Tovuzda arıçılara subsidiya verilib

  • 07 yan 2019, 13:09

Tovuz rayonunda münasib iqlim şəraitinə və zəngin faunasına görə arıçılıq ildən-ilə inkişaf edir.

Kənd Təsərrüfatı nazirliyindən "Report”a verilən məlumata görə, dövlətin bu sahəyə göstərdiyi qayğı, eləcə də hər arı pətəyinə görə subsidiya ayrılması arıçılıqla məşğul olan əhali təsərrüfatlarının bu sahəyə marağını daha da artırıb.

İndiyədək rayonun 22 yaşayış məntəqəsində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin qeydiyyatı aparılıb, 472 arıçıya məxsus 7 000 arı ailəsinə lövhələr (birkalar) vurulub və arıçıların hesablarına 70 min manat köçürülüb.

Digər yaşayış məntəqələrində arıçıların qeydiyyatı və sənədləşmə işləri davam edir.

Oxşar xəbərlər