Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:44 - 22.09.2018  
Heydər Əsədov aqrar sektoru belə batırır - şok rəqəmlər
Tarix: 19-10-2017, 14:22 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Ziya Məmmədovun nazir qudasının limiti bitmək üzrə; Kənd təsərrüfatı naziri ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vurur; onun rəhbərlik etdiyi sahəyə ayrılan milyonları korrupsiya "əjdahası udur”; prezidentin önəm verdiyi, qaldırmağa çalışdığı sahəni Əsədov, faktiki, məhv edir

Heydər Əsədov aqrar sektoru belə batırır - şok rəqəmlərAzərbaycanda qeyri-neft sektorunun inkişafı dedikdə, ilk olaraq diqqətlər aqrar sahəyə yönəlir. Bu da səbəbsiz deyil, çünki ölkə rəhbərliyinin qeyri-neft sektorunda əsas prioriteti məhz bu sahədir. Xüsusilə son 2 ildə ölkədə ixracyönümlü bitkilərin becərilməsinə böyük önəm verilir. Dövlət torpaq sahiblərini pambıq, çəltik, çay, tütün kimi bitkilərin yetişdirilməsinə stimullaşdırmaq üçün subsidiyalar ayırır. Bundan əlavə, fındıqçılığın, baramaçılığın inkişafına yönəlmiş dövlət dəstəyi tədbirləri həyata keçirilir - tinglər, barama qurdu dövlət hesabına alınır və sair.

Görünən odur ki, aqrar sektorun inkişafı üçün bu sahəyə məsul qurumların təşəbbüsləri ölkə rəhbərliyi tərəfindən dəstəklənir. Yəni aqrar sahədə dövlət siyasətini hazırlayıb həyata keçirən əsas qurum - Kənd Təsərrüfatı Nazirliyinə bütün zəruri dəstək verilir.

Ölkənin ərzaq təhlükəsizliyinə zərbə

Related image

Lakin ölkə rəhbərliyinin bu dəstəyindən adıçəkilən nazirliyin Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından səmərəli bəhrələndiyini söyləmək mümkün deyil. Hansı ki, bu, ölkə prezidentinin birbaşa diqqətində olan məsələdir. Prezidentin kənd təsərrüfatına həsr olunmuş müşavirələrdəki çıxışlarının əsas xəttini məhz ölkənin strateji ərzaq məhsulları ilə daxili istehsal hesabına təmin edilmə vəziyyəti təşkil edir.

Məsələn, bu ilin avqustunda Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışında İ.Əliyev qeyd edib: "Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik”.

KTN-in bilavasitə xeyir-duası ilə rayonlarda son 2 ildə əkin sahələrinin heyvandarlığın sıxışdırılması hesabına artırılması yolu tutulub: xüsusilə maldarların istifadəsində olan otlaq, qışlaq, biçənək əraziləri, yonca sahələri məcburən müxtəlif bitkilərin əkini üçün ayrılır. Ötən ildən etibarən heyvandarlıqla məşğul olan fermerlərin bununla bağlı etirazları başlansa da, aqrar sektorun inkişafına cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi bu etirazları qulaqardına vurmaqdadır. Maldar fermerlərin nazir Heydər Əsədovla görüşləri isə heç bir fayda vermir. Onların problemlərini aradan qaldırmaqda yardımçı olmaq əvəzinə, nazirin fermerlərə bir məsləhəti olur: "Etirazın varsa, məhkəməyə get”.

Yeri gəlmişkən, bir haşiyə çıxaraq qeyd edək kənd təsərrüfatı naziri Heydər Əsədov onun fəaliyyətini tənqid edən sabiq işçisi Sabir Vəliyevi də məhkəməyə göndərib və 300 manat cərimə etdirməyə nail olub.

