Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:47 - 21.08.2018  
Baş bankirin başı dərddə - 47, 5 milyon dollarlıq iddia
Tarix: 30-03-2018, 09:09 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Bank əmanətçiləri baş bankirə və digər maliyyə strukturu rəhbərlərinə qarşı 47, 5 milyon dollarlıq iddia qaldırdılar; əgər məsələnin araşdırılması zamanı cinayət əməlləri ortaya çıxsa, ilk növbədə Milli Bank sədrinin və baş direktorun həbsi qaçılmaz olacaq; seçkidən sonra maliyyə sahəsini kurasiya edənlərin işdən uzaqlaşdırılacağı gözlənilir

Baş bankirin başı dərddə - 47, 5 milyon dollarlıq iddiaLəğv prosesində olan "Bank Standard” QSC-nin əmanətçiləri Azərbaycan Mərkəzi Bankını (AMB), onun sədri Elman Rüstəmovu, Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP), onun Direktorlar Şurasının sədri Rüfət Aslanlını, eləcə də bankın auditini həyata keçirmiş "KPMG” audit şirkətini məhkəməyə verib.

Bu barədə bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, 82 əmanətçi "Bank Standard”ın müflisləşməsində təqsirli hesab etdiyi dövlət qurumlarına və şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi Rayon Məhkəməsində 6 kollektiv iddia irəli sürüb.

"Təqsirkarlardan vurulan zərərin əvəzi - 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxminən 81 mln. manat təşkil edir. Xatırladıram ki, ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.

İddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında "Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var. Bu isə o deməkdir ki, yəni zərər 1 mlrd. manatdan çoxdur. Buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq", - deyə vəkil qeyd edib.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov "Yeni Müsavat”a ətraflı açıqlama verib. O bildirib ki, proses Avropa Məhkəməsinə qədər davam edə bilər: "Əgər Azərbaycan məhkəmələri bu iddiaları təmin etməsə, biz Avropa Məhkəməsinə müraciət edəcəyik. Çünki Azərbaycan məhkəmələrinin bu iddiaları təmin etməməsi ehtimalı böyükdür. Ancaq faktlar göz qabağındadır. ”Bank Standart" əmanətçilərinin bu iddiasından sonra mənə digər bankların əmanətçiləri də zəng ediblər ki, onlar da məhkəməyə müraciət etmək istəyirlər. Özü də təkcə son illərdə bağlanan bankların yox, "Bank of Azərbaijan”ın, hətta "Royal bank”ın əmanətçiləri də müraciət ediblər ki, biz də birləşmək və məhkəmələrdə iddia qaldırmaq istəyirik. Biz artıq bu faktları sübut etməli olmayacağıq, çünki Ali Məhkəmənin təsdiq etdiyi Ləğv Planında var. Son nəticədə Ləğv Planında deyilir ki, bankın 1 milyard 200 milyon manat borcu var, cəmi əmlakı isə 196 milyon manatdır. Yəni bankın zərəri 1 milyard manatdan çoxdur".

Hüquqşünas onu da vurğuladı ki, bu məsələdə əmanətçilərin mülkiyyət hüququ ilk növbədə konstitusiya ilə qorunur və cavabdeh tərəf dövlət qurumlarıdır: "Azərbaycan Konstitusiyasının 68-ci maddəsinin 3-cü bəndində deyilir ki, hər kəsin dövlət orqanlarının və yaxud vəzifəli şəxslərin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüquq var.

"Banklar haqqında” Qanunun 92-ci maddəsində isə konkret olaraq deyilir ki, Mərkəzi Bank, MBNP və onların vəzifəli şəxsləri bank nəzarətini həyata keçirərkən qanunsuz hərəkət və ya hərəkətsizliyə yol veriblərsə, onlar vurulan zərərə görə məsuliyyət daşıyırlar. Bu qanuna görə bank nəzarətinin əsas mahiyyəti odur ki, Mərkəzi Bank illər boyu "Bank Standart”a nəzarət etməli idi ki, əmanətçilərin də hüquqları qorunsun. Ancaq Mərkəzi Bank bu nəzarəti etməyib. Açıq şəkildə görünür ki, AMB illər boyu bu banka kreditlər verib və bu bank vasitəsilə konkret sahibkarları kreditləşdirib, bu yolla girovlar əldə edib.

