“Ford” 560 mindən çox avtomobili geri çağırır

  • 02 fev 2018, 19:24

ABŞ-ın avtomobil istehsalçısı "Ford” və Çinin "Changan” şirkətinin birgə müəssisəsində yığılmış 560 mindən çox avtomobil əyləc sistemindəki qüsurlara görə geri çağırılır.

 

 

 

 

AZƏRTAC xəbər verir ki, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının qərarına əsasən, 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min "Mondeo” modeli və 2014-2017-ci illərdə buraxılan 200 min "Edge” modeli geri çağırılacaq. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.

Fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr "Changan Ford” birgə müəssisəsinin hesabına dəyişdiriləcək.

Oxşar xəbərlər