Heyvandarlığın sıxışdırılımasının mənfi nəticələri özünü çox gözlətməyib. Ötən sayımızda da xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 66,96 faiz, süd idxalı 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb. Dəyər ifadəsində ət idxalında artım 2 dəfədən çox olub. Süd idxalında isə belə artım 65,4 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlarda 38,69 faiz təşkil edib. Bu 3 məhsulun idxalına ötən ilin 8 ayında 36 milyon dollar sərf olunubsa, bu ilin eyni dövründə xaricə gedən vəsait 97,8 milyon dollara çatıb. KTN-in şöbə müdiri bu artımı əhalinin həmin məhsulları daha çox istehlak etməyə başlaması ilə əsaslandırıb. İdxalı ilə bərabər, qiyməti də sürətlə artan ət, süd, kərə yağını son illərdə gəlirlərində demək olar ki, artım olmayan əhalinin birdən-birə 30-40 faiz çox alması aydın məsələdir ki, real ola bilməz.

Qeyd edək ki, son illərdə ölkəyə dövlət hesabına minlərlə baş cins mal-qara idxal olunaraq, fermerlərə güzəştli qiymətlərlə satılır. Hər halda, KTN-in rəsmi statistikasından belə görünür. Elə KTN rəhbərliyi də bir çox hallarda heyvandarlıqda intensiv inkişafın zərurətindən danışır - mal-qaranın baş sayının deyil, məhsuldarlığına önəm verdiklərini bildirir. Lakin həmin mal-qaranın sonrakı taleyi - onları alanların ət-süd istehsalında hansı müsbət nəticələr əldə etdikləri, bundan dövlətin, əhalinin qazancının nə olduğuna dair qiymətləndirmə aparılıb məlumat verilmir. Digər tərəfdən, daxili tələbatı tam təmin edəcək sayda cins mal-qara olmadan baş sayını azaltmaq ölkəni heyvandarlıq məhsullarının idxalından asılı vəziyyətə salmaq təhlükəsi yaradır. Gömrük statistikası isə bu təhlükənin reallaşmağa başlamasından xəbər verir.

Nazir kooperativlərə inanmır?

Ölkədə kənd təsərrüfatının əsas problemlərindən biri torpaqların xırda sahələrə bölünməsidir - bu, prezident tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapıb. Belə ki, statistikaya görə, ötən il 1,2 milyon hektar sahədə aparılan əkinlər üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi 3-4,9 hektar, 7,4 faizi 5-9,9 hektar, 1,9 faizi 10-19,9 hektar, 0,9 faizi 20-49,9 hektar, 0,4 faizi 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Bu problemin həlli üçün ötən il "Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edilib, bu ilin iyulunda isə  "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” prezident tərəfindən təsdiqlənib. Hər iki sənəddə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının dövlət tərəfindən dəstəklənməsi əsas prioritet elan edilib. H.Əsədov isə mətbuata müsahibə verərək kooperativlərin Azərbaycanda geniş yayılacağına inanmadığını bildirir.

"Özəl mülkiyyət toxunulmazdır. Kim hansı bitkini istəyirsə, əkir və dövlət inkişafı stimullaşdırmalı və insanların azad seçim hüququnu təmin etməlidir.” - Bunu deyən kənd təsərrüfatı naziri rayonlarda inzibati qaydada - kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə pərakəndə şəkildə müxtəlif bitkilər əkdirilməsinə, yumşaq desək, göz yumur. Kənd Təsərrüfatı Nazirliyinin internet saytında əkinlərə görə subsidiyaların verilməsinə dair cədvəllərə baxdıqda açıq görünür ki, hər kənddə ən çox subsidiya məhz icra nümayəndələri və bələdiyyə sədrlərinə verilir. Hansı ki, bir çox hallarda yerlərdə torpaqların imkanı, suvarılma şəraiti nəzərə alınmadan aparılan belə əkinlərdən məhsuldarlıq çox aşağı olur, bəzənsə heç olmur. Ötən ay mətbuatda Goranboy rayonunda suvarma imkanı məhdud ərazilərdə əkilən pambıq sahələrinin susuzluqdan məhv olmasına dair məlumatlar yer aldı.

