Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:00 - 25.06.2019  
Gömrük rüsumu azaldıldı: kərə yağı ucuzlaşacaq
Tarix: 8-11-2017, 09:51 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Dövlət məmuru "Əhali bunu tez bir zamanda hiss edəcək” deyir, iqtisadçı ekspert isə...

Gömrük rüsumu azaldıldı: kərə yağı ucuzlaşacaqAzərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. Artıq Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Qeyd edək ki, indiyədək Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar dərc edildiyi gündən - 07 noyabr 2017-ci il tarixindən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəisi Mirqasım Vahabov bildirib ki, kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək (APA).

İdarə rəisinin sözlərindən belə məlum olub ki, kərə yağının idxal rüsumunun azaldılması bilavasitə ölkə prezidentinin tapşırığı ilə baş tutub: "Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var idi və hökumət bununla bağlı dərhal müvafiq addım atdı”. Komitə rəsmisi əlavə edib ki, rüsumların azaldılması pərakəndə satış qiymətlərinə də təsir edəcək: "Əhali bunu tez bir zamanda hiss edəcək”.

Onu da qeyd edək ki, sentyabrın əvvəlindən ölkədə kərə yağının qiymətində başlayan kəskin bahalaşma son nəticədə bu məhsulun idxalının 2 dəfəyədək azalmasına səbəb olmuşdu. Belə ki, sentyabrda Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı avqustdakı 1075,05 tondan 553,49 tona düşmüşdü. İdxalçı şirkətlər bunu əhalinin alıcılıq imkanlarının məhdudlaşması ilə izah etmişdilər.

Xatırladaq ki, oktyabrın əvvəlində idxalçı şirkətlərin açıqlamasından aydın olmuşdu ki, dünya bazarında yağın bahalaşması prosesi davam etdiyi üçün Azərbaycandakı qiymətlər də sabit qalmayaraq, dünya qiymətinə uyğunlaşacaq. Bu açıqlamadan bir ay keçməmiş kərə yağının qiymətində yenidən hər kiloqramda 1 manat civarında artım qeydə alındı. İdxalın azalması, qiymətin yüksəlməsi son nəticədə hökumətin rüsumları azaltmasına səbəb oldu.

Bir məsələni də qeyd edək ki, gömrük rüsumlarının azaldılması nəticəsində kərə yağının hər kiloqramında 10 faiz ucuzlaşma olacağı gözlənilir. Məsələn, hazırda kiloqramı 18 manata satılan yağ yeni rüsumla idxal olunandan sonra 1,8 manat ucuzlaşaraq, 16,2 manata, yaxud 20 manata satılan yağ 18 manata düşə bilər.

Bundan əlavə, idxalçı şirkətlərdən aldığımız məlumata görə, hazırda ölkədə sentyabr ayından gətirilən məhsullar satılır, bir çox firmalarda iri həcmdə ehtiyatlar qalır. Yeni qərarın dekabrın 7-dən sonra gətiriləcək məhsula aid olacağını nəzərə alsaq, kərə yağının qiymətində dəyişikliyin dekabrın sonlarından etibarən başlayacağını gözləmək olar.

Bu qərarın dövlət büdcəsinə təsirinə gəlincə, ötən il Azərbaycana 28 milyon 377.94 min dollar, cari ilin 9 ayında isə 35 milyon 998149.22  dollar dəyərində yağ idxal edilıb. Orta illik idxalı təxminən 45 milyon dollar götürdükdə, ondan daxil olan idxal rüsumunun 10 faiz azalması büdcə üçün 4,5 milyon dollar itki deməkdir.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, məhsullarının bahalaşması ciddi problemlər yaradır: "Bu il ölkədə ən yüksək qiymət artımı kərə yağında qeydə alınıb. Ümumiyyətlə, son məlumata görə, Azərbaycanda 15 faizə yaxın, ərzaq məhsullarında isə 18 faizədək inflyasiya olub. Bu, rəsmi məlumatdır, real inflyasiyanın daha yüksək olduğu hamıya aydındır. Əhalinin gəlirləri qiymətlərdən daha aşağı sürətlə artır. Ərzaq məhsulları üzrə bahalaşmanın daha yüksək olması ondan irəli gəlir ki, əhali qidalanmaq üçün ərzaq almağa məcbur olur. Alıcısı olan məhsulları isə sahibkarlar daha çox bahalaşdırmağa çalışırlar”.

