"Yeni iqtisadi sistem Azərbaycanın inkişafını təmin edib"

  • 13 fev 2018, 12:07

"Azərbaycanın son 15 ildə əldə etdiyi uğurların ən başlıca amili ölkədə yeni iqtisadi sistemin qurulmasıdır".

"APA-Economics" xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

 Onun sözlərinə görə, yeni iqtisadi sistem ölkənin inkişafını təmin edib. "Bu sistemin aparıcı istiqamətlərindən biri büdcə-vergi sistemidir. Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin iqtisadi həyatında mühüm hadisə olub. Risklərin artdığı şəraitdə sabit maliyyə resurslarının təmin edilməsində də vergi sisteminin rolu böyükdür. Əsas məsələ vergi yükünün yox, ödəyicilərin sayını artırmaqdır. Ola bilər ki, vergi yükü illərlə sabit qalır, vergi ödəyicilərinin sayının artması hesabına biz problemləri həll edə bilərik. Biz vergi ödəyicilərinin sayının sivil qaydada artırılmasına nail olmalıyıq. Qonşu ölkələrlə müqayisədə tikinti-quraşdırma işlərinin sayında böyük fərq olmadığı halda, işçilərin sayında fərq olur. Vergi ödəyicilərinin sayının az olması respublikanın imicinə mənfi təsir edən amillərdəndir. Buna görə əsas məsələ vergi ödəyicilərinin sayını artırılmasıdır" - deyə Z. Səmədzadə qeyd edib. 

Demokratik.Az

Oxşar xəbərlər