Halbuki prezident İ.Əliyev əkinlər planlaşdırılarkən suvarma imkanlarının nəzərə alınmasını daim vurğulayır, məsul şəxsləri bu amilə diqqət yetirməyə səsləyir.

Yüz milyonlarla manat dövlət subsidiyası niyə nəticəsiz qalır?

Heydər Əsədov aqrar sektoru belə batırır - şok rəqəmlər

Müstəqil mütəxəssislərin hesablamalarına görə, Azərbaycanda əkin sahəsinə görə subsidiyalaşma kənd təsərrüfatı istehsalında ciddi kəmiyyət və keyfiyyət dəyişikliyinə gətirməyib. Buna görə də illərdir dövlətin dəstək verdiyi bütün növ bitkilər üzrə subsidiyanın əkin sahəsinə görə deyil, son məhsula görə verilməsi təklif olunur. Məsələn, 10 ildən yuxarıdır Azərbaycanda taxıl əkinlərinin sahəsinə görə istehsalçılara subsidiya ödənir. Nəticə isə belədir ki, taxıl əkinlərinin sahəsi az qala 1 milyon hektara çatsa da, ölkə ərzaq buğdasının əksər hissəsini xaricdən idxal edir. Hər il  Rusiya və Qazaxıstandan 250-300 milyon dollarlıq buğda alınır. Üstəlik, daxildə istehsal olunan buğda çox ciddi keyfiyyət problemi yaşayır.

Heyvandarlıq məhsullarının idxalının sürətlə artdığı, taxıl istehsalında qarşıya qoyulan əsas hədəfə nail olunmadığı bir dövrdə H.Əsədovun söylədiyi "cənab prezident bizim qarşımızda dəqiq hədəf qoyub - ölkəni kənd təsərrüfatı məhsulları ilə maksimum daxili istehsal hesabına təmin etmək. Söhbət ilk növbədə heyvandarlıq məhsullarından, ətdən, yağdan, un məmulatlarından gedir” fikrinin nə qədər real olub-olmadığını görmək elə də çətin deyil...

Dünyanın hər yerində dövlət aqrar sektora dəstək verir, subsidiyalaşdırır. Bu zaman bütün ölkələrdə verilən subsidiyanın aqrar istehsala və istehsalçılara təsiri, əldə olunacaq nəticələr dəqiq hesablanır və ictimaiyyətə açıqlanır. Azərbaycanda isə hələ də belə bir analitik hesablamanın aparılmasına dair hər hansı məlumata rast gəlinmir. Buna görə də bilmək olmur ki, Azərbaycanda aqrar istehsala yönəldilən yüz milyonlarla manat dövlət dəstəyi istehsalın hansı həcmdə artmasına imkan verəcək? Bunu etməli olan KTN-də isə institutların sayı durmadan artırılır...

Ötən ay mətbuatda "Aqrolizinq” ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində ötən ilə nisbətən 50 faizədək bahalaşma olduğu, bunun isə həmin texnikanın H.Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı faktlar yer alıb. Hələ ki nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib. Lakin tenderlərin rəsmi reyestrində diqqətimizi ASC-nin bir tender cəlb etdi. "Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikaların satın alınması” üzrə "Networks Europe L.P.” şirkəti ilə bağlanmış müqavilənin dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edir. Çox maraqlıdır ki, İnternet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə bu KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. Vaksinlə kənd təsərrüfatı texnikası arasında hansı əlaqənin olduğunu yəqin ki, H.Əsədov və onun işçiləri daha yaxşı izah edərlər.

