Azərbaycan neftinin bir bareli 80 dollara çatır

  • 23 may 2018, 08:16
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 21-də 79,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,24 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 21-də 78,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 21-də 76,25 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 21-də 78,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,16 dollar/barel çoxdur.
Oxşar xəbərlər