Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:53 - 14.11.2019  
Azərbaycan buğda idxalından qurtula bilər
Tarix: 23-01-2019, 09:17 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Ekspert: "Əsas hədəf əkin sahələrini artırmaq yox, məhsuldarlığı yüksəltmək olmalıdır...”

Azərbaycan buğda idxalından qurtula bilərBu günlərdə Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkininə hazırlıq prosesinə həsr olunmuş müşavirə keçirilib. Nazirliyin yaydığı məlumata görə, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi də iştirak edib. Müzakirələrdə 2019-cu ildə taxıl əkininə hazırlıq prosesinin vəziyyəti, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, hesabatlar dinlənib.

Qeyd edək ki, Azərbaycanda uzun illərdir ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə taxıl istehsalçılarına dövlət tərəfindən dəstək verilir. Əkin sahəsinin ölçüsünə, istifadə olunan motor yağları və gübrələrə görə hər il istehsalçılara on milyonlarla manat subsidiya ödənilir. Lakin Azərbaycan hələ də ərzaq buğdasına olan tələbatının mütləq əksəriyyətini xaricdən idxal hesabına təmin edir.

Ötən ildən etibarən dünya bazarında müşahidə olunan proseslər bu məhsulun idxalçısı olan ölkələr üçün heç də ürəkaçan perspektiv vəd etmir. Belə ki, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına görə, dünya üzrə buğda istehsalı ötən il 722,4 milyon ton olub və bu, 2013-cü ildən bəri ən aşağı göstəricidir. Nəticədə dünya bazarında buğda və qarğıdalının qiyməti artıb.

Azərbaycan son illərdə buğda idxalında ağırlığı Qazaxıstandan Rusiyaya keçirib. İdxalçılar bunu şimal qonşumuzda qiymətlərin aşağılığı, nəqliyyat xərclərinin azlığı ilə əsaslandırırlar. Dekabrın sonları üçün dünya birjalarında Rusiya buğdasının bir tonu 237-238 dollara satılıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin ortaları üçün qiymətlərin 245 dollara qədər yüksələcəyini gözləyir. Yanvarın əvvəlində Çikaqo və Paris birjalarında da buğdanın qiymətində artım müşahidə olunub.

Dünya bazarındakı vəziyyət Azərbaycanın ərzaq buğdasına olan daxili tələbatın heç olmasa yarısının yerli istehsal hesabına təmin olunmasını zəruri edir. KTN-in yeni rəhbərliyindən verilən açıqlamaya görə, taxılçılığın inkişafına dair Dövlət Proqramı üzərində işlənilir. Dövlət proqramında qarşıya qoyulan əsas hədəf 2023-cü ilədək buğda istehsalını ölkənin tələbatının 60 faizinə çatdırmaqdır.

Nazirlikdən "Yeni Müsavat”a verilən məlumata görə, 2018-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) cəmi 1 milyon 51 min hektar əkini aparılıb və bu sahələrdən 3 milyon 50 min tondan çox məhsul istehsal edilib. Orta məhsuldarlıq 29,2 sentner təşkil edib. 2018-ci ildə ümumi taxıl istehsalı 2017-ci illə müqayisədə 360 min ton və ya 13,7 faiz çox olub. Həmçinin hər hektardan orta məhsuldarlıq 0,6 sentner çox olub.

Ümumi taxıl məhsulları istehsalında buğda istehsalı 2 milyon 39 min ton olmaqla buğdada orta məhsuldarlıq 30,1 sentner təşkil edib. Həmçinin 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında 1350 ton super elit və elit, 102,6 min ton R1 və R2 reproduksiyalı toxum istehsal olunub: "Dövlət taxılçılığın inkişafına dəstəyi hər il artırır. Respublikaya idxal olunan taxıl toxumu, kənd təsərrüfatı avadanlıqları, mineral gübrə və pestisidlər ƏDV-dən azaddır. Buğda sahələrinin hər hektarına 90 manat, arpa və digər dənli paxlalı sahələrin hər hektarına 50 manat subsidiya verilir. Həmçinin taxıl toxumçuluğu da subsidiyalaşdırılır”.

