Paşinyan “Qazprom”u araşdırır

  • 07 iyun 2018, 21:57

Rusiya Ermənistana qazı kifayət qədər aşağı qiymətə satır, amma erməni istehlakçıları bunu hiss etmirlər.

Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"14 mayda Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı mən ona kifayət qədər aşağı qiymətə qaz satdıqlarına görə təşəkkür etdim. Bizim istehlakçılar bunu hiss etmirlər və qazı uyğun olmayan qiymətə əldə edirlər. Burada problem var. Məsələ pis menecment və ya korrupsiya ilə bağlı ola bilər. Mən düşünürəm ki, bu problemlə maraqlandığımız zaman bizim rusiyalı həmkarlarımız bunu anlayacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda qaz satışına "Qazprom Ermənistan” şirkəti rəhbərlik edir. Bundan öncə "Qazprom” "Qazprom Ermənistan”dakı səhmlərinin həcmini artırıb. Şirkətə baş nazir olmazdan öncə Ermənistanın keçmiş hökumət başçısı Karen Karapetyan rəhbərlik edib.

Maraqlı məqam Paşinyanın bu sözlərinin ABŞ-ın bir müddət əvvəl Ermənistanın enerji sektoruna 8 milyard dollar yatırım etmək açıqlamasıyla üst-üstə düşməsidir. ABŞ bu yatırım üçün Ermənistandan enerji sektorunun diversifikasiyasını istəyib.

Oxşar xəbərlər