Abşeronda 5 min zeytun ağacı əkildi - fotolar

  • 12 fev 2018, 08:49
Abşeron rayonunun avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir. Bu məqsədlə mütəmadi olaraq avtomobil yollarının mühafizə zolağında keçirilən ağacəkmə aksiyası davam etdirilir. Belə ki, Bakı-Sumqayıt avtomobil yolunun sağ və sol hissəsində ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə növbəti ağacəkmə aksiyası keçirilib. Əraziyə texnika və mexanizmlər cəlb olunaraq kənar əşyalardan təmizlənib, quyular qazılıb, ağaclar əkilib, aqrotexniki qulluq göstərilib.
 
Abşeron İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, aksiya zamanı 400-dən çox zeytun ağacı əkilib. Fevral ayının sonuna kimi əlavə olaraq daha 2 min ədəd ağacın əkilməsi nəzərdə tutulub.
 
Ümumilikdə isə son bir ayda Abşeron rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına rayonun avtomobil yollarının mühafizə zolağında 5 min ədəd zeytun ağacı əkilib. Yaşıllaşdırma tədbirləri rayonun digər avtomobil yollarının kənarında da davam etdirilir.


 

Oxşar xəbərlər