Apardığımız kiçik araşdırma göstərdi ki, "Aqrolizinq” ASC-nin fəaliyyətində qeyri-şəffaflıq qalmaqdadır. Xatırladaq ki, H.Əsədov nazir təyin olunandan dərhal sonra ASC-nin əvvəlki rəhbərliyini qeyri-şəffaf işləməkdə, dövlət vəsaitlərindən səmərəsiz istifadədə günahlandırıb vəzifədən uzaqlaşdırmağa nail oldu. Bundan sonra gözlənilirdi ki, kənd təsərrüfatına dövlət dəstəyinin ən əsas icraçısı olan bu qurumu, işində dönüş yaranacaq, ən azı dövlətin ayırdığı pullar təyinatına uyğun xərclənəcək. Lakin Hesablama Palatasının ASC-də apardığı yoxlamalar bunun əksini göstərdi. Palatanın açıqladığı məlumatdan aydın oldu ki, 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində artıq xərclərə yol verilib. Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib.  Auditlə əhatə olunan dövrdə alınmış mineral gübrənin anbardan vahid qiymətə satışı ASC tərəfindən qiymətlərin tənzimlənilməsi üçün imzalanmış əmrlər əsasında təmin edilib ki, bu da qiymət fərqi hesabına gəlirlərinin təkrar dövriyyə və büdcə vəsaiti hesabına artmasına səbəb olub və sair.

Nə nazirliyin öz saytında, nə də tabeli qurumlarında, o cümlədən "Aqrolizinq” ASC-nin saytında illik təsərrfüfat və maliyyə hesabatları yerləşdirilməyib. Nazirlik tərəfindən dövlət vəsaitləri hesabına həyata keçirilən irihəcmli alqı-satqıları üzrə keçirilmiş prosedurların nəticələri barədə heç bir məlumat açıqlanmır.

Güman edirik ki, mətbuata açıq olduğunu bəyan edən H.Əsədov qaldırdığımız problemlərlə bağlı açıqlama verəcək.

Xatırladaq ki, H.Əsədov nazir vəzifəsinə 2013-cü ilin oktyabr ayında təyin edilib. Ötən 4 il müddətində onun rəhbərlik etdiyi sahə nəinki inkişaf etmədi, əksinə, daha da geri qaldı. Heydər Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır.

"Yeni Müsavat” qəzeti yazıda göstərilənlərlə bağlı KTN-ə sorğu hazırlayıb göndərib. Nazirlikdən sorğumuza cavab verilsə, onu da çap edəcəyik.

"Yeni Müsavat”ın iqtisadiyyat şöbəsi

Xəbər 1296 dəfə oxunub






Oxşar xəbərlər

Binəli Yıldırım Bakıda məsciddə namaz qıldı, hədik payladı - VİDEO
Gəncənin təhlükəli və qaranlıq yeraltı piyada keçidləri - yeni başçıya müraciət / VİDEO
Prezident İlham Əliyevin Milli Məclisdəki çıxış MƏTNİ
İlham Əliyev Vyetnama BAŞSAĞLIĞI göndərib
Rövşən Rzayev İSLAHATI - “Qaçqınkom”da köklü dəyişikliklər
Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək
Azərbaycan parlamentinin 100 illiyi qeyd olundu
TƏHSİL EKSPERTİ "YIXIB-SÜRÜDÜ" - Məktəbdaxili Nəzarət nədir və niyə tətbiq olunmur ?
Dünyanın ən təhlükəsiz şəhərləri - Bakı neçənci yerdədir?
DTX ARXİVLƏRİ AÇDI – Məxfi saxlanılan sənədləri yaydı + SƏNƏDLƏR
Alimlər yeni planet kəşf etdi: su var
Azərbaycanlı tələbə İsveçdə deputat seçildi (FOTO)
Tramp OPEK-i hədələdi: Nefti ucuzlaşacaq?
İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şans
BÜRCÜNÜZ – 22 sentyabr
ADAU-nun rektoru magistr tələbələrlə görüşüb
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10675] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00725] calend [0.00038] topnewsend [0.00319] rsssend [0.00000] ehgend [0.00551] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08923]