Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:23 - 18.08.2018  
Xarici borcumuz niyə artır? – TƏHLİL
Tarix: 4-07-2018, 00:40 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Azərbaycan xarici dövlət borcu ilə bağlı ən ehtiyatlı siyasət yeridən ölkələrdən biridir. Vaxt var idi, dəqiq desəm, müstəqilliyimizin ilk illərində - keçən əsrin 90-cı illərinin əvvəlində,- ölkəmiz xarici maliyyə qurumlarından çox asılı vəziyyətdə idi. Alınan borc vəsaitləri büdcə kəsirinin örtülməsinə gedirdi. Bu gün isə Azərbaycanın özünə borclu olan ölkələr var. Yəni, iqtisadi inkişaf, artım sözünü deyib.
Xarici borcumuz niyə artır? – TƏHLİLÖlkəmiz xarici borclanma siyasətini bu gün də davam etdirir. Çünki bu siyasətsiz keçinmək mümkün deyil. Hələ bir neçə il öncə,Milli Məclisdə bu barədə müzakirə ortaya çıxan zaman parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çox doğru olaraq buyurdu ki, borc almasan və verməsən, sənə pis baxarlar. Odur ki, inkişaf etmiş ölkələrin xaricə dövlət borcu onların ümumi daxili məhsul (ÜDM) istehsalı həcminin az qala bərabəri və hətta, bundan yuxarı səviyyəsindədir. Ölkəmizdə isə bu sahədə vəziyyət təhlükəli həddən hələ çox uzaqdır. Bununla belə, son vaxtlar borcun artdığı da diqqətdən kənarda deyil.

Bu ilin əvvəlinə ölkəmizin xarici dövlət borcunun səviyyəsi 9 milyard 398,3 milyon ABŞ dolları (15 milyard 978,1 milyon manat) təşkil edib k, bu da ÜDM-in 22,8%-i demək olub. Aprelin 1-nə olan vəziyyətə görə isə beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb ki, xarici dövlət borcunun ümumi məbləği 9,6 milyard dollar təşkil edib. Bu da adambaşına təxminən, 980 dollar borc edir.

Xaricə dövlət borcumuz əslində, uzun müddət sabit vəziyyətdə idi. Söhbət onun əsasən də ÜDM-ə olan nisbət səviyyəsindən gedir. 2014-cü ildən sonra borcun həm səviyyəsi sanki bir sıçrayışla artdı, həm də ÜDM-də faiz çəkisi yüksəldi. Eyni zamanda, ölkəmizin valyuta ehtiyatları həcmi ilə xarici dövlət borcunun səviyyəsi arasında fərq də azaldı. Məlumdur ki, Mərkəzi Bankla (AMB) birgə Dövlət Neft Fondunun valyuta ehtiyatları xaricə borcumuzdan həmişə yüksək həddə olub. Lakin, 2014-cü ilin axırı və 2015-ci ilədək bu fərq daha da böyük idi. Ancaq, 2015-2016-cı illər ərzində baş verən devalvasiyalardan və bank sektorunda ortaya çıxan məlum problemlərdən dolayı xarici borcun artması bu fərqin azalmasında mühüm rol oynadı.

Ümumiyyətlə, borclanmanın 2015-ci il də daxil olmaqla üzü bəri, birdən-birə daha sürətlə artmasının 3 başlıca səbəbi olduğu deyilib. Birincisi, devalvasiyalarla bağlı manatın 100%-ə yaxın dəyərdən düşməsidir, ikincisi,Beynəlxalq Bankımız (ABB) ilə əlaqədar yaranmış məlum böhranlı situasiyanı aradan qaldırmaq məqsədilə dövlətin "çiynini” qabağa verməsi nəticəsidir, üçüncüsü isə, bilavasitə ölkəmizin təşəbbüskarı olduğu və böyük regional əhəmiyyəti olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün borclanmaya gedilməsi səbəbidir. Bu səbəblərdən yalnız, birincisi manat-dollar münasibəti nöqteyi-nəzərindən borcun şişməsinə zəmin yaradıb. Belə ki, ÜDM-in dollarla dəyər ifadəsi azalsa da, xarici borc valyuta ilə alındığından artıb. Və nəticədə də bayaq qeyd etdiyim kimi sonuncu göstəricinin birincidə faiz çəkisi yüksəlməli olub.

