Əli Məsimli: “Azərbaycanda milli gəlir ədalətlə bölünmür”

  • 14 noy 2018, 18:07

"2019-cu ildə yaşayış minimumunun artırılması müsbət haldır. Amma qəbul etdiyimiz yaşayış minimumunun məbləği ilə bir ay yaşamaq mümkün deyil. Bunu bilmək üçün sadəcə bazara getmək və həmin vəsaitin sadəcə bir neçə günə çatacağını görmək mümkündür”.

Bu fikirləri deputat Əli Məsimli parlamentdəki müzakirələrdə söylədi.

Bunun ardınca o, qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı postsovet məkanında yüksək inkişaf yolu keçib: "Bəs, niyə əhalinin yoxsul təbəqəsinin həyatı yaxşılaşmır? Çünki Azərbaycanda milli gəlir ədalətlə bölünmür. Rusiyada ÜDM-in 45 faizindən çoxu, Qazaxıstanda ÜDM-in 30 faizindən çoxu, Azərbaycanda isə ÜDM-in 20 faizindən azı əmək haqqına yönəlir. Bizim iqtisadiyyatımız nə Rusiya, nə də Qazaxıstandan pis deyil, sadəcə ədalətsizlik var. Biz ÜDM-in 30 faizini əmək haqqına ayırsaq, əhalinin yaşayış səviyyəsinə görə Rusiyadan sonra ikinci yerə çıxacağıq, Qazaxıstanı da ötəcəyik”.

Oxşar xəbərlər