Yeni “qaz dövranı” gəlir: Qətər getdi, Bakı da...

  • 04 dek 2018, 08:02

Qətərin OPEK-dən çıxması dünya enerji bazarında gedən ciddi proseslərdən xəbər verir.

Bu sözləri politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, yeni enerji xəritəsində qazın rolu getdikcə artır:

"İndi qaz qiymətlərinin neft qiymətlərindən asılılığının aradan götürülməsindən söhbət gedir və çox güman ki, yaxın vaxtlarda qaz dünya birjalarında neftdən daha vacib məhsul kimi qəbul olunacaq”.

Politoloq vurğulayıb ki, lakin bu daha çox maye qaza aiddir:

"Azərbaycan da maye qaz istehsalçıları sırasına yaxın gələcəkdə daxil ola bilər, daha doğrusu, bununla bağlı mövcud olan planlarını gercəkləşdirə bilər. Hətta 10 il bundan əvvəl ciddi şəkildə müzakirə olan AGRİ adlı layihəni yenidən gözdən keçirməyin vaxtı yetişib”.

Oxşar xəbərlər