Milli Depozit Mərkəzinin yeni rəhbərliyi təsdiq edilib

  • 27 dek 2018, 15:01

Azərbaycanın Milli Depozit Mərkəzinin (MDM) rəhbərliyində dəyişikliklər baş verib.

Trend quruma istinadən məlumat verir ki, Müşahidə Şurasının qərarı ilə İdarə heyətinin yeni tərkibi təsdiq edilib.

Qərara əsasən, İdarə heyəti üç nəfərdən – sədr Araz Əliyev, sədrin müavini Müşfiq Əhmədli və üzv Leyla Qaralovadan ibarət olacaq.

Qeyd edək ki, bundan əvvəl İdarə heyəti dörd nəfərdən ibarət olub. A.Əliyev və L.Qaralova ilə yanaşı, İdarə heyətinə Vasif Səlimov və İlqar Qurbanov daxil idi.

Oxşar xəbərlər