Bir faktı da deyim ki, "Banklar haqqında” Qanuna görə, ildə bir dəfə bank kənar auditor tərəfindən yoxlanmalıdır və həmin yoxlamanın nəticəsi də Mərkəzi Banka verilməlidir. 2014-2015-ci illər üzrə bunu etməyiblər. Bankın auditoru olan "KPMG” 3 dəfə Mərkəzi Banka rəsmi müraciət edib ki, yoxlama aparmağa imkan vermirlər. Bizim əlimizdə Azərbaycan Auditorlar Palatasının bu barədə rəsmi məktubu var. Bütün bunlar onu göstərir ki, ən azı AMB və sədri Elman Rüstəmov, eləcə də baş direktoru Rəşad Orucov "Bank Standart”a nəzarəti həyata keçirərkən hərəkətsizliyə yol veriblər.  Vaxtında müdaxilə etməyiblər və vəziyyət gəlib bu həddə çatıb. Mövcud qanunvericilik əmanətçilərə tam əsas verir ki, pullarını bu şəxslərdən  istəsinlər. Eyni məsələ MBNP-nin sədri Rüfət Aslanlıya, İbrahim Alışova, Xalid Əhədova da aiddir ki, onlar 2016-cı ilin mayından sentyabrına qədər guya bankda sağlamlaşdırma aparıblar. Bunun özü də qanunsuz idi. Çünki Nazirlər Kabinetinin müvafiq qərarı yox idi. Ləğv planında da yazılıb həmin sağlamlaşdırma dövründə bank hər ay 30 milyon manat itkiyə məruz qalıb. Sağlamlaşdırma dövrü 5 ay olub və bu dövr ərzində onlar 150 milyon manat itirdilər. Daha sonra bank nəzarəti Mərkəzi Bankdan alınıb MBNP-yə verildi. Bundan başqa, Mərkəzi Bankın Bank Standarta verdiyi 115 milyon manat kredit də var idi ki, o pul da itib getdi. Heç kim də indiyə kimi demir ki, o pulu nə ediblər".

Baş bankirin başı dərddə - 47, 5 milyon dollarlıq iddia

Əkrəm Həsənovun sözlərinə görə, bu şəxslərdən başqa haqqında iddia qaldırılanlar arasında audit şirkəti və bankın keçmiş rəhbərləri də var: "Audit şirkəti  uzun illər yoxlama aparıblar və məlumat  veriblər ki, hər şey qaydadasındadır, buna görə cavab verməlidirlər. Digər şəxslər bankın keçmiş İdarə Heyəti sədrləri  Səlim Krimanla Abbas Nəsibovdur. Onlar da  bankın müflisləşməsində günahkardırlar. Bəlkə də başqaları da var. Hətta bəzi əmanətçilər tələb edirlər ki, Heydər Babayevi də məhkəməyə verək. Mən isə bildirdim ki, kimin əlində fakt varsa, təqdim etsin və onu da məhkəməyə verək. Heydər Babayevin adı heç bir sənəddə yoxdur. Deyimlər var ki, bu bank onun olub, ancaq əlimizdə fakt yoxdur.  Bizim məhkəməyə təqdim etdiyimiz iddialar sırf əlimizdə olan faktlarla bağlıdır. Əmanətçilər bununla bağlı dövlət başçısına da müraciət ediblər.

Əgər 1 saylı İnzibati İqtisad Məhkəməsində və Nəsimi Rayon Məhkəməsində işə ədalətli şəkildə baxılsa, müsbət qərar verilməlidir, əmanətçilərə dəyən ziyan kompensasiya edilməlidir. Yerli məhkəmələr xeyrimizə qərar verməsə, mən əminəm ki Avropa Məhkəməsində iddialarımız təmin ediləcək. Əminəm ki, beynəlxalq maliyyə qurumları bu məhkəmələri diqqətlə izləyəcək".

