Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:36 - 25.05.2018  
Beynəlxalq Bankda batan milyardlar - çıxış yolu nədir...
Tarix: 26-04-2018, 10:39 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Bankın balansındakı toksik aktivlərdən təmizlənməsi prosesinin başa çatdığı və özəlləşməyə hazır olduğu deyilir...

Beynəlxalq Bankda batan milyardlar - çıxış yolu nədir...

 

Azərbaycan Beynəlxalq Bankının "Aqrarkredit” QSC-yə ötürülən toksik aktivlərinin böyük bir hissəsinin taleyi qaranlıq olaraq qalır. Bu aktivlərlə bağlı QSC tərəfindən atılan addımlar barədə hər hansı açıqlama verilmir. Baş verən proseslər barədə yalnız "Aqrarkredit”in fəaliyyətindən narazılıqlara dair mətbuatda yer alan xəbərlərdən məlumat əldə etmək olur.

Onu da qeyd edək ki, Beynəlxalq Bankda vəsaitlərin talanması barədə açıqlanan ilkin məlumatlarda söhbət 3-4 milyard dollara yaxın vəsaitdən gedirdi. Lakin qısa müddət ərzində problemin daha böyük olduğu üzə çıxdı. Məlum oldu ki, yalnız 2016-cı il ərzində Beynəlxalq Bankın 10 milyard manata yaxın toksik aktivləri "Aqrarkredit”ə ötürülüb. Hökumətin Milli Məclisə təqdim etdiyi hesabata görə, 2017-ci ildə daha 2,7 milyard dollar  - yəni mövcud məzənnə ilə 4,6 milyard manatlıq aktivlər QSC-yə keçib.

Bundan əlavə, dövlət Beynəlxalq Bankın xarici öhdəliklərini də öz üzərinə götürməyə məcbur oldu. Hansı ki, ötən ilin mayında Bankın özünün yaydığı açıqlamada 3,3 milyard dollar həcmində xarici öhdəliyin restrukturizasiyasına başlandığı elan olunmuşdu. Bank Azərbaycan hökuməti ilə birgə xarici kreditorlara borcun bir hissəsini silməyi təklif edib. Bununla bağlı London Yüksək Məhkəməsindən kreditorların iddialarının təmin olunmasına moratorium qərarı alıb. Proses bu ilin yanvarın 30-da tamamlanmalı idi. Moratorium kreditorların məhkəmənin razılığı olmadan ABB-yə və ya əmlakına qarşı hər hansı bir hərəkətə başlamağa və ya davam etməsinə imkan vermir. ABB moratoriumun vaxtının uzadılmasını xahiş edib, lakin bankdan üst-üstə 520 milyon dollar alacağı olan "Sberbank” və "Franklin Templeton İnvestisiya Menecmenti Limited” (FTIML) restrukturizasiya planının əleyhinə səs verib.

İngilis hüququna əsasən, borc iflas proseduru səbəbindən silinə və ya başqa bir yurisdiksiyaya keçirilə bilməz. Məhkəmə iki təşkilatın da mövqeyini dəstəkləyib. Beləliklə, Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyası Apelyasiya Məhkəməsinin qərarına qədər başa çata bilməz. Lakin maraqlıdır ki, hökumətin hesabatında "bankın 2,4 milyard dollar həcmində xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb” yazılıb.  Bu isə o deməkdir ki, məhkəmə qərarı almış iki iddiaçıya olanla birlikdə Beynəlxalq Bankın 900 milyon dollarlıq borcu hələ restrukturizasiya olunmayıb. Bunun 520 milyon dollarının sahibi bəllidir, qalan 380 milyon dolların sahibi isə açıqlanmır.

Dövlətin Beynəlxalq Banka dəstəyi bütün bunlarla bitməyib. Belə ki, 2016-cı ildə likvidlik dəstəyinin göstərilməsi üçün də banka 1,3 milyard dollar və 70 milyon manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 milyon manatlıq hissəsi kapitalın artırılmasına yönəldilib.

Beləliklə, aydın olur ki, Beynəlxalq Bankdan qeybə çəkilən və dövlətin boynuna yüklənən vəsaitlərin həcmi 20 milyard manatdan yuxarı bir məbləği əhatə edir. Əslində bunun "Aqrarkredit”ə ötürülən böyük bir hissəsi - 13,5 milyard manatdan çoxu tam itirilmiş məbləğ sayılmamalıdır. Belə ki, QSC-yə ötürülən aktivlər arasında sağlamlaşdırılaraq yaxşı qiymətə satılması mümkün olanları çoxdur. Lakin təəssüflər olsun ki, həmin aktivlərin vəziyyəti, onların sağlamlaşdırılması istiqamətində atılan addımlar barədə cəmiyyətə hər hansı məlumat açıqlanmır.

