Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

  • 10 yan 2019, 08:24

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Trend-in məlumatına görə, yanvarın 9-da qızılın qiyməti yanvarın 8-i ilə müqayisədə 1,581 manat azalaraq 1 unsiya üçün 2179,6805 manat təşkil edib.

Gümüş 0,1311 manat bahalaşaraq 1 unsiya üçün 26,5624 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 4,879 manat artaraq 1399,0575 manat, palladiumun qiyməti isə 60,1715 manat artaraq 2272,985 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Oxşar xəbərlər