Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:34 - 22.04.2019  
“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspert
Tarix: 14-08-2018, 22:02 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Dünyada gedən iqtisadi proseslərin fonunda region ölkələrinin milli valyutaları dollar nisbətdə dəyər itirməkdədir. Nəticədə həmin ölkələrdə makroiqtisadi göstəricilər də mənfiyə doğru dəyişir ki, bütün bu proseslər həm də xarici borclanmaya gətirib çıxarır. 

“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspertCənubi Qafqazda hazırda Gürcüstanın xarici borcu 17 milyard dolları ötüb. Məlumatı bu ilin aprel ayında Gürcüstanın Milli Bankı yayıb. 2017-ci il dekabrın 31-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 17,2 milyard ABŞ dolları olub. Bu, ölkənin ümumi daxili məhsulunun 113,5 faizini təşkil edir. Gürcüstan Milli Bankı həmçinin bildirib ki, hesabat dövründə dövlətin birbaşa xarici borcu 7,3 milyard dollar olub. Bu da ÜDM-in 48,3 faizinə bərabərdir. Qalan borc isə Milli Bankın, özəl sektorun və hüquqi şəxslərin payına düşür.

Bu ilin yanvar ayında yayılan məlumatda qeyd olunurdu ki, 2017-ci ilin sonunda Ermənistanın dövlət borcu 6,776 milyard dollara çatıb. Bu barədə informasiyanı "Joxovurd” qəzeti yayıb. Qəzet bu borcun 6,173 milyard dollarının hökumətin payına düşdüyünü bildirmişdi. Ümumi borcun 4,893 milyard dollarını xarici borc təşkil edib: "2016-cı ilin sonunda ölkənin borcu 5,942 milyard dollar olub. 2017-ci il ərzində borc 832,5 milyon dollar artıb”. Hazırda isə bu borcun 7 milyarddan yuxarı olması ilə bağlı məlumatlar var.

"Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirib ki, Azərbaycanda xarici borcların vəziyyəti ilə bağlı durum fərqlidir: "İlk növbədə adambaşına düşən xarici borcun səviyyəsinə görə qabaqcıl ölkələr sırasındayıq.  Bizim ümumi daxili məhsula nisbətdə xarici borcumuz 20 faizdən bir qədər artıqdır. Yəni bu, böyük rəqəm deyil. Məsələn, Amerikada dövlət borcu ümumi daxili məhsulun həcmindən çoxdur. Yaponiyada, İngiltərədə, İtaliyada da bu, belədir. Azərbaycanda isə xarici borcun həcmi elə səviyyədə deyil ki, bu, narahatlıq yaratsın. Digər tərəfdən, nəzərə alaq ki, bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun həcmindən də çoxdur. İlin sonuna doğru isə valyuta ehtiyatlarımızın 50 milyard ABŞ dolları səviyyəsinə çatması gözlənilir. Çünki neftin qiymətlərində artım var. Bu gün Azərbaycan qeyd olunan səviyyəyə görə tam sabit durumdadır. Ona görə də xarici borcla bağlı göstəricinin bizi narahat edəcək heç bir tərəfi yoxdur”.

