Demokratik TV
Xəbər lenti
"Neft qiymətləri 2018-ci ildə azalacaq"
- 16 noy 2017, 08:45
Qlobal bazarda "Brent" markalı neftin orta illik qiyməti 2018-ci ildə 55 dollar/barelə kimi geriləyəcək.
"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu proqnoz "Oxford Economics" araşdırma şirkətinin analitikləri tərəfindən verilib.
Şirkətin analitiklərinin fikrincə, 2018-ci ildə qlobal neft hasilatının artması və neft ehtiyatlarının yüksəlməsi fonunda qiymətlər tədricən azalacaq. Baza ssenarisinə əsasən, "Brent" markalı neftin qiymətinin kəskin artaraq 64 dollar/barelə çatmasından sonra qiymətlərin enməsi ehtimal edilir.
Xatırladaq ki, "Brent" markalı neftin qiyməti son iki iş günündə 61,5 dollar/barelə qədər geriləyib. Azalmaya səbəb ABŞ Neft İnstitutunun (API) ilkin hesabatına görə, ölkədə neft ehtiyatlarının proqnozların əksinə 6,5 mln. barel artması və Beynəlxalq Energetika Agentliyinin (IEA) hesabatında qlobal neft tələbinin gözləniləndən daha az artacağı ilə bağlı proqnozları olub.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti