Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:00 - 22.03.2019  
KLANLARIN BİTMƏYƏN GÖMRÜK SAVAŞI – Vahid Əhmədovu 20 ildən sonra dilləndirən səbəblər…
Tarix: 6-11-2018, 15:25 | Bölmə: Xəbərlər » İqtisadiyyat

"Bu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?”

"Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə çıxışında deyib.

O, bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: "Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün, bu, təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

V. Əhmədov dövlət borcu ilə bağlı məsələyə də toxunub. O bildirib ki, dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır: "Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında da ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir yetirmək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”.

***
gomruk-komitesi

Vahid Əhmədovun gömrüklə bağlı bu fikirləri, daha doğrusu qəfildən Gömrük Komitəsinin keçmiş rəhbərliyinin üzərinə hücuma keçməsi, hətta hüquq-mühafizə orqanlarını onların fəaliyyətini araşdırmağa çağırması bir sıra suallar doğurur. Çox böyük ehtimalla, bu, təsadüfi deyil və hakimiyyətdaxili klanlar arasında mübarizənin təzahürüdür. Niyə?

Məsələ ondadır ki, Azərbaycan gömrüyündə baş verənlər haqda uzun illər boyudur danışılır, yazılır, fikirlər səsləndirilir, ortaya faktlar, sübutlar qoyulur. Bu barədə həm mediada çoxsaylı araşdırma yazıları dərc olunub, həm də müstəqil ekspertlər tərəfindən konkret faktlar, hesabatlar ortaya qoyulub. Belə demək mümkündürsə, gömrükdə korrupsiya əməliyyatları tam şəffaf həyata keçirilib. Yəni, ölkədə az qala hər kəsin burada nə baş verdiyindən xəbəri olub: nə qədər rüsum yığılıb, nə qədər büdcəyə ödənilib, nə qədər "qara kassaya” yönəldilib…

Hətta gömrüyün "qara kassasını” doldurmağa məsul olanların, bu "kassaya” nəzarət edənlərin, onu bölüşdürənlərin kimliyindən, ordan hansı media orqanlarına, hansı partiyalara, hansı deputatlara nə qədər "paket” ayrıldığından da hamı xəbərdar idi.

Vahid Əhmədov da kifayət qədər məlumatlı şəxsdir. Yəni, vaxtilə Azərbaycanın baş naziri olmuş, uzun müddətdir deputat kimi büdcə zərfinin hazırlanmasında iştirak edən hörmətli Vahid müəllimin uzun illər ərzində gömrükdə baş verənlərdən xəbərsiz olmasına az da olsa ehtimal vermirik.

Ancaq nədənsə onun indiyədək heç vaxt belə hesablamalar aparmasına, gömrükdə korrupsiyanın "yeminə” çevrilən büdcə vəsaitlərinin həcmini müəyyənləşdirərək ictimaiyyətə açıqlamasına rast gəlməmişik. Deputatımızın qəfildən belə fikrə düşməsi yalnız maraq deyil, həm də sual doğurur: görəsən nə baş verib ki, Vahid müəllim gömrükdəki korrupsiyanı görməyə, hətta bu barədə danışmağa başlayıb?

manat_180118

Deputatın açıqlamasından belə qənaətə gəlmək olar ki, buna səbəb Gömrük Komitəsinin rəhbərliyindəki dəyişiklikdən sonra idxal rüsumunun kəskin artmasıdır.

Tənbəllik etməyib maraqlandıq. Gömrük Komitəsinin rəsmi saytına girərək, idxal rüsumu üzrə büdcə daxilolmalarını hesabladıq (Komitənin saytında bütün daxilolmalar nədənsə yalnız ayalar üzrə verilib. Bəlkə də gömrükdən illik daxiolmaların məbləğini göstərməyə "utanıblar” – müəl.).
Belə məlum oldu ki, idxal rüsumu üzrə büdcəyə:
2007-ci ildə təxminən 160 milyon (əvvlki illər yəqin simvolik rəqəmlər olduğu üçün verilməyib-müəl);
2008-ci ildə 240 milyon;
2010-cu ildə 219 milyon;
2012-ci ildə 231 milyon;
2014-cü ildə 365 milyon;
2015-ci ildə 388 milyona yaxın vəsait daxil olub.

