Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:23 - 14.12.2019  
BTQ dəmir yolu xəttinin bir ili - maraq getdikcə artır
Tarix: 1-11-2018, 09:18 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Bu günlərdə Azərbaycanın mühüm regional layihəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsinin bir ili tamam oldu. Uzun illər ərzində tikintisi gedən bu xəttin açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri, Qazaxıstan, Gürcüstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.

BTQ dəmir yolu xəttinin bir ili - maraq getdikcə artırQeyd edək ki, xəttin inşasına 2007-ci ildə başlanıb. Onun təməlqoyma mərasimində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri iştirak ediblər. BTQ Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tiflis-Ceyhan kəmərindən sonra regionun ən böyük layihəsidir və Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan önəmlidir. Bu xəttin işə düşməsi ilə dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə etmiş oldu. 838 km-lik tarixi İpək Yolunu canlandıran BTQ-nin 503 km-i Azərbaycan, 259 km-i Gürcüstan, 76 km-i isə Türkiyə ərazisindən keçir.

Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon ABŞ dolları kredit ayrılıb. Kreditin 200 milyon dollarlıq birinci hissəsi illik dərəcəsi 1 faiz olmaqla uzadılma imkanı ilə 25 il müddətinə, 575 milyon dollarlıq ikinci hissəsi isə illik dərəcəsi 5 faiz olmaqla uzadılma imkanı ilə 25 il müddətinə verilib. Ölkə  Prezidentinin 2007-ci ildə imzaladığı sərəncama uyğun olaraq, "Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu həyata keçirir. Fonddan aldığımız məlumata görə, oktyabrın 1-nə qədər layihə çərçivəsində Dövlət Neft Fondu tərəfindən 652,1 milyon dollar, o cümlədən cari ilin üç rübü ərzində 9,8 milyon dollar vəsait ayrılıb.

BTQ dəmir yolu xəttinin bir ili - maraq getdikcə artır

 

Bakı-Tiflis-Qars yeni dəmir yolu xətti beynəlxalq layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

 

Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.

BTQ işə düşdükdən sonra onunla yükdaşımaların həcmi getdikcə artmaqdadır.Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslanın dediyinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi bu layihəyə Qazaxıstan, Türkmənistan və Çin də daxil ediləcək: "Təkcə Qazaxıstan xəttə 10 milyon ton yük verəcəyini öhdəsinə götürüb və buna əməl edir. Çin-Avropa, Avropa-Çin arasında ildə 240 milyon ton konteyner yük daşınır. Biz bunun 10 faizini ala bilsək, yükdaşımanın həcmi xeyli arta bilər”.

Nazir bildirib ki, BTQ ilə müqayisədə yüklərin digər  alternativ xətlərlə daşınması iqtisadi baxımdan sərfəli deyil.  Onun sözlərinə görə, hazırda Cənub dəhlizində və Şimal dəhlizində yükdaşıma müddəti təxminən 45-62 gündür. Eyni yük BTQ ilə  Avropa İttifaqı ölkələrinə daha rahat və qısa müddətə çatır: "BTQ ilə  Çindən göndərilən yük Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni istifadə edərək ən qısa müddətdə, ən rahat yolla daşına bilir. Qısa zaman nə qədərdir? 12-15 gün: Qatara yükü vurursunuz və yükünüz kəsintisiz çatır.  Avtomobil yolu da alternativ sayıla bilər, amma nəzərə almaq lazımdır ki, dəmir yolu ilə yükün hamısını bir dəfəyə daşımaq mümkündür”.

 "Rus konteyner şirkəti” Səhmdar Cəmiyyətinin baş direktoru İvan Qrişaqin mətbuata məlumatında xatırladır ki, rəhbəri olduğu səhmdar cəmiyyətin mütəxəssisləri BTQ dəmir yolu marşrutunu Rusiyanın Privoljsk, Ural və Sibir federal dairələrindən Türkiyənin Aralıq dənizindəki limanlarına, daha sonra Afrika və Yaxın Şərq ölkələrinə yükdaşımalarının ən qısa yolu kimi qiymətləndirirlər.

