Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:49 - 20.06.2018  
Keçmiş işçisindən “bp - Azərbaycan” a ittihamlar
Tarix: 14-04-2018, 11:37 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Şirkət isə iddiaları əsassız sayır!

Keçmiş işçisindən “bp - Azərbaycan” a ittihamlarDemokratik.Az-ın məlumatına görə, "bp - Azərbaycan” şirkətinin sabiq işçisi Aslan Aslanov "Yeni Müsavat"-ın redaksiyasına gələrək şikayətlənib. Şikayətçi bildirib ki, öz hüquqlarını tələb etdiyi üçün qərəzli şəkildə işdən çıxarılıb. Onun sözlərinə görə, 26 yanvar 2009-cu ildən 4 aprel 2018-ci il tarixədək "bp Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycandakı Nümayəndəliyində davamlı işləməklə bu şirkətlə əmək münasibətlərində olub:

"Bu müddətdə cavabdeh müəssisədə ixtisas və peşəmlə əlaqədar müxtəlif vəzifələrdə işləmişəm və həm Neft-Qaz Hasilatı və Mühəndisi biliklərə və təcrübələrə sahib olmuşam. Şirkətlə əmək münasibətlərində olduğum 9 ildə əmək müqaviləsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada əmək funksiyalarımı yerinə yetirmişəm və müqavilədə hətta olmayan daha yüksək ödəniş dərəcəli mühəndislərin vəzifə və funksiyalarını bp-nin tapşırığı ilə illər boyu yerinə yetirmək məcburiyyətində qalmışam, layiqincə də yerinə yetirmişəm, işimlə əlaqədar heç vaxt mənə irad tutulmayıb. Hesab edirəm ki, cavabdeh şirkətin Sualtı Əməliyyatlar İdarəsində mən istisna olmaqla, heç bir yerli, azərbaycanlı işçilərin sayı azaldılmayıb və ştatlar ixtisar edilmədiyi halda mənim ixtisara düşməyim, işdən azad edilməyim açıq-aşkar qərəzlidir”.

Şikayətçi qeyd edib ki, onun işdən azad edilməsinin əslində başqa səbəbləri var: "Son illər ərzində şirkət daxilində  texniki işçilərin, o cümlədən mühəndis və rəhbər vəzifələri tutan əcnəbi bp işçilərin milli kadrlarla əvəzlənməsi planı və şirkətin ”Sualtı  Neft- Qaz Əməliyyatları İdarəsi"ndə yerinə yetirilməyib. Əksinə, ildən-ilə bu vəzifələrdə əcnəbi mütəxəssislər işə alınıb. Maraqlıdır ki, əcnəbi kadrların aldığı aylıq maaş milli kadrların maaşından dəfələrlə çoxdur. Bundan başqa, mən işçi olaraq dəfələrlə Əmək Məcəlləsinin tələblərinin şirkətin həm kadrlar İdarəsinin işçiləri, həm də rəhbər vəzifə tutan şəxsləri tərəfindən pozulmasını və işçilərlə işəgötürən arasında imzalanan əmək müqavilələrinin hamısının Azərbaycanın  Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdirilməsini müəyyən etmişəm.

Bu qanun pozuntuları ilə bağlı bp-nin icraçı direktoru Robert Dadli və bp-nin Apstrim üzrə vitse-prezidenti Bernard Loniyə də müraciət etmişəm. Buna görə 2015-ci il tarixdən başlayaraq, rəhbər vəzifə tutan əcnəbi menecer - Nil Kitney (İngiltərə vətəndaşı) və o cümlədən İnsan Resursları İdarəsinin məsləhətçi vəzifələrini daşıyan işçilərinin təzyiqlərinə məruz qalmışam. Bu təzyiqlər nəticəsinə dərin psixoloji sarsıntı keçirərək, bp-nin Tibbi Sığorta Planı xətti ilə dəfələrlə həkimlərin müayinəsindən keçmişəm və mənə "obsessiv-kompulsiv pozuntu” diaqnozu qoyulub".

