Çin ABŞ dövlət borcuna yatırımı azaltdı

  • 19 sen 2018, 13:50

İyul ayında Çin ABŞ-ın dövlət borcuna qoyduğu investisiyaları 7,7 milyard dollar azaldıb.

 

Bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Buna rəğmən Çin ABŞ dövlət borcuna etdiyi yatırımlara görə hələ də lider olaraq qalmaqdadır. Belə ki, Pekinin sahib olduğu istiqrazların həcmi 1,71 trilyon dollar dəyərindədir.

Çindən fərqli olaraq, Yaponiya ABŞ dövlət borcuna etdiyi yatırımları artırıb. Nəticədə Yaponiyanın əlindəki qiymətli kağızların həcmi 1,03 trilyon dollara çatıb. Üçlüyü 300 milyard dollarlıq istiqrazla İrlandiya qapadıb./axar.az/

Oxşar xəbərlər