Məhz elə bunun nəticəsidir ki, Rusiyanın son vaxtlar BTQ dəmir yoluna marağı xeyli artıb. Məsələn, Maqnitiqorsk metallurgiya kombinatı Türkiyəyə metal məhsullarının çatdırılması üçün BTQ-dən istifadəyə başlayıb. Şirkətin KİV-ə yaydığı xəbərdə deyilir ki, müəssisə Maqnitiqorsk-Bakı-Tiflis-Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının daşınmasını təşkil edib. Şirkət BTQ ilə ildə 250 min ton metal məhsullarının daşınmasını həyata keçirəcək. Bu xətlə daşınma 17 günə başa gəlir, halbuki əvvəlki marşrutla bu müddət 30 günə çatırdı.

Rusiyanın digər müəssisə və şirkətləri də artıq bu layihəyə böyük maraq göstərirlər. Məsələn, artıq BTQ ilə Rusiyadan taxıl daşınmasına start verilib.

Bu ilin avqustunda Naxçıvan Muxtar Respublikasına BTQ ilə yüklərin daşınmasına başlanılıb. Avqustun 8-də BTQ ilə daşınan yüklər Türkiyənin Qars şəhərində boşaldılaraq yük maşınları vasitəsilə Sədərək sərhəd-keçid məntəqəsindən keçməklə Naxçıvana aparılıb.  Beləliklə, Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə daşımaların təşkili Naxçıvanın daha bir alternativ nəqliyyat dəhlizinə çıxışı deməkdir. Bu da muxtar respublika üçün mühüm strateji əhəmiyyəti olan hadisədir.

Ötən ilin oktyabrında dövlət başçılarının iştirakı ilə gerçəkləşən açılış mərasimində də qeyd olunduğu kimi, gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Bu da muxtar respublikanın nəqliyyat müstəqilliyinin təmin edilməsinə və Naxçıvanda istehsal olunan məhsulların xarici ölkələrə rahat daşınmasına səbəb olacaq.

Beləliklə, Azərbaycanın təşəbbüsü, məqsədyönlü siyasəti və xüsusi səyləri ilə həyata keçirilən BTQ təkcə Asiya ilə Avropa arasında yox, eyni zamanda, region ölkələri arasındakı yükdaşımalar üçün böyük əhəmiyyətə malikdir. Layihəyə Mərkəzi Asiya ölkələri, Əfqanıstan və bir çox Avropa ölkəsi tərəfindən də böyük maraq göstərilir.

Bu dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur. İlkin mərhələdə bu yolla 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton yük daşımaq planlaşdırılır. Sonra yükdaşımalarının həcmini daha da artırmaq nəzərdə tutulur. Analitiklərin proqnozlarına görə, gələcəkdə dəmir yolunun sərnişindaşıma və yükdaşıma qabiliyyəti artırılaraq ildə təqribən 2-3 milyon sərnişinə və 15 milyon tondan çox yükə çatdırıla bilər.

BTQ ilə sərnişindaşınmasına gələn ildən başlanması nəzərdə tutulur. Azərbaycan Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun verdiyi məlumata görə, Azərbaycan BTQ-də istifadə etmək üçün İsveçrənin "Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş verib: "Vaqonların gələn ilin I rübündən başlayaraq, hər dəfə 10 ədəd olmaqla 3 mərhələdə Azərbaycana gətirilməsi nəzərdə tutulub. Onlar ən son texnologiya əsasında hazırlanıb. Qatar Bakıdan Qarsa 10 saata çatacaq. Gediş haqqı 3 ölkə arasında əldə olunmuş razılığa və beynəlxalq tariflərə əsasən müəyyən olunacaq”. 

Xəbər 1533 dəfə oxunub






Oxşar xəbərlər

Deputatın hər gün aldığı 5 min manat… – QALMAQAL
YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?
4 il susan deputatlar mandatsız qalacaqlar
Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26267] initstartout [0.00017] initstartin [0.00068] calstart [0.00897] calend [0.00050] topnewsend [0.00460] rsssend [0.00000] ehgend [0.00637] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24071]