Əkrəm Həsənov diqqətə çatdırdı ki, əgər məsələnin araşdırılması zamanı cinayət əməlləri ortaya çıxsa, ilk növbədə AMB sədri və baş direktorunun həbsi qaçılmazdır: "Bizim iddiamız sırf mülki iddiadır. Tələbimiz odur ki, əmanətçilərə vurulan zərər ödənilsin. Məhkəmə prosesində müəyyən olunsa ki, bu vəzifəli  şəxslərin əməlində cinayət faktoru var, əlbəttə, onların həbsi gözlənilir. Mən bunu heç də istisna etmirəm, sadəcə, əlimizdə fakt yoxdur. Onu da deyim ki, bizim müraciətimiz əsasında Baş Prokurorluq artıq Səlim Krimanı axtarışa  verib. Mən hesab edirəm ki, bankın müflisləşməsində əsas gühankarlar  Elman Rüstəmovla Rəşad Orucovdur. Onlar uzun illər boyu bu qədər qanunsuzluğu görməyə bilməzdilər. Əgər görərək susublarsa, onların bu əməlləri  araşdırılmalıdır. Əksinə, bu müddət ərzində hələ banka kredit də veriblər. Mən istisna etmirəm ki, bu məsələlər dərindən araşdırılsa son nəticədə elə Elman Rüstəmovla Rəşad Orucov həbs edilə bilərlər”.

Qeyd edək ki,  prezident seçkisindən sonra  maliyyə məsələlərini kurasiya edən bir sıra şəxslərin vəzifədən alınacağı gözlənilir. Onların sırasında isə ən başda Milli Bank sədri gəlir...

Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat”

Xəbər 1202 dəfə oxunub






Oxşar xəbərlər

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya DƏSTƏK
İlham Əliyev Rusiyaya gedir – Üç mühüm məsələ
“Aİ 92 benzininin qiyməti artmayacaq” - Açıqlandı
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi elan etdi
Bu tələbələr təhsilhaqqından azaddır - RƏSMİ
Çeçenistanda polis bölməsinə hücum olunub
Jurnalistin ağuya dönmüş çörəyi...(İntiharlardan)
Bu banklarımız zərərlə işləyir - SİYAHISI
Köçəryanın evində və ofisində axtarış aparıldı
Talıb Tale “Youtube”dan ayda nə qədər pul qazanır?
“Sevginin yerini qəzəb tutub" – Sabir Rüstəmxanlı NARAHATDIR
Heydər Əliyevin evindən eksklüziv - VİDEOREPORTAJ
Məmmədyarov supertunirə qələbə ilə başladı
Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR
İlham Əliyev Ərdoğanı təbrik edib
Atəşkəs rejimi 87 dəfə pozulub
“Azərbaycan ABŞ və İsrailin yanında olacaq…” - Şərh (II HİSSƏ)
QKÇP qiyamından 27 il keçdi
Günün qoroskopu - 19 Avqust
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq
Ərdoğan Volodinlə görüşdü
“Təranə Qumralı 3 ilədək həbs gözləyir”
Sabah Bakıda yağış yağacaq
Kəmaləddin Heydərov generalı sərəncama götürdü
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Lukaşenko hökuməti “təmizlədi”
KOFİ ANNAN VƏFAT ETDİ
Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)
Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü
"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR
Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”
3 sabiq, oxşar karyera, fərqli aqibət...
CƏBHƏDƏ GƏRGİNLİK - ATƏŞKƏS YENƏ POZULUB
Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi
Qadın polis tanımadığı körpəyə "məmə" verdi
Qadınlar belə qocalır - 6 əlamət…
Rusiya ABŞ-a etiraz notası göndərib
"Yüksək bal toplayanlar artıbsa bu təhsilin keyfiyyətinin yüksəlməsi deyil" - Etibar Əliyev
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Kişi həyat yoldaşını və qayınatasını güllələdi - Gəncədə
“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər
Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?
QOROSKOP - 18 AVQUST
47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Qız bakirəliyini satışa çıxardı – FOTOLAR
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12362] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00721] calend [0.00047] topnewsend [0.00364] rsssend [0.00000] ehgend [0.00685] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10409]