Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:01 - 25.06.2018  
Beynəlxalq Bank yenidən borc bataqlığında
Tarix: 2-03-2018, 10:29 | Bölmə: Xəbərlər » İqtisadiyyat

İqtisadçı ekspert: "”Aqrarkredit" çox şübhəli bir quruma çevrilib, "Şapka” Mamed oturub orada, nə işlə məşğuldur bilinmir"

Beynəlxalq Bank yenidən borc bataqlığında"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində səhhəti pisləşib. İddia edilir ki, Cahangir  Hacıyev bir neçə dəfə anidən kliniki ölüm kimi hallar keçirir, ürək qısamüddətli dayanır...

Bu arada bir neçə milyardın ölkə xaricinə daşınması və Azərbaycan Beynəlxalq Bankının(ABB) talanmasına görə 15 il həbs cəzası almış C.Hacıyevin yaxın vaxtlarda yenidən istintaqa cəlb ediləcəyi barədə xəbərlər var. ABB ilə bağlı hələ də davam edən istintaq haqda ictimaiyyətə geniş məlumat verilmir. Bəzi hallarda isə bankdan "buxarlanmış” pullar qeyri-rəsmi üsullarla axtarılır, hətta bəzi iş adamları sorğu-suala çağırılır. Bu barədə məlumat verən mənbə "Yeni Müsavat”a deyib ki, Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası, sabiq nazir Eldar Mahmudovun qurduğu  "hörümçək toru”nu tam açmaq mümkün olmayıb.

Bu səbəbdən C.Hacıyevlə bağlı istintaqın bitdiyini demək olmaz. İstintaqın versiyasına görə, bu ilin yanvarında Bakıya əli qandallı gətirilən Emin Sadiq Cahangir Hacıyevin və ABB işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq "MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki  Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər...

Beynəlxalq Bank yenidən borc bataqlığında

Belə bir vaxtda Azərbaycanın daha bir iri bankından "Atabank”dan da SOS  siqnalı gəlməkdədir. Sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevin İdarə Heyətinin sədri olduğu "Atabank”ın maliyyə durumu pisləşib. Dəyanət Quliyevin atası Namiq Quliyev Fazil Məmmədovun nazirliyi dövründə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini idi. Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi. 2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev də olub. Yerli mediada yazılanlara görə, uzun illər nəzarət-kassa aparatlarını ölkəyə Fazil Məmmədovun bacısı oğlu, hazırda "AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışan Dəyanət Quliyevin sahib olduğu "CASPEL” MMC gətirib. Zorla və baha qiymətə sahibkarlara satılan nəzarət-kassa aparatlarından ümumilikdə 100 milyon manata qədər qazanc əldə edildiyi deyilir. Qeyd edək ki, Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən "AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

İqtisadçı-ekspert Əkrəm Həsənov deyir ki, banklarda maliyyə durumunun vəziyyətinin pisləşməsinin əsas səbəblərindən biri peşəkarlıq problemidir: "Azərbaycan Beynəlxalq Bankının  borcları ilə  bağlı məlumatları ”Aqrarkredit" açıqlamalıdır. Amma açıqlamırlar. "Şapka” Mamedin kefi belə istəyir və açıqlamırlar. Hesab edirəm ki, bu məsələ ictimai əhəmiyyət kəsb edir. ABB-nin borclarını dövlət büdcə hesabına, biz vətəndaşların hesabına ödəməyi üzərinə götürüb. Bu pulların qaytarılması üçün nə iş görülüb bilinmir. Ortada əsaslı şübhələr var ki, orada işlər düzgün aparılmır".

