“Türk axını” Türkiyə sərhədinə çatdı

  • 05 noy 2017, 14:04

"Türk axını” boru kəmərinin Qara dənizin Rusiya hissəsində tikintisi başa çatıb.Bu barədə kəmərin tikintisini həyata keçirən "Qazprom” şirkətinin törəmə müəssisəsi "South Stream Transport B.V.” məlumat yayıb.
Qeyd edilib ki, boru kəmərinin birinci xətti Türkiyənin xüsusi iqtisadi zonasına daxil olub.
Dünyanın ən böyük boru düzən və inşa edən gəmilərindən olan "Pioneering Spirit” boru kəmərinin iki ölkənin xüsusi iqtisadi zonasına keçidini Rusiya və Türkiyənin bayrağı əks olunmuş borunu dənizə yerləşdirərək qeyd edib.

"Türk axını”nın hər iki xətti üzrə, ümumilikdə, 448 km inşa olunub. Boru kəmərini inşa edən şirkətin məlumatına görə, işlər qrafikə uyğun irəliləyir. İndi "Pioneering Spirit” gəmisi Türkiyənin sahil xəttinə qədər borunu çəkməyə davam edəcək.
Rusiya və Türkiyənin xüsusi iqtisadi zonasında Qara dənizin dərinliyi 2 171 metr təşkil edir ki, bu da "Türk axını”nın ən dərin hissələrindən biridir.
Qeyd edək ki, bu il mayın 7-də "Türk axını” kəmərinin Qara dəniz sahilində dəniz hissəsinin inşasına başlanıb.
Ötən il oktyabrın 10-da Rusiya və Türkiyə "Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru kəmərinin dəniz hissəsinin uzunluğu 910 km, Türkiyə ərazisində quru hissəsinin uzunluğu isə 180 km hesablanır.("Report”)

Oxşar xəbərlər