Bakıda Alman-Azərbaycan biznes forumu keçiriləcək

  • 27 mart 2018, 17:12

Aprelin 10-da Bakıda "Tibbi Turizm” üzrə Alman-Azərbaycan biznes-forumu keçiriləcək.

"Report" bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadən xəbər yayıb.

Tədbir Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Berlin Biznes və Texnologiya tərəfdaşı" GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir. Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək və alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.

Forum zamanı biznes nümayəndələri yeni imkanlar əldə edə, yeni layihələr tanıya və Alman-Azərbaycan sıx əməkdaşlığının bir hissəsi olaraq şəbəkələrini genişləndirə bilərlər.

"Demokratik.Az"

Oxşar xəbərlər