Beynəlxalq Bank yenidən borc bataqlığında

 "Şapka” Mamed prezidentin inamını itirib

İqtisadçı ekspert deyib ki, ötən il dövlət başçısı Azərbaycan Sənaye Korparasiyasını (ASK) təsis edib: "ABB-nin borcları müqabilində kreditorlardan alınan obyektlər, müəssisələr, zavodlar ASK-ya ötürüldü. ASK-nın yaradılması faktiki olaraq ”Şapka" Mamedin rəhbərlik etdiyi "Aqrarkredit”ə etimadsızlıq göstərildiyini, ölkə rəhbərliyinin inamını itirdiklərini ortaya qoydu. "Şapka” Mamed ABB borclularından aldığı müəssisə, zavod, fabrik, obyektlərə özünün qohum-qardaşını, dost-tanışını rəhbər təyin edir. Həmin obyektlər ABB-nin borcları əvəzinə alınan iri müəssisələr, zavodlar, fabriklər idi. "Şapka” Mamed həmin obyektlərə özünün  biznes obyektləri kimi baxırdı. Ona görə də prezident obyektləri onun əlindən alıb, ASK-ya verdi. Hazırda ASK-da bu baxımdan düzgün idarəetmə sistemi var. Ümumilikdə isə hələlik ASK-nın fəlaiyyətindən danışmaq tezdir. Faktiki isə ABB-nin toksik kreditləri "Aqrarkredit”in üzərindədir". 

"Aqrarkredit”də hüquq-mühafizə orqanlarının müvafiq yoxlama aparması zərurəti var

Əkrəm Həsənov deyir ki, etimadsızlıq göstərilən qurum kimi "Aqrarkredit”də hüquq-mühafizə orqanlarının müvafiq yoxlama aparması zərurəti var: "Yaxşı olar ki, ”Aqrarkredit"in fəaliyyəti yoxlanılsın. ABB-nin işi olmasaydı belə "Aqrarkredit”in nə işlə məşğul olması araşdırılmalıdır. "Şapka” Mamed oturub orada, nə işlə məşğuldur bilinmir. "Aqrarkredit” çox şübhəli bir quruma çevirilib".

Ə.Həsənov deyir ki, bu gün Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bağlanan bankların borclarını daha effektiv şəkildə idarə edir: "ƏSF-nin fəaliyyətini məndən çox tənqid edən yoxdur, amma ”Aqrarkredit"lə müqayisədə ƏSF xeyli iş görüb. Gördükləri işlərlə bağlı məlumatları ictimailəşdirirlər. "Aqrarkredit” ABB-nin toksik kreditlərindən nə qədər qaytarması sualı açıqdır. Son məlumatlara görə, ABB-nin maliyyə durumu yenə də ürəkaçan deyil. ABB ötən ilin sonlarında dollarla banka əmanət qoyulan vəsaitlər üzrə faiz dərəcəsini heç bir xəbərdarıq etmədən 20 faizdən 2 faizə qədər azaltdı. Yəni birdən-birə az faiz verəcəklərini elan etdilər. Bəzi əmanətçilər var ki, bu qanunsuz qərardan məhkəməyə müraciət ediblər. Həmin əmanətçilərdən bir neçəsini məhkəmədə təmsil edirəm.

Məhkəmədə hakimə bildirdim ki, vətəndaşlar devalivasiyadan sonra banklara dollarla olan kreditlər üzrə ödəniş edə bilmirlər. Həmin ödənişlər üzrə belə banklar faizləri aşağı salmırlar. Vətəndaşdan dollarla kreditlər üzrə 30 faiz tələb edirlər. Belə bir halda ABB-nin faizi 10 dəfə aşağı endirməsi qanunsuzdur. ABB-nin nümayəndəsi məhkəmədə deyir ki, bankın sağlamlaşdırılması üçün belə bir addım atıblar, bankın durumu pisdir. Halbuki ABB-yə dövlət böyük kömək edib, borclarını üzərinə götürüb. ABB 2017-ci ilin maliyyə hesabatında yazıb ki, ili 804 milyon xalis gəlirlə başa vurublar.  Bankın nümayəndəsi isə məhkəmədə dedi ki, bunlar sıradan rəqəmlərdir, bankın maliyyə durumu pisdir, ona görə də məhkəmədən xahiş etdi ki, bizim iddiamızı təmin etməsin. Məhkəmə qərarında da yazıldı ki, ABB-nın maliyyə durumu pisdir, ona görə faiz dərəcələrinin 20 faizdən 2 faizə salınması qanunsuz deyil".  

