Sahil Babayevin “buynuzlu” korrupsiyası

  • 05 fev 2019, 08:47
"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vətəndaşa zokqur verib”
Azərbaycan dövləti adından kasıb vətəndaşa ayağa qalxmaq üçün verilən danalar özləri ayağa qalxmağa çətinlik çəkirlər.
Özünüməşğulluq korrupsiyası ilə üzləşən daha bir vətəndaş, Gədəbəy rayonu Arıqıran kənd sakini təsərüfatla məşğul olmaq üçün dövlət qurumlarına müraciət edərək bu sahə üzrə mövcud proqramından faydalanmaq istəyib. Onu məşğulluq idarəsinə çağırıb iki xəstə dana veriblər. Həmin şəxs deyir ki, ona inək lazımdır, südündən istifadə edib ailəsini dolandırsın. Amma ona danaları zorla veriblər, qarşısına da sənəd qoyublar ki, qol çək. Danalar da ağır xəstədir, güc-bəla ilə yeriyirlər.
 Başqa bir şikayətçi Elçin Məsimov Cahangir oğlu da videomüraciət paylaşıb. Müraciətində deyir ki, ona hökümət "zokqur” verib.
"İnəklərin dişi yoxdur, ayağa qalxa bilmir. Mərifətiniz olsun, yeyirsiniz yeyin, heç olmasa belə etməyin. Gəlib sizə ağız açdıq, siz də belə ediniz. Mən indi bu inəklərlə nə edim? Allah görmür bunu?”-vətəndaş müraciətində deyir.

(videolink - https://www.facebook.com/xeberbiz.az/videos/317582069145422/?t=263)
Xatırladaq ki, bir müddət əvvəl Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirov Criminal.az saytına müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinin rəhbər şəxsini rüşvət isətəməkdə ittiham etmişdi.
Məsələyə millət vəkillərini də münasibət bildirmişdi. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Musa Quliyev demişdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməli, nöqsanları aradan qaldırılmalıdır: "Özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var. Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük .Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”.
Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd etmişdi: "Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər. Nazirliyin mövqeyi budur ki, "heyvan öldüsə, bizi ver məhkəməyə”. Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki… Buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz… İnsanlara hörmət etmək lazımdır. İnsan xəstə heyvanla özünü necə dolandıra bilər?”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində vətəndaşlara xəstə heyvanların verilməsini təsdiqləyib. Nazir bildirib ki,

ötən il noyabr, dekabr ayları ərzində 29 min baş heyvan vətəndaşlara paylanıb. Onun sözlərinə görə, bu böyük rəqəmdir. Şikayət əsasında 119 heyvan yenisi ilə dəyişdirilib. 


Oxşar xəbərlər