Mətbuatda yayılan məlumatlara görə, bankda girov predmeti olmayan əmlaklar da məhkəmə qərarları ilə sahiblərindən alınıb. Bankdan kreditləşən müəssisələr məhkəmələr tərəfindən dövlətin xeyrinə götürülüb və payçıları səhmlərinin dəyərini almadan kənarda qalıblar. "İnter Textile” ASC, "Kainat” ASC, "Bakı Dəmir Beton-7" ASC, ”Səyyarmextikinti" ASC və "Tikinti Materialları Kombinatı” ASC-nin səhmdarları bu səbəbdən bir müddət əvvəl ölkə rəhbərliyinə müraciət ediblər. Onlar Maliyyə Nazirliyindən (MN), Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və problemli aktivlər idarəetməsində olan "Aqrarkredit” ASC Bank Olmayan Kredit Təşkilatının rəhbəri Məmməd Musayevin qanunsuz hərəkətindən şikayət ediblər. Bildiriblər ki, "Aqrarkredit”  səhmdarı olduqları ASC-lərin əmlakını məhkəmə yolu ilə müsadirə edir. Halbuki kiçik ortaqların qiymətli kağızları girovda olmayıb. Ancaq məhkəmə prosesləri onlarsız keçirilir və onlar tərəf kimi qəbul edilmirlər. Nəticədə bankla əlaqəsi olmayan şəxslər də əmlaklarından məhrum ediliblər.

Mətbuatda yer almış daha bir məlumata görə, Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsi - "Fireland Vineyards” əmlak kompleksi yeni sahibinə verilib."Aqrarkredit"dən müəssisənin kimə və hansı qiymətə satıldığı açıqlanmayıb. Təşkilatdan bildirilib ki, girov obyekti olan əmlakların satışı davam etdirilir. Onlardan Zaqatala rayonundakı "Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində Mingəçevir "İzolit”in əmlak kompleksi, Şəki rayonunda "Kainat”əmlak kompleksi və "Şəki Kərpic” əmlak kompleksi, eləcə də Gürcüstanın Samqori rayonunda "Qafqaz-Beton 2007" beton istehsalı müəssisəsinin adı çəkilib.

Onu da qeyd edək ki, "Aqrarkredit”in cəmiyyətdə narazılıq doğuran fəaliyyəti ölkə rəhbərliyinin də diqqətini cəlb edib. Belə ki, ötən ilin noyabrında prezidentin fərmanı ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC yaradılıb. Prezidentin dekabrda imzaladığı fərmanla "Aqrarkredit” QSC-nin Beynəlxalq Bankdan aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak Azərbaycan Sənaye Korporasiyasının balansına verilib.

Dekabrın 30-da "Azərbaycan Sənaye Korporasiyası" ASC 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədilə açıq tender elan edib. Bunlar - "Aqroinvestkom” MMC, "İnter Tobacco” MMC, "Şəki-İpək” ASC, "Şəki Aqro İndastriz” MMC, "Kainat” ASC, "Pərvanə” MMC, "BOT” MMC, "İnter Textile” ASC, "Mingəçevir İzolit” ASC, "Şəki Kərpic” MMC, "Azəralüminium” ASC, "Bakı Glass” MMC, "Ceneral Construction” MMC, "Steel Structures” MMC, "İnter Peşəkar İdman Klubu” MMC, "CTS Agro” MMC, "Det-Al Alüminium” MMC, "Det-Al Metal D” MMC-dir.

Beynəlxalq Bankda batan milyardlar - çıxış yolu nədir...

 

"Aqrarkredit” QSC-dən aldığımız məlumata görə, prezidentin fərmanında Beynəlxalq Bankdan onlara ötürülmüş bütün əmlak deyil, fərmana əlavə olunan siyahıdakı müəssisələr nəzərdə tutulub ki, həmin müəssisələrin Azərbaycan Sənaye Korporasiyasına keçidi tezliklə yekunlaşacaq. "Aqrarkredit”də qalan digər aktivlər daha sonra müvafiq sərəncamlarla ASC-yə ötürüləcək. Birinci mərhələdən sonra  QSC-də qalan aktivlərin dəyəri, onların idarə olunması üçün görülən işlər barədə isə qurumdan hər hansı məlumat ala bilmədik.

