Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:16 - 23.07.2019  
BENZİN NİYƏ BAHALAŞDI? – Ekspertlərin RƏYİ
Tarix: 21-08-2018, 09:46 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Ötən gün Azərbaycanda Premium Euro-95 benzinin və Super Euro-98 markalı avtomobil yanacağının qiymətinin artması qərarının hansı qurum tərəfindən verildiyi aydın deyil.

BENZİN NİYƏ BAHALAŞDI? – Ekspertlərin RƏYİEnerji məsələləri üzrə təhlilçi İlham Şaban BBC radiosuna açıqlamasında deyib ki, bu qərar bazarda 1000-ə yaxın neft məhsulları satan iştirakçı tərəfindən birgə verilmiş qərardır.

Dövlət Neft Şirkəti – SOCAR BBC News Azərbaycancaya qiymət artımının səbəbləri ilə bağlı hər hansı bir açıqlama verməkdən imtina edib. İqtisadi təhlilçilər Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının qiymətinin qalxmasını şərh edərkən deyib ki, "ilin sonuna 92 markalı benzinin, həm dizel yanacağının və digər yanacaq məhsullarının qiymətində artım gözlənilir”.

"Gözəgörünməz bir əl”

Ötən gün Azərbaycanda Premium Euro-95 benzinin 1 litrinin qiyməti 25 qəpik və Super Euro-98 markalı avtomobil yanacağının qiyməti isə 10 qəpik bahalaşıb. Artıq 95 əyarlı benzin 1 manat 50 qəpik, 98 əyarlı benzin isə 1manat 60 qəpikdir.

"Qonşu Rusiya, Gürcüstan, Qazağıstanda neft məhsulları satış assosiasiyaları var, yanacaq satışı birlikləri var, özəl qurumların bazarda hüquqlarını qoruyan qurumlar var. Bizdə heç nə yoxdur. Ancaq gözəgörünməz bir əl bazarda qiymətləri qaldırır", – təhlilçi İlham Şaban deyir.

O, Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının qiymətinin qalxmasını "kartel sövdələşmə” adlandırır və qiymətin qalxmasını sorğulayır: "Necə oldu ki, 2014-cü ilin aprelindən bazarda pərakəndə yanacaq satanlardan birinin də ağlına gəlmədi ki, yüksək oktanlı benzini 1 qəpik ucuz satsın ki, daha çox müştəri əldə etsin?! Bazarlara nəzarət edən qurum olmalıdır ki, kartel sövdələşmələrə, bazarda bütün oyunşular üçün eyni oyun qaydaları olmasına nəzarət etsin”.

Təhlilçi ölkədə yüksək oktanlı benzinin istehlakının azaldığını bildirir. Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda yüksək oktanlı benzinin ümumi benzin istehlakınını 10 faizini təşkil edib, lakin bu ilik 6 ayının nəticələrinə görə artıq istehlak 5 faizə düşüb. "Bunun səbəbi qiymət artımıdır. İnsanlarda alıcılıq qabiliyyəti azaldıqca faiz dərəcəsi aşağı düşüb”, – o deyir.

Hökumət benzinin qiymətinin artmasının səbəblərini açıqlamayıb, SOCAR isə onlarda bu barədə açıqlama olmadığını deyib.

"Gözlənilən artım”

İqtisadi təhlilçi Toğrul Maşallı hesab edir ki, Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının qiymətinin qalxması daha çox yeni avtomobillərə aid olduğu üçün birbaşa olaraq heç nəyə təsir etməyəcək.

O deyir ki, bu artım daha yeni, daha ekoloji təmiz maşınlardan istifadə etmək istəyən şirkətlərə təsir edə bilər. "Bu qərarın ümumi qiymət artımına dolayı təsiri ola bilər. Benzinin və bir çox tariflərin qalxmasına görə, sahibkarlar əvvəlcədən gələcəkdə ola biləcək qiymət artımlarını nəzərə alaraq qiymətləri artıra bilərlər”, o deyir.

