Dollarla bağlı nikbin proqnoz

  • 10 iyul 2017, 10:51

ABŞ-ın PIMCO investisiya şirkətinin iqtisadi məsələlər üzrə beynəlxalq eksperti Yoahim Fels  bu ilin sonunadək Federal Ehtiyat Sisteminin (Federal Reserve System) uçot dərəcəsini artırmayacağını bəyan edib. 

Bu barədə Bloomberg xəbər verib ki,  Fels ABŞ-da inflyasiyanın hədəflənən 2% səviyyəsinə çatmayacağını bildirib.

Onun sözlərinə görə, ABŞ-da inflyasiya ilin əvvəlindən hədəflənən səviyyədən aşağı olub. İlin sonunadək inflyasiya 2%-dən aşağı olacaq: "Bu da  2017-ci ildə 3 dəfə uçot dərəcəsini artırmaq istəyən FES-i fikrindən daşındıracaq”.

Demokratik.Az

Oxşar xəbərlər