Bu arada qeyd edək ki, maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın sağlamlaşdırılması və bankın balansında olan toksik aktivlərdən təmizlənməsi prosesinin tam başa çatdırıldığını, bankın özəlləşməyə hazır olduğunu deyib.

"Yeni Müsavat”

Xəbər 3431 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda keçiriləcək oyunların tarixi bilindi - Avro-2020
"Jurnalisti yerə yıxıb, üstündə oturub..." - CİNAYƏT İŞİ
Azərbaycan Putindən də təbrik aldı
İlham Əliyevi sevməmək üçün səbəblər…
200 manatlığa ehtiyac var idimi? Ekspert açıqladı
Prezident əfv imzaladı - 634 nəfər azadlığa - TAM SİYAHI
Tramp Azərbaycan Prezidentinə təbrik yazdı
İbrahimbəyovdan XƏYANƏTKAR davranış – Əli Həsənov çağırış etdi
Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı – YENİLƏNİB
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Deputat oğlunun adı yenə qalmaqalda- milyonluq iş
Məhşur futbolçu 9 milyon avro cərimələnib
Ailələrin dağılmasında facebook-un günahı...
İki dünya nəhəngi arasında gərginlik: ABŞ və Çin...
FALINIZA BAXIN! - 24 may
Zöhrə Abdullayevanın oğlu vəfat etdi – FOTO
2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək
İlahiyyat İnstitutuna bina ayrıldı
Elladadan cəsarətli və seksual paylaşım – FOTO
Ronaldo sevgilisi ilə belə dincəlir – Foto
Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – TƏFƏRRÜAT
DTX milyonları oğurlayan hakerləri saxladı
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
Ermənistan hərbçisinin sıngərdə meyiti aşkarlanıb
Məktəblilər arasında bilik olimpiadası keçirilib
Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...
Azərbaycanda ev tikmək qaydaları qəlizləşdi
“İNDİ ADAM BALASI KİMİ İŞLƏYİRLƏR..” - “Cavid Qurbanov
ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDI
Bakı meri postunu bir qadın idarə edir
Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilər
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI
FALABAXMA – 23 may
Tramp: “Şimali Koreyanı güclü dövlətə çevirəcəyik”
Azərbaycan neftinin bir bareli 80 dollara çatır
Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
“Korrupsioner məmurlara ömürlük həbs verilsin”
Qızıl bahalaşıb
Azərbaycan niyə toyuq əti ixracatına başlamır?
"Qusqa"-nın “satdığı” AXCP üzvü azadlıqda…
İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı
Müxalifətçi 30 sutkalıq həbs cəzası aldı
Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev
Azərbaycanda Aqrar Tədqiqatlar Mərkəzi yaradılır
Bakıda iki nəfərin öldüyü dəhşətli partlayışdan - Videolar
Şamaxıdakı qəzalı körpü yenidən tikilir – VİDEO
ABŞ ordusu Suriyadan çıxacaqmı? - Açıqlama
Anna Netrebko Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib
Milli Məclis növbədənkənar toplanacaq
Elmar Vəliyevdən "CÜMHURİYYƏT İLİ" SABOTAJI
Müharibə başladı: 10-dan çox ölü var
Düşmən təyyarələri Füzuli üzərindən uçdu
Sabiq icra başçısına yeni vəzifə verildi (FOTO)
Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlanıb
"Fənərbağça"nın baş məşqçisi istefa verdi
İnam Kərimov sabiq bankirə “Aqrolizinq”də yüksək vəzifə verdi
Yəməndə İŞİD komandiri həbs edilib
Metro istifadəçilərinə şad xəbər
“MTN işçisi” polisi şantaj etdi və… – Təfərrüat
Moskvada Azərbaycanlı biznesmen həbs edildi
Azərbaycan Cumhuriyyətinin 100 illiyi İllinoisdə qeyd edildi
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Paşinyanın siyasi ömrü sürətlə bitə bilər
Tramp ABŞ-a ilk kimi çağıracaq - İlham Əliyevi yoxsa Paşinyanı?
QOROSKOP – 21 may
Naftalanın yeni icra başçısı kimin oğludur?

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14756] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00794] calend [0.00044] topnewsend [0.00274] rsssend [0.00000] ehgend [0.02949] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10567]