Yəni, hər il müəyyən qədər artırılıb. 2016-cı ildən sonra isə bu rəqəm sıçrayışlı olub. Belə ki, gömrükdən idxal rüsumu üzrə büdcəyə 2016-cı ildə 600 milyondan artıq, 2017-ci ildə isə 707 milyona yaxın vəsait daxil olub. Bu il sentyabr ayına qədər isə idxal rüsumu kimi büdcəyə 662 milyona yaxın vəsait ödənilib. Aylar üzrə toplanan vəsaitlərə baxsaq, ilin sonuna qədər təxminən daha 250 milyonun ödəniləcəyini gözləyə bilərik.

Bu isə gömrükdən büdcəyə yönəldilən vəsaitlərin illər üzrə artım dinamikasına uyğundur. Yəni, Gömrük Komitəsinin rəhbərliyindəki dəyişiklikdən əvvəl də hər il gömrükdə toplanan vəsaitlərin, o cümlədən idxal rüsumunun daha böyük hissəsinin rəsmiləşdirilməsi həyata keçirilirdi. Xüsusən, 2015-ci ildə neftin qiymətinin düşməsindən sonra ölkədə bir çox sahələrdə olduğu kimi, gömrükdə də şəffaflığın təmin olunması, burdan büdcəyə daxil olan vəsaitlərin həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verdi. Əgər 2007-ci ildə toplanan idxal rüsumunun 160 milyonu rəsmiləşdirilmişdisə, 2016-cı ildə bu rəqəm 600 milyona, 2017-ci ildə isə 707 milyona çatdırılmışdı. Hər ikisində Gömrük Komitəsinin sədri Aydın Əliyev, müavini isə Səfər Mehdiyev idi. Böyük ehtimalla Aydın Əliyev yerində qalsaydı, bu il idxal rüsumu kimi büdcəyə 900 milyondan artıq vəsait yönəldiləcəkdi.

gomruk

Yəni, gömrükdən büdcəyə ödənilən idxal rüsumunun artımını, Vahid Əhmədovun iddia etdiyi kimi, Gömrük Komitəsinin rəhbərliyindəki dəyişikliklə bağlamaq mümkün deyil. Təbii ki, bunu Vahid Əhmədov da bilir.
Ona görə də, deputatın Gömrük Komitəsinin keçmiş rəhbərliyini "qılınclamasını” idxal rüsumundakı artımla bağlamaq mümkün deyil. Vahid Əhmədovun qəfildən gömrükdəki korrupsiyanı yada salmasını, yuxarıda da qeyd etdiyimiz kimi, deputatın klanlarası mübarizədə tərəf nümayiş etdirməsi kimi izah etmək daha məntiqli görünür.

Məlum olduğu kimi, Aydın Əliyev çıxarılması, yerinə Səfər Mehdiyevin gətirilməsi ilə gömrükdə uzun müddət davam edən ikibaşlılığa son qoyuldu. Gömrük "Naxçıvan klanı”ndan tam şəkildə alınaraq, şərti olaraq "Bakı klanı” adlanan qruplaşmanın nəzarətinə keçdi. Hazırda bu proses yekunlaşmaq üzrədir.

Vahid Əhmədovun məhz belə vaxtda ortaya çıxması, onun ya kimlərinsə sifarişini yerinə yetirdiyini, ya da "yıxılanı baltalamaqla” ucuz populizmdən xal qazanmağa çalışdığını göstərir.

Ancaq deputat hüquq-mühafizə orqanlarını gömrükdə "yeyilən” milyardları araşdırmağa çağırarkən, deyəsən unudur ki, indiki sədr Səfər Mehdiyev həmin vaxt Gömrük Komitəsinin rəhbərliyində idi. Hətta bəzi iddialara görə, gömrükdən gəlib-keçən hər şeyə nəzarət edirdi…

Murad MƏMMƏDOV
AzPolitika.info

Xəbər 825 dəfə oxunub






Oxşar xəbərlər

Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12773] initstartout [0.00012] initstartin [0.00053] calstart [0.00619] calend [0.00034] topnewsend [0.00278] rsssend [0.00000] ehgend [0.02708] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09023]