Valyuta ehtiyatlarına görə isə fərqin azalması həm xarici dövlət borcunun artması, həm də ehtiyatların nisbətən azalmasıyla əlaqədar baş verib. Belə ki, neftin qiymətinin 2014-cü ilin yayından sonra düşməsiylə bağlı valyuta bazarında vəziyyəti tənzimləmək məqsədilə AMB-in rəsmi valyuta ehtiyatları 11 milyard dollardan çox azaldı. Bu tendensiya yalnız keçən ilin əvvəlində dayandı.

Göründüyü kimi, istənilən halda maliyyə və iqtisadi böhran şəraitində ölkənin xarici dövlət borcu səviyyəsi artır. Hələ yaxşı ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2014-cü ilədək 50 milyard ABŞ dollarından yuxarı səviyyədə təşkil edirdi. Yəni, təhlükəsizlik yastığının rolu özünü əhəmiyyətli şəkildə göstərə bildi. Təkcə bir faktı qeyd edim ki, ABB ilə bağlı dövlət xarici banklar qarşısında öhdəlikləri öz üzərinə götürdü və bu günə qədər sözügən bankın kreditorlar qarşısında borcu 20%-ə qədər azaldıldı. Bu da uzunmüddətli danışıqlar hesabına əldə olundu. Düzdür, bir qrup kreditor var ki, sözügedən məsələnin tənzimləməsi mexanizmi ilə hələ də razı deyillər. Lakin bu da yoluna qoyulur. Sözün qısası, beləliklə də maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dollar vəsaiti dövlət öz üzərinə götürüb. Təkcə, bu, xarici dövlət borcu səviyyəsinin 31% artması ilə nəticələndi.

Cənub Qaz Dəhlizi layihəsinə gəldikdə isə bu, böyük infrastruktur layihədir. Bu layihə gələcəkdə təkcə Azərbaycana xidmət etmə
yəcək. Azərbaycanın bütövlükdə mövcud qaz resursları yalnız "Şahdəniz-2”dən ibarət deyil. Başqa yataqlarımız da var: "Abşeron", "Ümid”, "Qarabağ”, "Babək” və sair... Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr ölçülür. Bunun təkcə 1,2 trilyonu "Şahdəniz”də yerləşir. Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Hazırda qeyd olunur ki, gəlirlərimiz 100 milyard ABŞ dollarından çox olacaq. Söhbət, "Şahdəniz” yatağının hər iki mərhələsindən gedir. Ancaq bunu indi dəqiq söyləmək mümkün deyil. O mənada ki, gəlirlər daha da çox ola bilər. Orta və uzaq perespektivdə Azərbaycan Avropa ölkələrinə qaz ixracında həm də tranzit ölkə kimi çıxış edə bilər.

Odur ki, belə bir mühüm layihəyə görə necə borclanmaya getməyəsən. Azərbaycan dövləti məcburdur ki, xərclərin çox hissəsini üzərinə götürsün və götürüb də... Ümumiyyətlə, xarici dövlət borcumuzun səviyyəsi mövcud struktur və ölkəmizin real valyuta ehtiyatları baxımından kritik həddə deyil. Martın sonuna xaricdən alınmış kreditlərin valyuta tərkibi belə olub: Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları – 6%; ABŞ dolları – 81%; Avro – 9,4%; Yapon yeni – 2,5%; digər valyutalar – 1,1%.

Cəlb edilmiş kreditlərin 46,5%-i sabit, 53,5%-i isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər müddətdə, 3,8%-i isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.

Yeri gəlmişkən, xarici dövlət borcunun ÜDM-də 30 %-dən yuxarı həddi artıq, kritik hədd sayılır. Odur ki, borclanma siyasəti hələ davam etdirilə bilər. Amma indiyədək olduğu kimi, ehtiyatlı şəkildə.

Pərviz Heydərov
Xəbər 984 dəfə oxunub






Oxşar xəbərlər

47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO
Bakıda avtobus dayanacağının ətrafı zəbt edilib (FOTO)
Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ
Eldar Namazov Xəzər anlaşmasını şərh etdi
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI - VİDEO
Bürcünüz– 16 avqust
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Nazir aqrar sahənin inkişafından danışıb
Bu, Mehriban Əliyevanın xidmətidir - FOTO
Hacı Şahindən ŞOK açıqlama - Video - namaz qılan, araq içən..
Merkeldən Ərdoğana dəstək zəngi - "Güclü olmağınız..."
"Qırmızı siyahı"dakı o terrorçu məhv edildi
Bakıda intihara cəhd - 4 nəfər birdən
Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
Gülxar Həsənova 100! - Prezident sərəncam verdi
İsraildə “Eurovision”un taleyi həll olundu
Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11959] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00757] calend [0.00040] topnewsend [0.00319] rsssend [0.00000] ehgend [0.02364] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08356]