Nazirlikdə hesab edirlər ki, taxılçılığın inkişafı üçün aqrotexniki tədbirlərin düzgün və vaxtında aparılması, mineral gübrələrin vaxtlı-vaxtında verilməsi, zərərverici xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılması vacibdir: "Fermerlərin təlimlərə cəlb olunması, maarifləndirmə işlərinin genişləndirilməsi taxılçılığın inkişafında önəmli rol oynaya bilər”.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli "Yeni Müsavat”a deyir ki, taxılçılıq hər bir ölkə üçün strateji sahədir, əhalinin tələbatında, heyvandarlıq sahəsində dənli məhsulların rolu böyükdür: "Bu mənada Azərbaycanda da haqlı olaraq dövlət səviyyəsində böyük hədəflər müəyyənləşdirilib. Əsas problem odur ki, bu gün ərzaqlıq buğda idxal olunur, digər tərəfdən, böyük həcmdə yem və yem əlavələri gətirilir. 2017-ci ildə 1 milyon 818 min ton yerli ərzaq buğdası istehsal olunub, 1 milyon 269 min ton isə idxal edilib. Özünü təminetmə səviyyəsi 58,1 faizdir. Əsas məsələ əkin sahələrini artırmaqla yox, məhsuldarlığı yüksəltməklə hədəflərə nail olmaqdır”.

Ekspertin sözlərinə görə, bu sahənin problemləri çoxdur: "İlk növbədə torpaq ehtiyatı zəif olan ölkəmizdə torpaqlar yararlılıq səviyyəsinə görə qruplaşdırılmalıdır, hazırda harada gəldi taxıl əkirlər, bu düzgün deyil. Çünki əkin dövriyyəsində olan torpaqlarımızın böyük əksəriyyəti ağır gilli torpaqlardır, aqrotexniki qaydalara düzgün əməl olunmaması, iqlim dəyişmələri torpağın keyfiyyətini getdikcə pisləşdirir. Digər tərəfdən, yüksək reproduksiyalı toxum çatışmazlığı var, fermerlər bir çox hallarda təsadüfi yolla əldə etdikləri toxumları əkirlər. Hər il əkilən 997 min hektar taxıl sahəsinin  böyük hissəsi dəmyə əkinçiliyinin payına düşür. İldən-ilə qlobal iqlim dəyişmələri getdiyi üçün belə sahələrdən götürlən məhsulun həm kəmiyyəti, həm də keyfiyyəti çox aşağı olur. Taxılçılıqda yüksək məhsul götürmək üçün artıq suya qənaət edən, bitkinin fizioloji inkişafını tam təmin edən texnologiyalara keçid olmalıdır. Ölkədə fəaliyyət göstərən iri təsərrüfatlardakı təcrübələr bu fikri təsdiq edir, lakin əsas məsələ odur ki, kiçik təsərrüfatlardakı əkinlərdə su, gübrə, texnika çatışmazlığı ucbatından məhsuldarlıq çox aşağıdır”.

N.Nəsirli qeyd edir ki, bir neçə ildir bu sahəni stimullaşdıran əsas iqtisadi alət dövlət tərəfindən verilən subsidiya və digər dəstəklərdir: "Lakin elə bir dövrə gəlib çatmışıq ki, artıq illərdir verilən bu dəstək öz real nəticələrini ortaya qoymalıdır. Bu il qurulacaq elektron kənd təsərrüfatı ilk növbədə subsidiya siyasətinin şəffaflaşdırılmasına imkan verməlidir, digər tərəfdən, dünya ölkələrində olduğu kimi, əkin sahəsinə görə yox, məhsuldarlıq göstəricilərinə görə subsidiyaların təyin olunması daha effektiv olardı. Taxılçılıq kənd təsərrüfatı sahələri arasında gəlirlilik və risk faktorları ilə yüklü olduğu üçün ölkəmizdə kiçik sahələrdə əkin aparan təsərrüfatların birləşdirilməsi, nəticədə kooperativlərə daha effektiv dəstək göstərməklə onların stimillaşdırılması kimi addımların vaxtı çoxdan çatıb”.

Xəbər 1208 dəfə oxunub






Oxşar xəbərlər

Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40653] initstartout [0.00023] initstartin [0.00115] calstart [0.01363] calend [0.00080] topnewsend [0.00616] rsssend [0.00000] ehgend [0.04124] tagsstart [0.00088] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.34238]