Neftin qiyməti REKORD HƏDDƏ

  • 25 sen 2018, 08:32

Neftin qiyməti yenidən bahalaşıb.

Demokratik.Az Report -a istinadən xəbər verir ki, artım OPEC+ təşkilatının açıqlamalarından sonra qeydə alınıb.  

Belə ki, Londonun İCE Futures birjasında "Brent” markalı neftin bir barreli 2,9 faiz bahalaşaraq 81,17 dollara satılıb. Bununla da "Brent" markalı neftin qiyməti 2014-ci il noyabrın 21-dən sonra ilk dəfə 81 dolları keçib. 

Bununla yanaşı, Nyu-York birjasındakı hərracda WTI markalı neftin bir bareli 2,02 faiz bahalaşaraq 72,21 dollar olub.

Oxşar xəbərlər