qaynaqlanır?
Prezident Administrasiyasına ən çox şikayət edənlər - SİYAHI

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13523] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00873] calend [0.00066] topnewsend [0.00345] rsssend [0.00000] ehgend [0.02342] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09761]