Şikayətçi bildirir ki, rəhbərliyə ünvanlandığı şikayətlərə görə bp-nin Dəniz Əməliyyatları üzrə vitse-prezidenti Elxan Mamedov tərəfindən kollektivin gözü qarşısında təhqir olunub: "Buna görə də Nəsimi  Rayon Məhkəməsinə şikayət etmişəm. Bu dövrdə şirkətin prezidentinə də şirkət daxilində işçilərin hüquqlarının pozulması ilə bağlı dəfələrlə müraciət etmişəm. Nəticədə əsəb pozğunluğu keçirmişəm. Beləliklə, məhkəməyə müraciət etdiyim üçün 4 aprel tarixində işimdən azad olunmuşam. Yenidən məhkəməyə müraciət edərək işimə bərpa olunmam və 4 aprel tarixindən işə bərpa olunan günə qədər hər ay üçün 3715 AZN məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının və 500 000 AZN məbləğində maddi və mənəvi ziyanın tutulması barədə və işə bərpa olunacağım təqdirdə, şirkətdə davamlı işləmə müddətimin əvvəlki qaydada 26 yanvar 2009-cu il tarixdən hesablanması barədə şirkətin üzərinə öhdəlik qoyulmasını tələb etmişəm”.

Şikayətçi aidiyyəti qurumlardan bu məsələ ilə bağlı ona köməklik göstərməsini istəyib.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətdən göndərilən yazılı cavabda deyilr ki, şikayətçi Aslan Aslanov Əmək Məcəlləsinin 11-ci maddəsinə müvafiq olaraq şirkətin biznesinin daha səmərəli icra və idarə olunması məqsədilə aparılan struktur dəyişikliyi nəticəsində bir neçə digər vəzifə ilə yanaşı bp-nin keçmiş əməkdaşı kimi onun da tutduğu vəzifə ləğv olunub: "Bu səbəbdən Aslan Aslanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ixtisar haqqında xəbərdarlıq bildirişi təqdim edilməklə və müvafiq ixtisar ödənişləri verilməklə ixtisar edilib. Qaldırdığınız digər məsələlərlə bağlı bildiririk ki, şirkətin Azərbaycan hökuməti ilə imzaladığı hasilatın pay bölgüsü haqqında sazişlərə uyğun olaraq, Azərbaycanda işçilərimizin əksəriyyətini - 89 faizini Azərbaycan vətəndaşları təşkil edir. Şirkətin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz etməkdə davam edəcək. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. Bundan əlavə, bir sıra azərbaycanlı kadrlar bp-nin dünya üzrə biznesində çox yüksək beynəlxalq vəzifələrdə çalışırlar.

Elə bu həftə daha bir azərbaycanlı mütəxəssis bp-nin Avstraliyadakı bütün hasilat və kəşfiyyat biznesi üzrə rəhbər vəzifəyə təyin olunub. Həmçinin şirkət təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrların yetişdirilməsi məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak edir. BP şirkətinin iş mühiti qarşılıqlı hörmət və inam əsasında qurulub və burada bütün işçilərlə heç bir ayrı-seçkilik olmadan və şirkətin Davranış Kodeksinin əsaslarına uyğun olaraq ədalətlə, hörmətlə və ləyaqətlə rəftar olunur. Biz çalışdığımız ölkəyə və onun qanunvericiliyinə hörmət edirik. BP şirkəti ən yüksək etik standartlara sadiq qalır və etibarlı tərəfdaş olmağa çalışır”. /Y.M/

Xəbər 3246 dəfə oxunub






Oxşar xəbərlər

Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13056] initstartout [0.00025] initstartin [0.00131] calstart [0.01564] calend [0.00094] topnewsend [0.00664] rsssend [0.00000] ehgend [0.01064] tagsstart [0.00085] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09423]