Ekspertin sözlərinə görə, kərə yağının kəskin bahalaşması əhalinin maddi vəziyyətini pisləşdirməklə yanaşı, sağlamlığına da mənfi təsir göstərir: "İnsanlar məcburdular ya az alsınlar, ya da daha ucuz və aşağı keyfiyyətli yağlardan istifadə etsinlər. Bu isə sağlamlığa zərbə vurur. Bütün bunlar, əlbəttə, hökumətin əlindəki rıçaqlardan istifadə etməklə kərə yağının qiymətində ucuzlaşmaya nail olması zərurətini yaratmışdı. Bu baxımdan, kərə yağına gömrük rüsumunun azaldılması müsbət addımdır. Lakin hesab edirəm ki, qiymətlərə təsir baxımından yetərli deyil. Daha yaxşı olardı ki, ən azı, müəyyən müddətə rüsumlar tamamən aradan qaldırılaydı, yaxud satışda diferensiallaşmış ƏDV tətbiq olunardı”.

R.Həsənova görə, Azərbaycanda yüksək keyfiyyətli kərə yağına olan tələbat əsasən idxal hesabına təmin olunur: "Yerli istehsal daha aşağı keyfiyyətli məhsul buraxır, həm də daxili tələbatı təmin etmək gücündə deyil. Buna görə də yerli istehsalı qorumaq üçün idxal rüsumunu yüksək saxlamaq əlverişli deyil”.

Xəbər 1941 dəfə oxunub






Oxşar xəbərlər

İSTANBUL MERİNİ SEÇDİ! Qalib yenə Əkrəm İmamoğludur
“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı — VİDEO
Təhsil eksperti Əmrullayevkimiləri və təhsil səviyyəsini qınadı
“Hər bir şəxs bilməlidir ki,...” — İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ
Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır
"Megafun"da partlayış: tanınmış müğənni və övladı xəsarət aldı
İstanbulda bələdiyyə səsverməsi başlayıb
Yabanı çətənə kolları aşkar edilərək yandırılıb
İlham Əliyev niyə məhz onları seçdi? – Kodlar açılır
Dünyanın yarısı milyonerlərə məxsusmuş...
Repressiya qurbanı olmuş qələm sahiblərimiz
Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb
Elçibəyin təyin etdiyi icra başçısı niyə güllələndi?
İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər
Deputat: "Biz ermənilərlə birgə yaşaya bilərik"
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivinə təqdim edilib
Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb
İran ABŞ texnikasını BELƏ MƏHV ETDİ - VİDEO
Ramil Usubovdan DİN-nin şəxsi heyətinə xoş MÜRACİƏT
Donald Tusk: "Brexit" sazişi layihəsi dəyişdirilə bilməz"
“Boltonun Qarabağla məşğul olmağa vaxtı yoxdur, onun diqqəti İrana yönəlib”
“MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas
Rektorun evi qarət olundu: Hadisə niyə gizlədilir?
Gürcüstanın parlament sədri impiçment edilə bilər
Xatirə toyda biabırçı geyimdə - VİDEO
Gəncədə idarə etmədən çıxan motosklet aşıb
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
QHT sədri Lider TV-də siyasi verliş aparacaq
Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
DTX-nın yeni rəisi Əli Nağıyev oldu
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Elinanın qəbri təhqir edildi – Yeni cinayət işi başlandı
Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilib nazir təyin edildi
Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinin fiaskosu: Rövşən Rzayev uğursuzluğu
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20855] initstartout [0.00019] initstartin [0.00095] calstart [0.01229] calend [0.00070] topnewsend [0.00420] rsssend [0.00000] ehgend [0.00823] tagsstart [0.00083] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18110]