Bu səbəbdən iqtisadi təhlilçi başqa sahələrdə qiymət artımının "gözlənilən” olduğunu deyir.

"92 markalı benzinin qiyməti artacaq”

İqtisadi təhlilçi Qubad İbadoğlunun fikrincə, bu markalı benzilərin qitməyinin artması 92 markalı benzinin bahalaşmasını daha da sürətləndirə bilər: "92, 95 və 98 markalı benzinlərin qiymətləri arasında fərqi böyüyür. Şübhə etmirəm ki, Tarif Şurası bunu əsas götürərək 92 markalı benzinin bahalaşmasına qərar verə bilər. Şura bu addımı atarsa, qərarını Azərbaycana idxal olunan avtomobillərin sayında bu ildən müşahidə olunan artımla əsaslandıra bilər”.

Cənab İbadoğlu deyir ki, bu ilin sonu üçün qiymət artımı baş verə bilər: "Kənd təsərrüfatı mövsümü başa çatandan sonra yalnız benzin yox, dizel yanacağının, yanacaq sürtgü materiallarının, mazuntun və digər yanacaq məhsullarınnı qiyməti arta bilər. Qiymət bahalaşması gözləniləndir”, o deyir.

İqtisadi təhlilçinin sözlərinə görə, bu baş verərsə, həm kommunal xidmət sahəsində, həm də ictimai nəqliyyatda gediş haqları arta bilər.

Artımlar

Premium Euro-95 və Super Euro-98 markalı benzinlər Azərbaycana idxal edilir. Ölkədə sonuncu dəfə benzinin bu növlərinin qiyməti ötən ilin noyabrında qaldırılmışdı.

"Aİ-92” markalı benzinin qiyməti isə dəyişməyib – əvvəlki kimi, 1 litri 90 qəpikdir. 2017-ci ilin əvvəlində Premium Euro-95 markalı benzin 95 qəpiyə, Super Euro-98 markalı benzin isə 1 manat 10 qəpiyə satılırdı. Beləliklə, həmin vaxtdan bəri Premium Euro-95 benzini 55 qəpik, Super Euro-98 benzini isə 50 qəpik bahalaşıb.

Benzinin qeyd edilən növlərinin yaxın zamanlarda bahalaşacağından xəbər verən əlamətlər avqustun əvvəlindən qeydə alınmağa başlanıb. Nazirlər Kabinetinin və Tarif Şurasının qərarı ilə bəzi tarif və rüsumlar da artırılıb.

30 iyul tarixində Tarif Şurasının qərarıyla Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda metro və avtobuslarda gediş haqqı azı 50 faiz qaldırılıb. 31- iyulda dərc edilmiş Nazirlər Kabinetinin qərarına əsasən "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə rüsumunun məbləği bir neçə dəfə qaldırılıb.

Qərara əsasən, avtomobil hər dəfə özgəninkiləşdiriləndə, yəni başqasının adına keçəndə bu rüsum avtomobilin mühərrikinin həcmindən asılı olaraq 30-1500 manat arasında dəyişəcək.

Bundan başqa ölkəyə fərdi şəxslər tərəfindən gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu əvvəl bütün növ mobil cihazlar üçün 5 manat olsa da indi cihazın bazar qiymətindən asılı olaraq 150 manata kimi artırılıb.

Nazirlər Kabineti maşınla xaricə səyahət edərkən yanacaq bakından əlavə ayrı qablarda aparılan hər litr benzinə və dizel yanacağına görə 0.6 ABŞ dolları (təqribən bir manat) rüsum tətbiq edib.

Demokratik.Az


Xəbər 1205 dəfə oxunub






Oxşar xəbərlər

Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12502] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00657] calend [0.00037] topnewsend [0.00260] rsssend [0.00000] ehgend [0.01956] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09475]