Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:18 - 19.01.2019  
Bazarlar dolu, ərzaq baha, cib boş... - FOTO
Tarix: 27-11-2014, 20:38 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Qiymət artımında Rusiya amili də özünü göstərməyə başlayıb; iqtisadçı ekspert: "bahalaşma həm də psixoloji faktora bağlıdır...”
Ölkədə ərzaq məhsulları oktyabr ayında 6 faiz bahalaşıb. Ay ərzində buğda ununun, manna yarmasının, peçenyenin, toyuq və toyuq məhsullarının, balıq məhsullarının, quru südün, yumurtanın, günəbaxan yağının, mərcinin və şəkər tozunun qiymətində qalxma müşahidə olunub. Mütəxəssislər bunun qış mövsümündə daha qabarıq formada özünü göstərəcəyini bildirirlər.

Bazar və ərzaq dükanlarındakı vəziyyətlə daha yaxından tanış olmaq üçün əvvəlcə paytaxtın ən ucuz bazarı sayılan "8-ci kilometr” bazarına baş çəkdik. Səhər saatları olduğundan alıcıların sayı çox deyildi. Qiymətlərlə maraqlandıq. Satıcıların sözlərinə görə, bir sıra məhsulları artıq baha satırlar.

Tərəvəz satıcısı Afaq Rəsulova deyir ki, mövsümlə əlaqədar pomidor-xiyarın qiymətində fərq var: "Pomidorun qiyməti indi 2 manatdır. Əvvəllər isə 1 manata satırdıq. Alıcılar da əvvəlki kimi deyil. Artıq pomidor-xiyar alanların sayı azalıb”.

Qeyd edək ki, qiymət artımı bazardakı bütün məhsullarda müşahidə edilirdi. Lobya 2 manat, kartof 1 manat, kələm 80 qəpik, pomidor 2 manat, xiyar 1 manat 50 qəpik, alma 50 qəpik, 1 manat, heyva 1 manata satılırdı.

Baş çəkdiyimiz ikinci bazar məhsulların daha çox topdansatışı ilə seçilən "Yaşıl bazar” oldu. Məhz buna görə bazarda xeyli bolluq müşahidə olunurdu. Lakin alıcı və arabalar boş idi. Çünki bazara üz tutanlar arabaları dolduracaq qədər bazarlıq etmirdilər. Onların bazarda daha zəruri məhsulları aldığını deyən kartof satıcısı Ənvər Qasımov bildirdi ki, insanlar ən çox kartof-soğan alır: "Artıq qışdır. Ona görə də insanlar mövsümi ərzaqlar alır”.

Bazardakı ümumi qiymətlərə gəlincə, kartofun 1 kiloqramı 1 manat, soğan 60 qəpik, pomidor 2 manat 50 qəpik - 4 manat arası, xiyar 2 manat, alma 50 qəpik 3 manat, mandarin 1 manat 50 qəpik 2 manat arası, portağal 2-3 manat, banan 2 manat 50 qəpik idi.

Bir neçə ərzaq mağazasına da baş çəkdik. Qiymətində xüsusi artım sezilən yumurta və qarabaşaq idi. Belə ki, əvvəllər 10 qəpiyə satılan yumurta indi 12 qəpiyə, kiloqramı 1 manata satılan qarabaşaq isə 1 manat 40 qəpiyə satılırdı. Əksər mağazalarda isə satışda ümumiyyətlə qarabaşaq yox idi. Satıcılar bu məhsulun topdansatış qiymətinin artdığını və satmağın onlara sərf etmədiyini bildirdilər: "Qarabaşağın topdansatış qiyməti 60 qəpik idi, indi 1 manatdır. Ona görə də sərf etmir. Həm də bu məhsul çox satılan məhsul deyil”.
Qarabaşağın qiymətinin birdən-birə 40 qəpik artması isə yenə də Rusiya amili ilə əlaqələndirilir. Oktyabrın 31-dən noyabrın 17-dək Rusiyada qarabaşağın qiyməti 27,5 faiz yüksəlib. Rusiya hakimiyyəti zəruri dövlət ehtiyacları üçün saxlanılmış qarabaşaq ehtiyatlarını satışa çıxarmağa qərar verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana 3131 ton qarabaşaq idxal edilib. Onun 1490 tonu Rusiya, qalanı Ukrayna və digər ölkələrdəndir. Bu ilin doqquz ayında Rusiyadan 1116.5 ton qarabaşaq idxal edilib.

Digər ərzaqların qiymətinə gəlincə isə əksəriyyətində 4-5 qəpik də olsa bahalaşma müşahidə etdik. Marketlərdə düyü 2 manat 20 qəpik, qənd 1 manat 20 qəpik və 1 manat 50 qəpik, yumurta 12 qəpik arasında satılırdı.

Maraqlıdır, bəs qiymət artımı nə vaxta kimi davam edəcək?

İqtisadçı ekspert Vüqar Bayramov qiymət artımında həm iqtisadi, həm də psixoloji faktorun olduğunu bildirdi: "Birinci mərhələdə Rusiya rublu düşdükdən sonra qiymətlərdə azalma müşahidə edildi. Rublun aşağı düşməsi Rusiyada istehsal olunan məhsulların dollar ifadəsində dəyərinin azalmasına gətirdi. Bu baxımdan Azərbaycana gətirilən Rusiya məhsullarının sentyabr-oktyabr aylarında qiymətlərində azalmalar müşahidə edildi. Amma sonradan Rusiyaya tətbiq edilən sanksiyalar və Rusiyada istehsal olunan ərzaq məhsullarının azalması məhsulların ölkə daxilində tələbatının artmasına gətirib çıxartdı. Bu həm də onunla bağlı oldu ki, istehsal azaldı. İstehsal azalanda isə təklif azalır.

Amma eyni zamanda tələbatda müəyyən artımlar müşahidə olunur. Rusiyada istehsalın azalması və sanksiyalar fonunda Rusiya vətəndaşlarının öz yerli məhsullarına tələbatının çoxalması birmənalı şəkildə Rusiyadan Azərbaycana gətirilən məhsulların həcminin azalmasına və nəticə etibarı ilə də qiymət artımına səbəb olur. Buna görə də qiymət artımında Rusiya əsas faktorlardan biridir”.

V.Bayramov qiymət artımında həm də psixoloji amilin olduğunu dedi: "Psixoloji faktor isə onunla bağlıdır ki, istehlak bazarında iş adamları mütəmadi olaraq ərzaq məhsullarının qiymətlərini artırmağa çalışırlar. Ərzaq məhsullarındakı qiymət artımlarının çox vaxt iqtisadi əsasları olmur. Buna görə də son dövrlərdə qiymət artımı həm iqtisadi, həm də psixoloji faktorla bağlıdır. İqtisadi faktor Rusiyada istehsalın azalması və buna uyğun olaraq da idxalın azalmasıdır. Psixoloji faktor isə bazarda olan sahibkarların qiymət artımı vasitəsilə daha çox gəlir əldə etməyə çalışmasıdır”.
 
Yeni Müsavat

Xəbər 2986 dəfə oxunub






Oxşar xəbərlər

Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11057] initstartout [0.00012] initstartin [0.00058] calstart [0.00829] calend [0.00042] topnewsend [0.00321] rsssend [0.00000] ehgend [0.00482] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09255]