Şamaxıda yeni otel tikiləcək

  • 25 sen 2017, 17:01
İqtisadiyyat Nazirliyi Şamaxıda yeni otelin yaradılması üçün sahibkarlara vəsait ayırıb.

İqtisadiyyat Nazirliyindən Tərəfdar.az-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Bu məqsədlə rayonunun Sabir qəsəbəsində işgüzar forum keçirilib.

Forumda nazirlik taxılçılıq, cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq və badam əkini təsərrüfatlarının, süd emalı müəssisəsinin yaradılması üçün layihələrin maliyyələşdirilməsi təkliflərini qəbul edib.

Sahibkarlığa Kömək Milli Fondu həmçinin Şamaxıda yeni otelin yaradılması üçün investisiya layihələrinin maliyyələşdirilməsi təklifinin qəbulunu da məqsədəuyğun hesab edib.

Nazirlik bildirib ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

 

Demokratik.Az

Oxşar xəbərlər