Ötən ay Ukraynadan Azərbaycana 13 min tona yaxın şəkər ixrac edilib

  • 15 noy 2018, 10:30

Bu ilin oktyabr ayında Ukraynadan Azərbaycana 12 826 ton şəkər ixrac edilib.

"Report”un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə "Ukrtsukor” Şəkər İstehsalçıları Assosiasiyasının yaydığı məlumatda deyilir. Bu, Ukraynanın ümumi şəkər ixracının 22%-ni təşkil edir.

Məlumata görə, Ukrayna sentyabrla müqayisədə oktyabr ayında şəkər ixracını artıraraq 58 300 tona çatdırıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəfə çoxdur.

Qeyd edilir ki, şəkər ixracının 60%-i Özbəkistanın payına düşüb. Ötən ay Ukraynanın Tacikstana göndərdiyi şəkər ümumi ixracın 5%-ni təşkil edib. Bu ölkə Ermənistan və Moldovaya müvafiq olaraq hər biri üçün ümumi ixracın 3%-i həcmində şəkər tədarük edib. 

Assosiasiyanın mətbuat xidmətindən bildiriblər ki, 2018-2019-cu marketinq ilinin ilk 2 ayında 69 400 ton şəkər ixrac edilib. Assosiasiya mütəxəssislərinin qiymətləndirməsinə əsasən, cari ildə şəkər ixracı 500-600 min ton təşkil edəcək, əsas idxalçı ölkələr isə Özbəkistan, Türkiyə və Azərbaycan olacaq. 

Oxşar xəbərlər