Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:51 - 20.08.2019  
Azərbaycanda da "kredit əfvi" ola bilər - kimlərə?
Tarix: 23-11-2018, 08:59 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Rəşad Həsənov: "Dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri fərqləndirilməlidir”

Azərbaycanda da "kredit əfvi" ola bilər - kimlərə?Gürcüstan hökumətinin aztəminatlı əhalinin kredit borclarının ləğvinə dair qərarı Azərbaycan cəmiyyətində analoji problemin müzakirələrinin yenidən canlanmasına səbəb oldu. Həcmi 2 milyard manata yaxınlaşan problemli kreditlərin banklara, əhaliyə yaratdığı çətinliklər bir daha gündəmə gətirildi.

Eyni zamanda məlum oldu ki, nəinki aldığı 2-3 min dollar (yaxud manat) krediti qaytarmaq imkanında olmayan aztəminatlı insanlarla yanaşı, yüz minlərlə dollar/manat kreditləri götürərək təyinatından yayındırıb mənimsəyən şəxslər də dövlətin hesabına borclarının bağlanmasını gözləyirlər. Məlum olduğu kimi, bu gün bankların əksəriyyəti üzrə yaranan problemli kreditlərin böyük hissəsi məhz bank inzibatçıları, müxtəlif məmurların yaxınları olan ikinci qrup şəxslərdədir.

Qeyd edək ki, Gürcüstanda adları kredit borcuna görə qara siyahıya salınmış 600 minədək aztəminatlı vətəndaşın 2 min lariyə qədər olan borcları silinir. Bəs Azərbaycanda hökumət problemli kreditlər məsələsinə əl qoyarsa, kimlərin borcları silinə bilər? Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, hökumət belə bir qərar qəbul edərsə, çox ciddi araşdırmalar aparılmalıdır: "Bu qərar olacaqsa, ilk növbədə kimin kreditlərinin silinəcəyi sualının real cavabı tapılmalıdır. Elə mexanizm seçilməlidir ki, vətəndaşların bərabərliyinə dair konstitusion hüququ pozulmamalı, eyni zamanda dövlət vəsaitləri hansısa formada kimlərinsə maraqlarına xidmət etməməlidir. Yəni çox ciddi və hərtərəfli dərinləşmiş təhlillərin, araşdırmaların aparılmasına ehtiyac var. İlk növbədə problemlilər siyahısına düşmüş müştərilər üzrə müəyyən qiymətləndirmələrin aparılmasına başlamaq olar. Çünki artıq bu siyahıya düşmək həmin müştərilərin borclarını qaytara bilmədiklərini göstərir. Lakin burada da ciddi araşdırmaların aparılması zərurəti yaranır. Belə ki, mövcud vəziyyət göstərir ki, bir çoxları imkanları olsa da, ümumi mənzərə fonunda borclarını ödəməkdən imtina edirlər”.

R.Həsənov bildirir ki, elə insanlar var ki, böyük çətinliklə, hətta bir çox hallarda digər mənbələrdən borclanmaya gedərək kreditlərini ödəyirlər: "Bu, həmin vətəndaşların məsuliyyət hissinin daha yüksək olduğunu göstərir. Adamlar da var ki, çox rahat yaşayırlar, gəlirləri də yetərincədir, amma ödənişlərini etmirlər. Seçim edərkən bu məqamı da nəzərə almaq lazımdır. Yəni genişmiqyaslı araşdırma aparılmalıdır. Daha yaxşı olar ki, məsələyə bu kontekstdən yanaşılsın: birinci, 2015-ci ilin fevalından etibarən nə baş verib? Devalvasiyalar barədə qərarı kim verib? Bu qərardan zərər çəkən subyektlər hansılardır? Həmin subyektlər üzrə zərər müəyyənləşdirilməli və dövlət tərəfindən qarşılanmalıdır. Bu zaman güzəştlər kredit məbləğinə hesablanmış faizlər üzrə edilə bilər. Yaxud tutalım ki, 3 minə qədər olan kreditlər silinir, 3-20 min arası kreditlərdə faizlər dövlət tərəfindən kompensasiya olunur, 20 mindən yuxarı olan kreditlərdə isə məzənnə fərqinə kompensasiya tətbiq edilir. Bunun dəqiq mexanizmini fiskal siyasəti həyata keçirən qurumlar və Nazirlər Kabineti birgə müəyyənləşdirə bilər”.

Ekspert hesab edir ki, dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri fərqləndirilməlidir:"İstehlak kreditləri əlavə dəyər yaratmayan vəsaitlərdir. Real sektora verilən biznes kreditləri isə əlavə dəyər yaratmağa yönəldilir. Düzdür, Azərbaycanda kreditlərin düzgün rəsmiləşdirilməsi kimi bir problem də mövcuddur. Kreditlərin böyük hissəsi istehlak krediti kimi rəsmiləşdirilir. Yaxud biznes adı ilə götürülən kreditlər tamam başqa istiqamətlərə yönəldilir. Buna görə də bu məsələlərdə çox diqqətli olmağa ehtiyac var. Valyutada kreditləri olan vətəndaşlar ikinci dərəcəli risk qrupu olaraq seçimə daxil edilə bilər. Biznes kreditləri üçüncü, istehlak kreditləri isə dördüncü dərəcəli risk qrupu kimi seçilə bilər”.

Müsahibimizin fikrincə, Azərbaycanın hazırkı maliyyə imkanları problemli kreditlər məsələsini həll etmək üçün kifayət qədər yetərli səviyyədədir: "Bu imkan böyükdür. Nəzərə almaq lazımdır ki, problemli kreditlər ölkənin maliyyə-bank sektorunu iflic vəziyyətinə salıb. Bu gün ümumi kredit portfelinin 14 faizdən yuxarısı problemli kreditlərdir. Hansı ki, 6 faizdən yuxarı artıq SOS hesab olunur. Belə bir şəraitdə banklar işləyə bilmir, onlar kreditləşməyə meyl göstərmirlər. Gələcəkdə dövlətin bankların arxasında hansısa formada dayanacağına təminat yoxdur. Buna görə də kredit portfeli genişlənmir. Hökumət də deyir ki, real sektor inkişaf etsin. Əgər real maliyyə qaynaqlarına çıxış yoxdursa, bu sektor necə inkişaf etsin? Dövlət problemli kreditlər məsələsini həll etməklə eyni vaxtda bir neçə məqsədə nail ola bilər”.(musavat.com)

Xəbər 1527 dəfə oxunub






Oxşar xəbərlər

Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12530] initstartout [0.00015] initstartin [0.00067] calstart [0.00803] calend [0.00044] topnewsend [0.00325] rsssend [0.00000] ehgend [0.00555] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10666]