Ermənistanlı turislər Gürcüstanda bizdən çox pul xərcləyib

  • 06 iyul 2018, 15:30

Bu ilin ilk rübü ərzində Gürcüstana səfər edən türistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,8% artaraq 1 milyon 582 min 382 nəfər artıb. Demokratik.Az Yeniavaz.com-a istinadən bildirir ki, Gürcüstan Milli Turizm Administrasiyasının açıqladığı məlumata istinadən bildirir ki, ölkəyə gələnlərin 51%-i paytaxt Tbilisiyə, 21,5%-i Batumi şəhərinə səfər edib.

Turistlər Gürcüstan ərazisində ümumilikdə 1,4 milyard lari (972 milyon manat) vəsait xərcləyiblər. Gürcüstanda ən çox pul xərcləyənlər Rusiya, Türkiyə, Ermənistan və Azərbaycan vətəndaşları olub. Hər bir Rusiyalı turist Gürcüstanda orta hesabla 1338 lari (929 manat) xərcləyib. Bundan başqa hər bir Türkiyəli turist orta hesabla 1189 lari (826 manat), Ermənistanlı turistlər 562 lari (389 manat), Azərbaycanlı turistlər isə 401 lari (278 manat) xərcləyib.

Oxşar xəbərlər