Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,3 faiz artıb

  • 01 noy 2018, 08:20

2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib.

"Report” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimovun "Xalq qəzeti"ndə çıxan məqaləsində qeyd olunub.

O bildirib ki, Dünya Bankının məlumatlarına əsasən, bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub:

"Kənd təsərrüfatı sahəsində dinamik inkişaf trendi cari ildə də davam edib, ilk 9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,7 faiz artıb".

Oxşar xəbərlər