Ekspert hazırda dünyanın maliyyə bazarında baş verən proseslərdən də danışıb: "Milli valyuta ilə bağlı biz ehtiyat tədbirləri görməliyik. Qonşu dövlətlər olan Rusiya və Türkiyə  ilə bizim ticarət əlaqələrimiz çox genişdir.  İranla da iqtisadi əlaqələrimiz var və bu, günü-gündən inkişaf edir. Ancaq əlaqələrinin çəkisi baxımından Rusiya ilə Türkiyə bizim ticarət əlaqələrimizin dörddə birini əhatə edir. Hər birində 2 milyarddan artıq ticarət dövriyyəmiz var. İxracımızın da ən geniş bazarı Rusiya və Türkiyəni əhatə edir. Bu mənada qonşu ölkələrdə baş verən hadisələrin bizə təsirsiz ötüşəcəyini söyləmək olmaz. Hazırda türk lirəsi və rus rublu məzənnədə itkiyə məruz qalır. Bu proses davamlı hal alırsa, biz də təxirəsalınmaz tədbirlər görməliyik. İlk növbədə bu ölkələrdə baş verən ucuzlaşma həmin ölkə daxilində qiymətlərin dollar ifadəsində aşağı düşməsi səbəb olur. Belə bir durumda biz öz məhsullarımızı milli valyutaların ucuzlaşmasından öncə satdığımız qiymətə satıb, daha az valyuta əldə edəcəyik. Ziyanla üz-üzə qalmamaq üçün müəyyən tədbirlər görülməlidir. Eyni zamanda həmin ölkələrdən ucuz mal gətirib daxili bazarda sata bilərik. Təbii ki, belə meylləri daha da güclənəcək. Çünki əvvəllər 10 dollar qazanan adam, indi 20 dollar qazanacaq. Bütün bunlar isə yerli məhsulların istehsalına təsir edər, rəqabət qabiliyyəti aşağı düşər. Bu baxımdan proseslərin həm ixrac, həm də idxalda mənfi cəhətləri ola bilər. Təcrübə göstərir ki, valyutalar kəskin ucuzlaşsa belə, daşınmaz əmlakların qiyməti milli valyutada dəyişmir. Bu hal Azərbaycandan Rusiya bazarına külli miqdarda vəsait axınına səbəb ola bilər. Bu da bir təhlükədir ki, bunu da çözmək lazımdır. Eyni zamanda Türkiyə, Rusiya, İranın milli valyutasının dollara nisbətdə ucuzlaşması davam edərsə, biz də manatın məzənnəsinə yenidən baxıb, onu bir qədər yumşaltmaq istiqamətində addımlar atmalıyıq. Texniki baxımdan yanaşanda region ölkələrinin milli valyutasının ucuzlaşması Azərbaycanda o ölkələrdən gətirilən məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxarmalıdır. Ancaq düşünmürəm ki, bu, baş verəcək. Ən yaxşı hal odur ki, satıcılar qiymətləri sabit saxlasınlar”.

"Yeni Müsavat”

Xəbər 750 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanlı kriminal avtoritet güllələnərək ÖLDÜRÜLDÜ
Suriyada PKK tərkibində yeni erməni terror qrupu yaradılır
Analitik material: Ukraynanın şoumen prezidenti
Araz Əlizadə: "Dallarına şalvar ala bilmirlər, amma it saxlayırlar"
Pərviz Şahbazov: "Neftin qiyməti qənaətbəxşdir"
Sabah Azərbaycanda intensiv yağış yağacaq
Prezident Şri-Lankalı həmkarına başsağlığı verib
İmişli Rayon İHB-yə yeni müavin təyin olunub
Azərbaycan-Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO
AXH-nin parçalanması reallaşır - daha bir ayrılıq toplantısı...
Cəbhədə erməni təxribatları davam edir
“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ
“Bolton planı” “Lavrov planı”na qarşı - Gərginlik
ABŞ-dan bəzi ölkələrə NOTA: "İran neftini almayın!"
Dünyada 263 milyon marixuana istifadəçisi var
Elinanın çantasına psixotrop tabletkanı KİM və niyə qoyub? – Xalidə Bayramovaya AĞIR suallar? + VİDEO
Vladimir Zelenski “exit poll”un nəticələrini şərh edib
Devrilmiş prezidentin evindən 115 milyon dollar pul çıxdı
Zelenski baş prokuroru vəzifəsindən uzaqlaşdıracaq
Eldar Namazov: “Bu, Azərbaycan üçün növbəti siyasi tələdir”
Paşinyan Azərbaycanı bu səbəbə görə müharibəyə çəkir
“Azərbaycanı boğa bilməyənlər...” – Deputatdan açıqlama
Cavid Qurbanova yeni səlahiyyət verildi
Cahangir Əsgərovun qızının milyonları üzə çıxdı
Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb
Zelenski Poroşenkonu yenəcəksə - cinayət işləri açılacaq
Kamal Kılıçdaroğluna Ankarada belə hücum etdilər - VİDEO
10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək
Azərbaycan XİN Şri-Lankada törədilən terror aktlarını pisləyib
Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İkram Rəhimovun məhkəməsində “Hürriyyət”in adı niyə çəkilib? - ŞOK AÇIQLAMA
"Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib
Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir /FAKTLAR
Generaldan proqnoz: "Rusiya parçalanacaq"
"Yasin Quliyevin ABŞ-da oxumasına dəstək olaq" – Qubad İbadoğlu
Baş nazir elektrik enerjisi ilə bağlı qərara dəyişiklik etdi
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
ABŞ-da hücum hazırlayan məktəbli qızlar saxlanılıb
Meksikada zavodda yanğın baş verib
"Bacısına dovşan şəkli göndərib"- qanlı hesablaşma
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub
Xameneyini təhqir edən alimə 13 il həbs cəzası verildi
Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18541] initstartout [0.00018] initstartin [0.00065] calstart [0.00927] calend [0.00059] topnewsend [0.00559] rsssend [0.00000] ehgend [0.00849] tagsstart [0.00080] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15980]