Əkrəm Həsənov bildirib ki, ABB-nın, "Atabank ın durumlarının pisləşməsinin əsas səbəbi idarəçilikdə təmsil olunan rəhbər şəxslər işə götürülərkən peşəkarlıq meyarına əhəmiyyət verilməməsidir: ”Fazil Məmmədov vergilər naziri idi, bacısı oğlunu da "Atabank”ın İdarə Heyətinə rəhbər təyin etmişdi. Bu gün bankın durumunun ürəkaçan olmaması həmin şəxsin qeyri-peşəkarlığının nəticəsidir. Çox təəssüf ki, Azərbaycanda vəzifələrə təyinat qohumbazlıq prinsipləri əsasında gerçəkləşir. Peşəkarlıq isə belədə arxa plana keçir. Odur ki, ortada belə bir vəziyyət yaranır". /mənbə - musavat.com/

Demokratik.Az

Xəbər 1062 dəfə oxunub






Oxşar xəbərlər

Roza Günayı yıxıb sürüdü: “İnsan gərək…” – VİDEO
Aparıcı Humay Muxtarovadan ehtiraslı FOTOSESSİYA
BTQ dəmir yolunda ilk yük vaqonları nəql edilib
Ermənistanın müdafiə naziri qumarda uduzdu
Türkiyənin məşhur futbolçusu millət vəkili seçilib
Qarabağ “düyünü”: Rusiya da onu açmasa, kim açacaq?
Ərdoğan və Türkiyə deyən oldu
Göygölün icra başçısı oğluna toy edir - Bakıda
Putin və Tramp iyulun 15-də Vyanada görüşəcək
Oğlu həbs olunan səfirimizin QALMAQALLARI: - Rus qızlara “padxod”, təcüvüz
İskəndər Həmidovun mərhum qardaşı: "Mənə dəli deyənlər özləri səydir!" - VİDEO
Elçibəy... - 80
Türkiyədə 11 PKK üzvü saxlanılıb - seçki təxribatı
Bu fotolar Rusiyada rezonans doğurub
BİABIRÇILIQ! - Xırdalanda Əfqan Şəhidliyi dağıdılıb (VİDEO)
Nazir Yavər Camalov vəfat etdi
Qüdsi Osmanov oğlunun həbsini təsdiqlədi
QHT Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirildi
Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"
Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"
Ərdoğan nazirliklərin sayını AZALDACAQ - özü AÇIQLADI
“Günay Bank”ın keçmiş sədr müavininin saxlanmasının bəzi TƏFƏRRÜATLARI
Məmurların maaşını artırmaq TƏKLİF OLUNDU
“Dövlət büdcəsindən insan inkişafına az vəsait ayrılır”
Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
Sirkdə fil və dəniz şirlərinin çıxışı qadağan edildi
Mağazadan oğurluğu - şübhəli şəxs saxlanılıb
“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı”–Əli Mirəliyev –VİDEO
77 il öncə... – Stalinin inanmaq istəmədiyi həqiqət
Tramp milli təhlükəsizlik üzrə müşavirini Moskvaya göndərir
AŞ PA-nın yay sessiyası öncəsi Bakıya təzyiq - Bəyanat
Oliqarxların süni balıq gölləri ləğv edilir - ZƏRURƏT
Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14395] initstartout [0.00025] initstartin [0.00131] calstart [0.01518] calend [0.00074] topnewsend [0.00510] rsssend [0.00000] ehgend [0.04091] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07994]